Qaynana olmağa hazırsınızmı?

llərcə böyüdüb, boya-başa çatdırdığınlz övladınızın yeni bir həyata başlaması, ailə qurması sizin üçün heç də asan bir iş deyil. Hər bir ana qızı və ya oğlunu xoşbəxt görmək üçün çırpınırsa da, ailəyə yeni gəlmiş gəlin, ya da kürəkənlə münasibətdə bir axsaqlıq da mütləq yaşayır.
Əgər övladınızın xoşbəxt olmasını həqiqətən və ürəkdən istəyirsinizsə, o zaman sizə düşən vəzifə yaxşı qaynana olmaqdır. Yaxşı qaynana dedikdə, əslində necə biri olmaq lazımdır deyə düşünə bilərsiniz.

Davamı →

Qaynananızla yola getmirsinizsə

İstər dünyada, istərsə də, ölkəmizdə qaynana-gəlin problemləri hər zaman ən çox müzakirə olunan ailədaxili problemlərdəndir. Bu məsələnin həlli yolları da mütamadi olaraq araşdırılır, ancaq çıxış yolunu tapmaq mümkün olmayıb. Amma yenə də ən doğrusu bu mövzuda mütəxəssis rəyinə müraciət etməkdir. Beləliklə, psixoloq Arzu Cavadovanın tövsiyələrini təqdim edirik. Bu məsləhətlər daha rahat və daha sakit bir həyatın təminatıdır.
Davamı →

Sacayaq – iki qadın bir kişi

Sacayaq ayağı olur üç; bir-birinə verir güc; biri qırılsa olar heç. (Türkmən atalar sözü)
İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin. Hər ikisi üçün sevimli və əziz olan sadəcə bir nəfərdir. Bu kişi, həmin qadınlardan birinə görə, böyüdüb boya-başa çatdırmaq üçün əlindən gələni əsirgəmədiyi, şəfqət və mərhəmətlə əzizlədiyi, haqqında xəyallar qurduğu oğul; digərinə görə isə, ömür yolunu birgə addımlayacağı, həyatını bölüşəcək yeganə könül həmdəmi − həyat yoldaşıdır.
Davamı →

Gəlin mənim süpürgəmdir!

Son zamanlar boşanmalar daha çoxdur və artmağa davam edir. Bəs ailələrin dağılmasına səbəb nədir?
Ailə qurarkən hər kəs xoşbəxt olmaq üçün evlənir lakin bu xoşbəxtliyin qarşısını alan nədir? Yəni ailə həyatı quran şəxslər nələrə diqqət etməlidirlər? Uzun zamandan bəri həll olunmayan qaynana-gəlin çəkişməsi yoxsa ər-arvad çəkişməsi yaxud da kənar şəxslərin müdaxiləsi?

Qaynana və gəlin probleminin başlıca yaranma səbəbi “sahiblənmə” duyğusudur. Arasdırmalar göstərib ki, qadınlarda kişilərlə müqayisədə sahiblənmə duyğusu daha yüksəkdir! Ana övladını, evini, yolaşını, işini demək olar ki hər şeyi sahiblənir! Oğul mənimdirsə, onun evi də, yoldaşı da, övladları da mənimdir deyə sahiblənməyə başlayır. Burada isə nəzərə alınmalıdır ki, gəlin də bir qadındır və onun sahiblənmə duyğusu var və elə burada “qaynana-gəlin” problemi yaranmağa başlayır! Bunun həlli isə gəlinin və yoldaşının üzərinə düşür. Yəni ki gəlin nəzərə almalıdır ki, qaynanası oğlunu itirmək qorxusu yaşayır. Bu məqamda gəlinlər bir az daha təmkinli olmalıdırlar.
Davamı →

Qayınananız sizi sevmirsə, belə edin

Sevgilinizin, nişanlınızın və ya həyat yoldaşınızın anası sizi sevmirsə, nə etməlisiniz?
Atalar qızlarının sevgilisinə qarşı sərt mövqe nümayiş etdirdikləri kimi, analar da oğullarının sevgilisi, nişanlısı və həyat yoldaşına qarşı eyni cür davranırlar. Oğulları üçün ən yaxşısını istəyirlər. Bəs bu vəziyyətdə qızlar necə davranmalıdırlar?

Bəzi analar açıq fikirli olduğu halda, bəziləri oğlunun sevdiyi xanımda ilk olaraq pis xüsusiyyətləri görür. Əgər sevdiyiniz kişinin anasının sizi sevmədiyini müəyyən etsəniz, bunun fərqinə varmamış kimi davranın. Onun səbəbləri çox ola bilər. Hətta bu səbəblərin sizinlə əlaqəsi olmaya bilər.
Davamı →

Qaynana ilə yaşamağın zərərli tərəfləri

Qayınanası ilə bir evdə yaşayan qadınlarda stress əlamətlərinin daha tez əmələ gəldiyi sübut edilib. Elmi araşdırmalar qayınanaların ürək xəstəliklərinə səbəb ola biləcəyini üzə çıxarıb. Alimlərin sözlərinə görə,  böyük ailədə yaşayan qadınların ciddi ürək xəstəliklərinə tutulma riski digər qadınlara nisbətən 3 dəfə çoxdur.

Evdə həm bir qız övladı, həm də ana rollarının stressi ilə yaşamaq, qan təzyiqinin yüksəlməsinə və hətta şəkər xəstəliyinə səbəb ola bilərmiş. Ailə həyatının sağlamlığa təsirini ölçmək üçün aparılan araşdırmada təxminən 91 min sağlam, orta yaşlı qadın və kişi iştirak edib.

Aparılan bu araşdırmalar ərzində 671 nəfərdə ürək-damar xəstəlikləri qeydə alınıb. Onlardan 339-u məhz ürək xəstəliklərindən, 6255-i isə digər səbəbdən dünyasını dəyişiblər. Eyni zamanda, yalnız öz həyat yoldaşları ilə yaşayan qadınların ürək-damar xəstəliklərinə tutulma riskinin, daha geniş ailədə yaşayan qadınlara nisbətən daha az olduğu üzə çıxıb

Alimlər bunun səbəbini geniş ailələrdə yaşayan qadınların stress ucbatından siqaret, içki kimi alışqanlığa meylliyi həmçinin qadının ailədə qaynana, qayınata, baldız, həyat yoldaşı kimi özündən nüfuzlu ailə üzvlərinə qarşı davranışlarda tez-tez rollara girmək məcburiyyətində qalması ucbatından daha çox stressə düşdükləri üzündən ürək xəstəliklərinə tutulmaları ilə izah edib.


Davamı →

Qayınana gəlin münasibətləri


İnsanlıq yaranandan bəri qayınana gəlin münasibətləri və mübahisələri yaranıb. Ana gəlini, gəlin isə ananı şikayət edir...

Ana oğlunu, gəlin isə həyat yoldaşını paylaşa bilmir. “Qızım sənə deyirəm, gəlnim sən eşit” cümləsi və digər məsləhətlər gəlinləri qıcıqlandıran səbəblər sırasındadır. Belə hallarda isə oğul gəlin və qayınana arasında qalmalı olur.

Bəs, gəlin və qayınana davasına  “dur” deməyin bir yolu yoxdurmu? Ancaq qarşınızdakı insanın sizdən böyük birisi olduğunu zehninizə yeritməli və ona hörmətlə yanaşmalısınız. Unutmayın ki, o qadın sizin sevdiyiniz insanı dünyaya gətirib. Oğul üçün anası qədər əziz və dəyərli heç nə yoxdur. Qayınana istəsə, hər an gəlini oğlundan boşatdıra bilər.
Davamı →

A qayınana, qayınana...

«Gəlin mənim süpürgəmdir, harda qoydum, orda da durmalıdır!»
Qadın böyük qüvvədir. Bəs görəsən, bu «böyük qüvvə»lər maraqları toqquşanda güzəştə getməyi bacarırlarmı? Söhbət əsrlər boyu gündəmdən düşməyən gəlin-qayınana münasibətlərindən gedir.

Müasirlik ənənəviliyə qarşı


Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun aparıcı elmi işçisi, Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı deyir ki, bu məsələ keçmişdən günümüzə qədər bütün cəmiyyətlərdə və ictimai quruluşlarda mövcud olmuş problemdir. Sadəcə, hər dövrdə daha da gərginləşən bu problemə dövrün tələblərinə uyğun yeni çalarlar əlavə olunur. Bu gün də məsələnin bir neçə yeni amili ortaya çıxmaqdadır ki, onlardan da ən başlıcası Azərbaycan ailəsində müasirlik və ənənəviliyin toqquşmasıdır.
Davamı →

Azərbaycanlılar niyə boşanır?

Bizim ailələrin bir nömrəli problemi: gəlin-qayınana davası...

Qayınana haqlıdır, yoxsa gəlin? Qədimdən indiyə kimi mövcud olan bu suala hələ də cavab tapılmayıb. Qayınana deyir ki, mən haqlıyam, gəlin isə əksinə. Tərəflər arasında ortaq razılıq nadir hallarda olur. Daim gündəmdə olan bu məsələ bəzi vaxtlarda cox acınacaqlı bir nəticə verir. Əksərən, boşanmalara gətirib çıxardır. Az hallarda isə tərəflərin birinin ölümünə səbəb olur. Gəlin-qaynana münasibətlərinin gərginləşməsi nəticəsində yaranan problemlərdən danışan Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Vəsilə Möhsümova bildirdi ki, gəlin-qayınana münasibətlərinin kəskinləşməsi nəticəsində gəlinlər müəyyən zorakılıqlara məruz qalırlar.
Davamı →

Ailə psixologiyası | Yaxşı qayınana necə olmaq olar

İnsan qısqanclığı çoxüzlü və çoxşəkillidir. Biz qısqanırıq, bizi qısqanırlar. Səbəbin nə olduğunu bəzən anlamırıq. Ancaq bununla bərabər hər bir insan gözəl başa düşür ki, qısqanclıq sevgi münasibətlərini, ailə həyatını zəhərə çevirə bilər. Adətən qısqanclıq kişi və qadın arasındakı münasibətlərə şamil edilir. Bəs bunu daha geniş müstəvidə düşünsək necə? Bu zaman isə, ailədə ərlə arvad arasındakı münasibətlərdə zaman-zaman gərginlik yaradan, övladı seçim qarşısında qoyan ana qısqanclığı özünü göstərir.
Davamı →