Qızılla gümüşün qadın orqanizminə təsirləri

  • Qadın
Bu iki metalı heç vaxt birlikdə istifadə etməyin! Qızıl və gümüş əsrlərdir ki, əks enerjilərin təcəssümü sayılır. Hətta bioenerjiylə tanış olmayan adam da bilir ki, qızılla gümüş çox pis uzlaşır.

Bu iki qiymətli metalı birlikdə taxdıqda onların şəfalı xassələri çox vaxt işləyə bilmir. Qızıl və gümüş iki tamamilə müxtəlif enerji axınının bir-biri ilə uzlaşmamasının parlaq nümunəsidir.

Gümüş qızılı dağıdır
Qızıl daha yumşaq materialdır. O, öz fiziki xassələrinə görə gümüşün əksi sayılır. Onların birlikdə istifadəi təhlükəlidir. Məsələn, biri gümüş, digəri isə qızıl boyunbağı taxsanız, gümüş qızılın müsbət təsirini siləcək, çünki gümüş qızıldan daha bərkdir. Parıltısına və gözəlliyinə baxmayaraq, qızıl yumşaq və elastik metaldır. O, yalnız insan dərisi ilə qarşılıqlı təsirə girə bilir.

Əgər dünyanın müxtəlif metallarından hazırlanan bəzək əşyalarını eyni anda taxmağı çox istəyirsinizsə, onda elə edin ki, onlar bədəninizə toxunmasın.
Davamı →

Qiymətli daşların düzgün seçilməsi

Sizin dəyərinizi vurğulayan aksessuarlardan biridə boyunbağıdır. Bu zərgərlik bəzəyi, hər bir qadının boynunda onun incə və zərifliyini vurğulamqla yanaşı diqqəti cəlb edir və baxışları heyran qoyur…

Güclü cinsin nümayəndələri də boyunda qiymətli metal bir zəncirdən istifadə edə bilərlər. Jewelry butikləri müxtəlif metallardan hər bir ölçü və növdə böyük seçim təklif edir. Biz sizə uyğun olan variantı seçməkdə köməklik edəcəyik.
Davamı →

Qızılı neçə seçmək lazımdır?

Qızıl həmişə dəbdə olan qiymətli zinət əşyasıdır. O həmişə öz aktuallığını saxlayır. Başqa metallardan fərqli olaraq, rəngini dəyişmir və paslanmır. Qızıl elə bir metaldır ki, ondan müxtəlif formada zinət əşyaları düzəltmək mümkündür.

Bəs qızıl zinət əşyalarını necə seçmək lazımdır? Bu sual çoxlarını maraqlandırır. 

Əvvala, qızılın probuna baxmaq lazımdır. Vaxtaşırı səyahətdə olan şəxslər müxtəlif ölkələrdə qızıla verilən müxtəlif problarla qarşılaşır. Bu cür insanlar özünə sual verir: “Görəsən bu qızıl necə probdur?” Keçmiş SSR-i ölkələrində ocümlədən Azərbaycanda 1000-lik prob sistemdən istifadə edirlər. Qərbdə isə qızılı karat sistemi ilə sayırlar. Bu hesablamaya əsasən təmiz qızıl 24 vahiddən yəni karatdan ibarətdir.

Qızılın karat və prob nisbətləri aşağıda sadalanmışdır:

24k – təmiz qızıl. tərkibi 100% qızıldan ibarətdir.

18k – bizim 750 prob qızıla bərabərdir. 24 vahiddən 18-i qızıl qalanı isə digər matallardır. Tərkibində 75% təmiz qızıl var.

14k – bizim 583 prob qızıldır. Tərkibində 58.3% təmiz qızıl var. Bəzi ölkələrdə 585 prob kimi qəbul olunub.
Ardı →