Xörəyi nədə bişirək?

Emallı qab
Çuqun və dəmirdən hazırlanıb, üzərinə 2-3 lay emal çəkilir. Belə qabda yemək tez yanır və çətin təmizlənir. Bişirməyə başlamazdan əvvəl mütləq bir neçə dəfə soyuq su ilə yaxalanmalıdır. Emalı qopmuş qazanda yemək bişirmək, xüsusən, süd qaynatmaq olduqca təhlükəlidir.

Alüminium qab
Artıq bir çox ölkələrdə bu materialdan olan qablar istifadə olunmur. Qabın tərkibindəki alüminium tədricən yeməyə qarışıb, orqanizmə keçir. Belə qazanın dibinə yemək tez yapışır, təmizlənməsi çətinlik yaradır. Evdar xanımlar qalıqları təmizləmək üçün dəmir sürtgəcdən istifadə edirlər ki, bununla da qazanın dibi cızılır. Cızılmış hissədən alüminium metal tozları asanlıqla yeməyə keçir və insanın bu metalla zəhərlənmə ehtimalını ikiqat artırır. Alüminium qabda borş, süd, kisel bişirmək olmaz. Uşaqlar üçün belə qabda yemək bişirmək qəti qadağandır.
Davamı →

Dəmir qazanda yemək bişirməyin faydaları

Bir çox qadınların yemək bişirmək üçün mətbəxdə istifadə etdiyi tökmə dəmir qazan və tavalar keçmiş dəb kimi görünsə də, əslində, bu cür qablar sağlamlıq baxımından faydalıdır.

Dəmir qazanlar istiliyi yeməyin hər tərəfinə eyni miqdarda paylayır və yeməyinizin ləzzətli olmasını təmin edir. Eyni zamanda artıq qalan yeməyi dəmir qazanlarda arxayınlıqla saxlaya bilərsiniz. Bunun heç bir ziyanı yoxdur.

Yeməklərinizi daha az yağda bişirə bilərsiniz
Kartof, ya da ət qızardarkən çoxlu miqdarda yağdan istifadə etmənizə gərək yoxdur. Bunun üçün tökmə dəmir tavalarınızı bir dəfə yağlamanız bəsdir.
– İlk öncə tavanızı qalın duz təbəqəsi ilə örtün.
– Üzərinə 1 barmaq qədər yağ qoyub əridin.
– Yağdan tüstü çıxana kimi tavanızı isidin.
– Daha sonra yağ və duz qarışımını tökün, qalan yağı kağız salfetlə tavaya yeridin.
Davamı →