Qarpız

  • Flora

qarpızQarpız su (çəkinin 80%-nə qədər), fruktoza, saxaroza, mikroelementlər və təbii sellülozdan ibarətdir. Fruktoza qlyükozadan fərqli olaraq hətta şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlara heç bir mənfi təsir etmir.

Qarpızı təbii sidikqovucu adlandırırlar ki, o insan orqanizmini daxildən sözün tam mənasında “yuyur” və bu səbəbdən ürək, damar və oynaq xəstəliklərindən əziyyət çəkən insanlara çox faydalıdır.

Qarpız qara ciyər üçün çox xeyirlidir. Qarpız şirəsi qara ciyərə orqanizmdən toksinləri yuyub aparmaq üçün kömək edir.

Qarpızın tumları bağırsaqları qurdlardan təmizləyir.


Ardı →

Qarpız

Bizim ərzaq kimi istifadə etdiyimiz qarpızın yabanı sortlarına Afrikanın Kalaxari səhrasında və Sudan ərazisində də rast gəlmək olar. Qarpızın vətəni həmin ərazilərlə yanaşı, Aralıq dənizi sahilləri hesab olunur.
Mədəniləşdirilmiş qarpızın yaşı 3500 ildən artıqdır. Uzaq keçmişdə ərəblər və yəhudilər mədəni qarpız yetişdirirdilər.
Orta Asiyada qarpız orta əsrlərdən bəri sevilən bitkidir. Görkəmli alim İbn-Sina da (X-XI əsrlər) öz əsərlərində onun adını dəfələrlə çəkmişdir.
Ərəb səyyahı əl-İdrisi (1000-1066) xəbər verir ki, Nilin sahilində — Nubiyada Alva şəhər var. Onun sakinləri başqa bitkilərlə yanaşı xiyar və qarpız da yetişdirirlər.


Ardı →

İsti münasibət

Bir gün loğmanın ağasina hədiyyə olaraq bir qarpız gətirirlər. o, xidmətçisinə Oğlum, get Loğmanı çağır deyir.Loğman bu çağırışa dərhal cavab verib, ağasının yanına gəlir. Ağası ona hədiyyə olaraq gətirilən qarpızı kəsir və Loğmana bir dilim verir. Loğman ona verliən dilimi bal kimi, şəkər kimi yeyir.Elə iştahla yeyir ki, ağası dərhal ikinci dilimi kəsib ona tərəf uzadir. beləcə dilimlər bir-birini izləyir və Loğman bütün qarpızı yeyir.Yerdə bir dilim qalir. Ağası Bunu da mən yeyim, baxım görüm necə şeydir, hər halda, bu, çox dadlı bir qarpızdır deyir. Çünki Loğman elə ləzzətlə, elə zövqlə, elə iştahla yeyirdi ki, görənlərin də iştahası açılırdı. Loğmanin ağası son dilimi yeyər-yeməz qarpızın aciliğindan ağzıni atəş sarır, dili uçuqlayir, boğazı yanır. Acılığından bir müddət sanki özünü itirir.Sonra isə Loğmana deyir.
-Belə bir zəhəri necə oldu ki, dadlı-dadlı yedin? Belə bir qəhri necə oldu ki, lütf saydın bu necə səbrdir? Nə üçünsəbr etdin? Sanki canına qəsdin var! Nə üçün bir şey söyləmədin? bir az səbr et,  indi yeyə bilmərəm demədin?
Loğman bu cavabı verir
-Sənin nemətlər bağışlayan əlindən o qədər ruziləndim ki,  utandığımdan ikiqat oldum. Buna baxmayaraq əlinlə verdiyin bir şeyə, ey mərifət sahibi bu acıdır yeyə bilmərəm deyə bilmədim. Əgər bu qədər bir acıya dözə bilməyib, fəryad edərəmsə, bütün zərələrim torpağa qarışsın. Şəkər bağışlayan əlinin ləzzəti bu qarpızdakı  acılığı saxlayarmı? Sevgidən acı dadlanar, sevgidən mis qızıl olar. sevgidən bulanıq,çöküntülü sular dumduru bir hala gələr, sevgidən dərdlər şəfa tapar. sevgidən ölülər dirilər, sevgidən padişah qul olar.
Davamı →

Qarpız,yemiş

  • Flora
Qarpız-Citrullus Vulgaris Schrad balqabaq (Cucurbitaceae) fəsiləsindən olub,bostan bitkisi kimi Azərbaycanda geniş becərilir.
Qarpızın tərkibində şəkər (qlükoza),boyayıcı maddələr,üzvi turşu (alma turşusu) karotin,B1,B2,C vitaminləri,dəmir və kalsium duzları vardır.Onun şirəsindən xalq təbabətində böyrək xəstəliklərində sidikqovucu kimi,eləcə də malyariya əleyhinə istifadə edilir.
Ardı →