Qiyamətin əlamətləri

Hədis alimləri qiyamətin əlamətləri barədə Peyğəmbər(ə)-nin müxtəlif kəlamlarının olduğunu qeyd ediblər. Məsələn, «On böyük əlamət görünməyincə qiyamət qopmaz. Bunlar Duman; Dəccal; Dəbbətül -ərz; Günəşin Qərbdən doğması; İsa(ə)-nin zühuru; Yəcus və Məcusun ortaya çıxması; Qərb, Şərq və Ərəbistanda yerin batması; Yəməndə bir atəşin peyda olmasıdır».

İslam alimlərindən Suyuti (v.e. 1505) və başqalarına görə qiyamətin əlamətləri iki növdür. Böyük və kiçik. Əmanətə xəyanət, adam öldürmək, fitnə-fəsad yaratmaq, məhəbbət və etimadın azlığı, şit və hay-küylü musiqi, haramların çoxalması qiyamətin kiçik əlamətləridir. Çağdaş dünyanın durumuna bu kontekstden qısaca nəzər salsaq aydın olar ki, artıq bəşər kiçik qiyamət durumunda yaşayır. Çünki zinaya qanuni don geydirmək, əmanətə xəyanət, sələmçilik, hətta Allah evlərində terror və təxribat, əsli bilinməyən şit və hay-külü musiqi, ikiüzlülük, haramları halal kimi qəbul etmək, təbiətə qeyri insani münasibət artıq dünyanın adi həyat tərzinə çevrilib.
Davamı →

Bəşəriyyətin yox olacağı tarix açıqlandı

Nəhəng bir cisim 16 mart 2880-ci ildə dünyaya dəyəcək.
Elm adamları bəşəriyyətin yox olacağı tarixi açıqlayıblar.
Anspress-in məlumatına görə, ABŞ-dan olan alimlər nəhəng bir asteroidin insanlığın sonu olacığını bildirib.
Fərziyyəyə görə, 1 kilometr ölçüsündə olan nəhəng cisim 16 mart 2880-ci ildə Yerə dəyəcək və nəticədə nəhəng sunamilər meydana gələcək. Bu isə bəşəriyyətin yox olmasına gətirib çıxaracaq.
Elmi adının «Asteroit 1950 DA» olduğu bildirilən asteroitin sürətlə ətrafında dönərək Yer kürəsinə yaxınlaşdığı ifadə edilib.
Yer kürəsi ilə 61 min kilometr sürətlə toqquşması gözlənilən asteroitin dəhşətli partlama gücü meydana gətirəcəyi ehtimal edilir.


Davamı →

Son anda gələn yardım.

    Qiyamət qopmuşdu. Qeyri-adi bir izdiham vardı. Hər yer insanlarla dolu idi.  Kimisi çaşqın-çaşqın ətrafına baxır, kimisi sağa-sola qaçır, kimiləri yerdə diz çökərək başını əllərinin arasında gizləyirdi.              Sanki ürəyi yerindən çıxacaqdı. Soyuq tər basmışdı. Dünyada ikən qiyamət, sorğu-sual, tərəzi haqqında çox şey eşitmişdi. Ancaq məşhər meydanındakı ürpərti, qorxu və gözləməyin bu qədər dəhşət verəcəyini heç vaxt düşünməmişdi. Hər kəs öz növbəsini gözləyir və növbəsi çatınca hesaba çəkilmək üçün çağırılırdı. Növbə ona gəlib çatmışdı. Onun adını çəkmişdilər. Təşviş içində sağa-sola baxır. Dodaqları titrəyə-titrəyə:          -Məni çağırdınız? -deyir.
 
Ardı →

Dünyanın sonu

Dünyanın sonu olacaqmı?
«Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)! («Əraf» surəsi, ayə 54)
Davamı →