Qiymətli daş "Qarışqa Qranatı”

Unikal mineral olan «Qarışqa qranatı» dünyanın sadəcə bir yerində, ABŞ-ın Dörd Künc deyilən ərazisində var. Bu dəyərli və qiymətli mineralın kristallarını yalnız qarışqa yuvalarının yaxınlığında tapmaq mümkündür. Belə ki, qarışqalar yuva düzəldən zaman yerin altından 4-9 mm ölçüdə qranat daşları çıxarıb yuvalarının ətrafına düzürlər.

Tərkibində xromun miqdarı böyük olduğuna görə rəngi qan qırmızıdır. Hansı səbəbə görə qarışqaların bu daşları yerin altından çıxarıb yuvalarının ətrafına düzməsi illərdir ki, elm adamlarında maraq yaradır. Müşahidəçilər bu minerallardan əlavə yuvaların ətrafında bir sıra digər mineralların, məsələn peridotitlərin, eklogitlərin olduğunu da görüblər. Güman edilir ki, qarışqaların qırmızı rəngə xüsusi marağı var.
Davamı →

Fosfor necə kəşf edilib?

  • Kimya
Bəzən elmi ixtiralar tamamilə gözlənilməz səbəblərdən baş verir. Hennig Brand adlı alman kimyagər də kifayət qədər təsadüfən fosforu kəşf edib. 

Orta əsrlərdə demək olar ki, bütün kimyagərlər qızıl əldə etmək ideyası ilə məşğul idilər. Dövrün bütün kimyagərlərinin “fəlsəfə daşı” (metaldan qızıl düzəltmək üçün lazımı olan reaktiv) hazırlamaq cəhdləri uğursuzluqla nəticələnsə də, onlardan biri yeni kimyəvi elementin ilk ixtiraçısı olaraq adını tarixə yazdıra bilir. Həmin şəxs isə yuxarıda adını qeyd etdiyimiz alman Hennig Brand olur. 
Davamı →

Uğur daşı


İlk baxışda insana inandırıcı gəlməyə bilər. Amma firuzə daşının uğur daşı olduğuna əsrlər boyu insanlar inanmışlar və qəbul etmişlər. Əslində nənə və babalarımız daşlarda şəfa olduğunu dəfələrlə sınamış, sonra istifadəsinə qərar vermişlər.

Məsələn deyimlərə görə nefrit daşını böyrək xəstələri üstündə gəzdirsələr şəfa taparlar, zob xəstələrinin kəhraba qolbaq taxmalarında fayda var, əqiq daşı pul daşıdır və s. Hər bir qiymətli daşın insana öz təsir gücü vardır.
Davamı →

Kəhrəbanın sağlamlığa faydaları

Kəhrəba əslində daş deyil. Bu qədim ağacların daşlaşmış qətranıdır.

Kəhrəba qədim zamanlarda əsasən müalicəvi vasitə kimi istifadə olunurdu. Təbiblər kəhrəba tozunu zəhərlənmə, epilepsiya, cinsi zəiflik, sonsuzluq və bir çox digər xəstəliklərin müalicəsində istifadə edirdi. 

Dahi təbib İbn Sina (Avisenna) kəhrəbanın köməyi ilə dabanlarda çatlardan başlayaraq böyrək daşlarına qədər bir çox xəstəlikləri müalicə edirdi.

Elmdə sübut olunub ki, kəhrəba orqanizmə fizioterapevtik təsir edir.
Davamı →

Mineral daşların şəfası

Litoterapiya alternativ təbabətin inkişafında yeni bir sahə sayılır və onu bəzən XXI əsrin təbabəti də hesab edirlər. Litoterapiya təbii daşların orqanizmə kimyəvi deyil, energetik təsirini öyrənir. Əslində litoterapiya anlayışı geniş mənada daş, metal, lil, gil və mineral sularla müalicəni əhatə edir. Belə hesab edilir ki, daşların vibrasiyası insan orqanizminin vibrasiyasına bərabərdir və orqanizmdə energetik axını optimal formada stimullaşdırır. Daşlarla müalicə ilk dəfə Hindistanda tətbiq edilib. Son illər Fransa, Almaniya və digər ölkələrdə onun öyrənilməsinə böyük maraq göstərirlər.

Daşların magik və müalicəvi təsir xüsusiyyətləri qədim əsrlərdən qaynaqlanır. Demək olar ki, bütün daş minerallarının müalicəvi xüsusiyyəti var. Qədim Yunanıstanda tapılmiş eramizdan əvvələ aid manuskriptdə daşların təsir gücü haqqında məlumatlar var. Qədim Misir papiruslarında da daşların müalicəvi xüsusiyyətləri barədə reseptlər öz əksini tapıb.
Davamı →

Hansı daşlar nəyə xeyirlidir?

Ametist
Otaqda olan ametist daşının bir hissəciyi belə, konsentrasiyanı artırır. Ametist çox güclü enerjiyə malikdir. Ayda bir dəfə axar suyun altında qoyub, 2 saat suda saxlamaq lazımdır.

Akvamarin
Tənəffüs yollarına çox təsirli bir müalicə daşı olub, bronxit və astma tətbiq oluna bilər. Özünə inamı, ailədə harmoniyanı təmin edir. Günəşdə enerjisi daha da aktiv olur.

Davamı →

Peşələrə görə talismanlar

Bizim taleyimiz və gündəlik yaşamımıza nüfuz edən müəyyən qiymətli və mineral daşlar iş həyatımızda, karyera qurulmasında, yeni biznes yaradılmasında çox böyük köməklik göstərə bilər. Əsas məsələ sizin fəaliyyətinizə uyğun daşı seçməkdir. Sizə ayrı-ayrı peşə sahibləri üçün uğurlu sayılan qiymətli daşlar — talismanları təqdim edirik. (fotolarla da göstərilib)

Hərbçilər, polislər, xilasedicilər və yanğınsöndürənlər — sodalit, heliotrop, oniks (damarlı əqiq), qranat (süleymandaşı), kəhraba, füruzə, pişik gözü, pələng gözü, əqiq, akvamarin (göyümtül-yaşıl rəngli qiymətli daş), almaz, ametist (şəffaf göy və ya bənövşəyi rəngli qiymətli daş), jadeit (xırda şeylər qayrılan açıq yaşıl rəngində daş), zümrüd, nefrit, yaqut (qırmızı rəngli qiymətli daş), sapfir (göy yaqut), yəşəm daşı.
Davamı →

Qiymətli daşların düzgün seçilməsi

Sizin dəyərinizi vurğulayan aksessuarlardan biridə boyunbağıdır. Bu zərgərlik bəzəyi, hər bir qadının boynunda onun incə və zərifliyini vurğulamqla yanaşı diqqəti cəlb edir və baxışları heyran qoyur…

Güclü cinsin nümayəndələri də boyunda qiymətli metal bir zəncirdən istifadə edə bilərlər. Jewelry butikləri müxtəlif metallardan hər bir ölçü və növdə böyük seçim təklif edir. Biz sizə uyğun olan variantı seçməkdə köməklik edəcəyik.
Davamı →

Əqiq

Əqiq xalçedonlar sinfinə aid daşdır. Zəngin rənləri var. Daş öz adını Siciliyada yerləşən Aqates adasının adından götürüb. Adi əqiq şəffaf boz və mavi rənglərdən ibarətdir. Əqiqdə həm də müxtəlif rənglər: ağ, boz, sarı, mavi və qara rənglər birləşə bilər.

Qədim Misirdə hesab edilirdi ki, əqiq talismanı xatadan bəladan qoruyur, susuzluğu yatırır. Göz şəkilli əqiqdən heykəllərin gözlərini bəzəmək üçün istifadə edilirdi.
Əqiq həmçinin qədim yunanlara və romalılara da məlum idi. Qədim yunan filosofu Teofrast onu roma ilahəsi Pomoneyə həsr edilmiş daş kimi xatırlayır. Pomone bağbanlığı, məhsulu, bostançılığı qoruyan ilahə idi. Elə hesab edilir ki, əqiq şarları məhsulu donmadan qoruyur. Ona görə də onu məhsulla maraqlanan kəslər talisman kimi istifadə edirdilər.
Davamı →

Qiymətli daşlar haqqında maraqlı faktlar

Bu gün ki günümüzdə 4 mindən çox mineral məlumdur. Demək olar ki, hər il onlarla yeni mineral növü yaranır və bir neçə növü “yox olur”.

Bütün qiymətli daşlar əl ilə emal olunur.

Orta göstəriciyə əsasən, Kolumbiyada bir karat zümrüdün əldə olunması üçün 20 ton torpağın təkrar emal olunması lazımdır.

Almaz – qiymətli daşlar arasında yeganə daşdır ki, yalnız bir kimyəvi element – karbondan ibarətdir.

Mineralların sayı daim azaldığı üçün qiymətli daşların qiyməti də hər zaman artacaq.
Davamı →