Qarpız necə seçilməlidir?

Qarpızın seçimi zamanı ən əsas şey — tələsik almamaqdır. Azərbaycan iqlimində qarpız əsasən iyul-avqust aylarında yetişib satişa çıxarılır. Eyni qarpız növündən daha yaxşı olarki böyüyünü seçəsiniz, lakin çox nəhəng olmamalıdır. Bu zaman qarpız nə qədər böyük və yüngül olarsa, o qədər dəymiş hesab edilir. Qarpız seçimində çox xırda və çox irilərindən çəkinmək lazımdır.

Qarpızın «optimal» çəkisi — təxminən 10 kq. Qarpızın yetkinliyini bildirən əlamət — quru quyruqcuqdur. Yetişərkən, qarpız ilk növbədə bostandan «sönür», o zaman quyruqcuğu quruyur. Sonra ona artıq lazım olmayan — onun inkişafına cavabdeh olan, günəş işığını toplayan və qarpıza nəfəs verən — xlorofil piqmenti kəsilir və onun üzərində açıq rəngli ləkələr yaranır.
Davamı →