Qoç bürcü haqqında ♈

Qoç bürcü altında doğulan şəxslər parlaq, canlı, məqsədyönlü, enerjili, idmançı olurlar. Qoç — Zodiakın ilk bürcü işə birinci başlayır və bir qayda olaraq hamıdan tez finişə gəlib çatır. Qoçların işi olanda hamıdan artıq xoşbəxtdirlər.
Bu bürc altında doğulanlar hər hansı bir iş haqqında azacıq fikirləşən kimi dərhal ona girişirlər. Başqaları üçün həddən artıq tələsik olan — Qoçlar üçün demək olar ki, adəti bir şeydir.
Qoç — çox qabiliyyətlidir və həmişə səliqəlidir. Onun qəlbi entuziazm (ruh coşqunluğu) ilə doludur. Bəzən qoçu təəccübləndirir ki, niyə başqaları onun etdiklərini bacarmırlar.


Davamı →

Qoç bürcünün xarakteri

Ulduzlar sistemində ilk yeri tutan Qoç bürcü martın 21-dən aprelin 20-nə qədər olan müddəti (31 gün) əhatə edir. Ünsürü od, planeti Mars və Gü-nəş, xoşbəxt rəqəmi 9 (9 işlənən bütün rəqəmlər), astroloji rəngi moruğu, qırmızı, sarı-qızılı və bütün parlaq rənglər, qiymətli daşları almaz, akvamarin və ametistdir.

Bu Zodiak işarəsi astronomik baxımdan o qədər də diqqəti cəlb etmir. Belə ki, səmanın Şimal yarımkürəsində yerləşən Qoç bürcündə müşahidə edi-lən obyektlər yoxdur. Zodiakı əhatə edən 12 bürc arasında yeganə qəmli duruş da məhz Qoçlara aiddir. Sözügedən işarənin daşıyıcıları həyatın həl-ledici məqamlarında təklənir, kədərli hadisələrə yuvarlanırlar: ağrı-acılar, it-kilər, uğursuzluqlar və s.
Davamı →