Qarpız haqqında bilmədikləriniz

Qarpız — bu nəhəng giləmeyvə vətəni hesab olunan Kalaxari səhrasında insan əli dəymədən yetişir.

Qarpızın «mədəni tarixi» hələ uzaq keçmişdə Misir ehramlarında təsvir edilmişdir. Misir rəssamları öz əsərlərində qarpıza xüsusi yer ayırırdılar. Bu giləmeyvəni fironların qəbrinə qoyurdular ki, o biri dünyada onları aclıqdan qurtarsın.

Çinlilər isə bu xeyirli məhsula indiyənədək ehtiramla yanaşır, onun şərəfinə «qarpız bayramı» keçirirlər.

Yay mövsümünü və qarpızı bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür.


Davamı →

Qarpızı ilıq yemək faydalıdır

Yayın sevimli deserti olan qarpız adətən soyuq yeyilir. Lakin mütəxəssislər bunu düzgün hesab etmir.

Diyetoloqlar kəsilməmiş qarpızı ev temperaturunda saxlamağı və yeməyi tövsiyə edir. Məsələ burasındadır ki, ev temperaturunda qarpızda yetişmə prosesləri sürətlənir və bunun nəticəsində faydalı maddələrin miqdarı artır. Bu xüsusilə karotinoidlər və likopinə aidir.

Karotinoidlər orqanizmdə ən güclü antioksidant olan A vitamininə çevrilir. Bu vitamini orqanizmi sərbəst radikalların təsirindən qoruyur, bizi cavan saxlayır, gözəl dəri və yaxşı görmə üçün çox vacibdir.

Davamı →

Qarpız faydalıdır, yoxsa ziyanlı?

  • Flora
Həqiqətən bugün elə bir dövrə gəlmişik ki, əlimizdə olan nemətləri yemək və ya yeməmək haqqında fikirləşirik. Mən onlarca insanlar gördüm qarpız yeməkdən imtina edib. Bəzilərinin düşüncəsinə görə, daha çox kübrə vurulub bəziləri isə bunların geni dəyişilib heç bir faydası yoxdur deyib qarpız kimi nemətdən uzaq dururlar. Bu günkü qarpızla 100 il bundan əvvəlki qarpız arasında böyük fərq vardır. O zamanlar nə süni kübrələr var idi nə də gen dəyişilməsi, amma bunlarda bizə qarpız yeməməyimizə əsas vermir.

Bugün qarpızın ziyansız necə yeməli olduğumuzu sizlərlə bölüşüm. Xatırladım ki, artıq yerli qarpız sortlarımız çox az qalıb, yadınızdadırsa yerli qarpızların tumları böyük və çox olurdu, bugün biz geni dəyişilmiş qarpızları yeməyə məcburuq, əgər qarpızı kəsəndə içində böyük damarlar aydın görünürsə belə qarpızı yeməyin həddindən artıq kübrələnmişdir, çalışın çox böyük qarpızarı almayasınız, qarpızı bir dəfəyə cox yemək problem törədə bilər yaxşı olar az- az tez- tez yeyəsiniz. Xatırladım ki, xərçəng əleyhinə ən faydalı maddələrdən biri olan likopen qarpızın tərkibində pomidordan 2 dəfə çoxdur.
Davamı →

Sarı qarpızın faydaları

  • Flora
Sarı qarpız adi qarpızın bir növüdür. Sarı qarpız əsasən İspaniyada və Tailandda bitir. Lakin son zamanlar bu qeyri-adi giləmeyvə bir çox digər ölkələrdə də (Çin, Misir, Yunanıstan, Rusiya və s.) yetişdirilir.

Sarı qarpız təbii məhsuldur, onun çox xoş şirin dadı var. Yaxşı keyfiyyətli sarı qarpız insan sağlamlığı üçün çox faydalıdır.

Sarı qarpız azkalorili məhsuldur, orqanizmi təmizləyir, sidikqovucu təsirə malikdir. Sarı qarpız A vitamini ilə zəngindir. A vitamini «cavanlıq vitamini» sayılır. Bu vitamin qocalma proseslərini ləngidir, xroniki xəstəliklərin inkişafının qarşısını alır, görmə üçün çox vacibdir.
Davamı →

Qarpızın müalicəvi və xeyirli xüsusiyyətləri

  • Flora
Hər birimizin çox sevdiyi bu yay məhsulu, PP, C, D, B1, B2, B6 vitaminləri, dəmir, mis, sink, kaliy, fosfor kalsiy duzları və fol turşusu ilə çox zəngindir.

Tərkibində olan bütün vitamin və mikroelement bazası, qaraciyərdə mübadilə prosesini stimullaşdırır, ödün tərkibini yaxşılaşdırır, öd kisəsi və kanalda daşların əmələ gəlməsinin qarşısını alır. Məhz bu səbəbdən qarpız, xroniki hepatit və xolesistit zamanı istifadə olunur.

Tərkibində olan dəmir duzlarının miqadarına görə yalnız ispanaq və kahı yarpaqlarından geri qalır. Fol turşusunu miqdarına görə isə birinici yeri tutur. Fol turşusu isə — qan istehsalı üçün və orqanizmdə baş verən müxtəlif biokimyəvi reaksiyalar üçün çox lazımlıdır. Buna görə qan azlığı və dəmir defisitli anemiya zamanı qarpız tövsiyə olunur.

Bundan əlavə qarpız- güclü sidkqovucu vasitədir. Buna səbəb kaliy duzlarıdır ki, onlar qarpızın tərkibində banan və portağaldan daha çoxdur. Bu həmçinin böyrəkdən, sidik kisəsi və sidik axarından daşların çıxarılması və parçalanmasına və həmçinin sistitin müalicəsində kömək edir.
Ardı →

Qarpız

  • Flora

qarpızQarpız su (çəkinin 80%-nə qədər), fruktoza, saxaroza, mikroelementlər və təbii sellülozdan ibarətdir. Fruktoza qlyükozadan fərqli olaraq hətta şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlara heç bir mənfi təsir etmir.

Qarpızı təbii sidikqovucu adlandırırlar ki, o insan orqanizmini daxildən sözün tam mənasında “yuyur” və bu səbəbdən ürək, damar və oynaq xəstəliklərindən əziyyət çəkən insanlara çox faydalıdır.

Qarpız qara ciyər üçün çox xeyirlidir. Qarpız şirəsi qara ciyərə orqanizmdən toksinləri yuyub aparmaq üçün kömək edir.

Qarpızın tumları bağırsaqları qurdlardan təmizləyir.


Ardı →