Bağırsaq infeksiyaları

Dizenteriya. Dizenteriyanın inkubasiya dövrü 1 gündən 7 günə qədər çəkir. Əksər hallarda xəstəlik kəskin başlanır. Xəstələr titrətmədən və ya üşütmədən, qızdırma hissindən şikayətlənirlər. Bədən temperaturu tez maksimal rəqəmlərədək (38-40° C) yüksəlir. Bu səviyyədə bir neçə saatdan 2-5 günə qədər qalır.
Xəstələr qarında, daha çox sol qalça çuxuru nahiyəsində lokallaşan kəsici tutmaşəkilli ağrılardan şikayətlənirlər.
Dizenteriyanın qızğın dövrü 1 — 2 gündən 8-9 günə qədər davam edir. Xəstəlik simptomlarının sönməsi zamanı intoksikasiya sindromu əlamətləri zəifləyir.


Ardı →

Qarın yatalağı

Qarın yatalağı. A, B paratifləri — bağırsaq infeksiyaları qrupuna aid olan kəskin infeksion xəstəliklər. Xəstəlik tədricən başlayır: xəstə zəifləyir, tez yorulur, baş ağrısı olur. Həftənin axırına yaxın bu hallar artır, temperatur qalxır, yuxu pozulur (gündüz yuxuculuq, gecə yuxusuzluq). Xəstədə bir keylik olur — üzərində mimika olmur, rəngi solğun olur, danışmır, heç bir şeylə maraqlanmır, dili quru, yoğun olub üzərində ərp əmələ gəlir, kənarlarında dişlərin izi görünür, qarın köpür, qaraciyər və dalaq böyüyür. Bəzən şüur tut­qunlaşır, xəstə sayıqlayır, hallüsinasiya əmələ gəlir. Birinci həftənin axırında, yaxud ikinci həftənin əvvəlində açıq çəhrayı səpgilər əmələ gəlir; xəstəlik şiddətləndikdə, bakteriyemiya vaxtı səpgilər «quruyub tökülür», 4-cü həftədə xəstənin vəziyyəti yaxşılaşır.


Ardı →