Yaşıl çay, yoxsa qara çay?

Yaşıl və qara çay əslində eyni çay kolundan yığılır. Fərq yalnız çay yarpaqlarının emalındadır.
Qara çay xüsusi şəraitdə qurudulur ki, nəticədə onun tərkibi bir qədər dəyişilir (fermentasiya olunur). Yaşıl çay xüsusi emala məruz qalmır.

Bir çox insanları maraqlandıran suallardan biri: hansı çay daha faydalıdır — yaşıl yoxsa qara? 

1. Yaşıl çayda kofein maddəsi qara çayla müqayisədə daha çoxdur. Kofein çox faydalı maddədir. Kofein beyində amiloid zülalın yaranmasının qarşısını alır. Bu zülal beyində toplanaraq beyinin fəaliyyətini pozur, qocalıq ağıl zəifliyinin inkişafına səbəb olur.
Davamı →