Dünyada ən məşhur qanunsuz ticarət növləri

İnsan orqanlarının ticarəti
Bunun qorxunc və Hollivudsayağı səslənməsinə baxmayaraq, belə məhsulun qara bazarda öz yeri var. Hamıya məlumdur ki, insanın normal yaşaması üçün yalnız bir böyrəyə ehtiyacı var. Kasıblar məhz bundan istifadə edirlər və məlum olub ki, onların içində fillipinli, hindli və pakistanlılar üstünlük təşkil edir. Məhz bu ölkələrin sakinləri öz böyrəklərini sizə cəmi 5000 ABŞ dollarına satmağa razıdırlar. Çoxdur?

Bəs tibb müəssisələrində transplantasiya üçün bu orqanın qiymətinin 200 000 ABŞ dolları olduğunu bilsəniz, nə deyirsəniz?! Bundan əlavə, Çində yalnız böyrəklə məhdudlaşmırlar. Lakin orqan sahibləri heç vaxt sağ qalmırlar, çünki onlar ölüm hökmünə məhkum edilmiş insanlardır. Hər il Çində təxminən 4500 məhkum edam edilir və ekspertlər iddia edir ki, bu edamlar məhz orqanların toplanması məqsədi ilə həyata keçirilir.
Davamı →

Hüquq pozuntusu

Ümumi şəkildə hüquq pozuntusu ictimai təhlükəli olan, yəni cəmiyyətə ziyan vuran və qanunla cəzalandırılan əməl kimi səciyyələndirilə bilər.
Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun aşağıdakı əlamətləri vardır:
Birincisi, hüquq pozuntusu hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir.
Ardı →