Qisas hissi

Pislik edən birinə anında adekvat cavab vermək yaxud hadisədən qısa zaman sonra əvəzini çıxmaq mümkün olmursa, beynimiz avtomatik proseslər işə salır: pislik etmiş adamın cəzalandırılmasına dair xəyali ssenarilər qurur. Belə xəyallar şüuraltında baş tutmuş hadisə illüziyası yaradır, sanki həmin adamdan real qisas alınıb kimi əsassız hislər yaranır. Bununla, həm pisliyin yaşatdığı acılar azalır, həm də gerçəkdən qisas almaq motivasiyası zəifləyir.

Bu, məsələnin şüuraltı tərəfidir. Şüur isə diktə edir ki, qisas almaq üçün münasib fürsət yaranmasını gözləmək, hazırlaşmaq lazımdır. Məsələyə münasib fürsət gözləntisi ilə yanaşmaq özü də bir təsəllidir. “İndi mümkün deyil, ancaq gələcəkdə mütləq əvəzini çıxacam” — belə bir yanaşma pisliyin acılarını azaltmaqla bərabər, insanın öz qururu qarşısında özünə-bəraətini təmin edir. Münasib fürsət yaranacaqmı, yaransa əgər, insan öz-özünə vəd etdiyi qisası alacaqmı – bunlar sonrakı işlərdir.
Davamı →