Porque
Por que?Bağlı qapı…açırsan növbəti bir baglı qapı…qapılar…dəmir qapılar…taxta qapılar…rəngsiz qapılar…düşüncəli qapılar…ağlayan,gülən,danışan qapılar.Onlar bizə toxunmurlarkı,onlar bizim önümüzü kəsmirlərki,onların düşüncəsini soruşsaydılar inanın ki heç o kobud yerlərdə durmaq istəməzdilər.Onlarda atalarının analarının övladlarının yanında olmaq istərdilər,biz gətirmişik onları, biz daxilimizdəki maneə ile rastlaşma ehtiyacımızı qarşılamaq üçün onları yaratmışıq ve üstəlik bununla kifayətlənməyərək bəzəmişik, rəngləmişik, naxışlar vurmuşuq, sevmişik.Heyyy amigos por que?Olmazdı da qapılar, yaratmazdılar…indi məndə sənin kimi ş’er yazardım üstəlik o ş’eri qulağa ən xoş gələn melodiyalarla bəzəyərdim və üstəlik gözəl səsli bir qadının ifasında yarı həzz yarı fəxr hissi ilə dinləyərdim.
Ardı →
Ardı →