Qarpız qabığından müalicə

Qarpız qabığında qarpız qədər faydalar vardır. Yadımdadır, uşaq vaxtı qarpız yeyəndə böyüklərimiz qarpızı dilimləyər, biz — uşaqlara dilimlə yeməyi məsləhət görərdilər. Səbəbini soruşduqda deyərdilər ki, qarpız qabığındakı ağ maddə dişləri ağardır və parlaq edir, qurdları tökür. Qarpız qabıqları həm də böyrəkləri və öd kisəsini kiçik ölçülü qumlardan təmizləmək üçün mükəmməl bir vasitədir. Belə ki qarpız qabığı suyu həm ödqovucu, həm də sidikqovucudur.
Davamı →

Qarpız qabığı

“Qarpız qabığının ağ hissəsi kişilər üçün reseptlə alınmış dərmanlar qədər faydalı olduğu halda, bu qabıqları uzunqulaqlara veririk”. Bu açıqlama cinsi əlaqə üzrə mütəxəssis məsləhətçilərdən gəlib.

Mütəxəssislərin fikrincə, qarpız qabığının ağ hissəsi cinsi istəyi artıran “Viaqra”dan da faydalıdır. Belə ki, bu giləmeyvənin ağ hissələrində böyük miqdarda sitrülin maddəsi var. Bu maddə vücuda daxil olduqdan sonra isə cinsi istəyi artıran argenin maddəsinə çevrilir. Argenin damar divarlarında daha çox nitrik-oksidin istehsalını təmin edir və cinsi istəyi artıran maddə təsiri verir.
Davamı →