Qarğıdalı və qarğıdalı saçağı çayının faydaları

İnsan bədəninin ehtiyac duyduğu lifin 23%-ni qarğıdalı qarşılaya bilər. Qarğıdalı 18.3 % lifdən ibarətdir. Bu tərəvəzin tərkibində zülal, kalsium, dəmir, fosfor, A və B2 vitaminləri var. Nişastası son dərəcə zəngin olan bu bitki ağ, sarı, qırmızı rənglərdə olur. Qeyd edək ki, vətəni Mərkəzi Amerika olan qarğıdalı ilk dəfə Kristofor  Kolumb tərəfindən kəşf edilərək Avropaya gətirilib, oradan da bütün qitələrə yayılıb.100 qramında 345 kalori olan bu tərəvəz amin turşusu, həmçinin lipid, protit və qlosit turşuları baxımından da çox zəngindir.

Davamı →

Qarğıdalı saçağı çayı

Artıq qarğıdalı mövsümü başlayıb. Bu isə o deməkdir ki, yayın ləzzətini doya-doya yaşayacağıq.
Bu həm də o deməkdir ki, dəniz kənarında, evlərdə qarğıdalı bişəcək. Kifayət qədər kalorili və faydalı bitki olan qarğıdalının saçağı da ən az özü qədər faydalıdır.

Min bir dərdin dərmanı olan qarğıdalı çayının sonsuz fayaları var:
Sidik yolları, sidik kisəsinin və prostat vəzi infeksiyası kimi xəstəliklərin müalicəsində istifadə edilir. Qarğıdalı saçağı çayı bu xəstəliklərə qarşı istifadə edildikdə boymadərən ilə birlikdə hazırlayın.

— Qarğıdalı saçağı çayı bədənə qüvvət verir.
— Qırxaçar çayı kimi yel ağrılarına yaxşı təsir edir.
— Qan şəkərini tarazlaşdıran qarğıdalı saçağı çayı pəhrizdə ikən arıqlamağa yardım edir.
— Sidik qovucu xüsusiyyətə malik qarğıdalı saçağı çayı böyrək daşının əmələ gəlməsinin qarşısını alır.
Davamı →