Qara pişiyin uğursuzluğu; həqiqət, yoxsa batil inanc?
Dünya tarixində pişiklərdən başqa fərqli dönəmlərdə fərqli dəyərləndirməyə məruz qalan ikinci bir canlı yoxdur, çünki əvvəl ilahiləşdirilən, sonra şeytanla eyniləşdirilib soyqırıma məruz qalan, sonra da təkrar evin baş küncünə yerləşdirilən canlı növü məhz pişiklərdir.
Bir insanın qarşısından qara rəngli bir pişiyin keçdiyi zaman uğursuzluq gətirəcəyi ilə bağlı inancın qaynağının miladdan əvvəl 3000 — ci illərə, qədim Misirlilərə bağlı olduğu qeyd edilir. O dövrdə pişiklər müqəddəs bir canlı olaraq qəbul edilirdi. Hətta qara dişi pişiklərin ilahiləşdirilməsini qazıntı işləri nəticəsində ortaya çıxan məlumatlar sayəsində görmək mümükündür.
O dövrdə Misirdə pişikləri xəstəlik və ölümdən qorumaq üçün qanunlar belə qəbul edilmişdi. Evin pişiyinin ölməsi isə ailə üçün bir fəlakət idi.
Ardı →