Ruslan Mollayev "Qoca müdrik və kənd əhli "



            
                Bütün kənd əhli susuzluqdan əziyyət çəkdiyi üçün, yığışıb  yamacda yaşayan qoca müdrikin evinə məsləhətə gəlirlər.
— Salam olsun, ay ev yiyəsi… — kənd əhlindən bir nəfər səslənir.
-   ...çaylarımız quruyub, tarlalarımız yanır, heyvan-qara,   uşaq — qadın, hamımız susuzluqdan əziyyət çəkirik, bilmirik köç edək, nə edək, bəlkə  bizim üçün dua edəsən və ya bir çıxış yolu göstərəsən?! 
Qoca müdrik qapıdan çölə çıxıb hamının bir bir üzünə baxır, sonra şaxələnən dağı göstərib,  dağlara qalxmalarını tövsiyyə edir: Çayların mənbəyi dağlardı, başınız yaşam tərzinizə o qədər qarışıb, dağlara qalxmağı unutmusunuz,  odur ki, axan çayların qarşısını nə kəsdiyindən bixəbərsiniz. İnsan da elədir, iman da… — deyərək qoca müdrik bildirdi.

Ruslan Mollaye 16.08.2019


audio - https://www.youtube.com/watch?v=QlT41BUjH0s&t=5s
Davamı →

Çoban və Alma ağacı

      Qoca çoban sürüsünü otarmaq ücün yaylağa çıxanda təpənin yanındakı alma ağacının altında dincələrdi. Hər gün ağacdan alma payını istəyər, bir az keçmiş ağacdan gözəl bir alma düşərdi. Çoban sədəf dəstəkli biçagı ilə almanı dilimləyib yeyər, sonra da babasından qalan Quranını oxumağa başlayardı. Çoban bu ağacı 20 il əvvəl əkmişdi. O,böyük güyümdəki su ilə dəstəmaz alar, sonra da qalan su ilə agacını sulayardı. Ağacın kökləri bəlkə də bu sulardan güc almış, qısa bir vaxtda bar verməyə başlamışdı. Çoban o vaxtlar gənc idi. Əlini uzadan kimi istədiyi almanı dərirdi. Ancaq aradan illər kecmiş, çobanın beli bükülmüsdü. Ağac isə boy atib ucalmışdı… Çoban onu balası kimi əzizləyərdi. Hər dəfə ağaçı oxşayar, ”Göndər bugünkü qismətimi”, — deyərdi. Ağacdan bir alma düşərdi… Kəndlilər uzaqdan bu mənzərəni görub heyrət edər, qoca çobanın kəramət sahibi olduğunu söyləyərdilər.        Bir gun yenə çoban namazını qılıb, bir az dincələndən sonra almasını istədi. Ancaq budaqlar dolu olsa da alma düşmədi. Çoban bir də dilləndi. Yenə alma düşmədi. Bir də… Çobanın gözləri yaşardı. Göz yaşları ağ saqqalını islada-islada ağacın altından uzaqlaşdı. Ağac ilk dəfə idi ki, onun sözünü “eşıitmirdi”. Yaşlı Çobanın beli həmişəkindən daha çox bükülmüşdü. Ayaqlarında taqət qalmamışdı. Qoyunlarını yığıb kəndə tərəf gedəndə məscidin minarələrindən qalxan əzan səsi sanki onu yuxudan oyatdı. Çoban elə bil təzədən doğulmuşdu. Uşaq kimi sevinirdi… Tez ağacın yanına qaçdi və ona sarılıb ağlaya-ağlaya “Canım-Gözüm, sən bu qoca çobanı bağışla. Axi niyə əvvəlcədən «demədin» ki, bu gun Ramazanın ilk günüdür?”...
Davamı →

Səfil qoca

Və illərin veridiyi yorğunluqla səfil qoca nəm döşəmədə oturmuşdu... Payız qocaya qənim kəsilmişdi, yağışı da heç sevmirdi.Yağış biraz gəncliyini xatırladır, yaşlanmış və pas tutmuş sümüklərini sızladır, bir də döşəməni isladır... Qoca yaman içkiyə qurşanmışdı, siqaret yaman arıqlatmışdı... Evin əşyaları dəyər-dəyməzə satılmış və spirtli içkiyə verilmişdi... Evdə pula gedəcək bir əşya qalmışdı. Qoca onu əlacsızlıqdan neçə dəfə satmaq istəmişdi amma satmamışdı. Çünki gənclik və sadiq qaldığı sevgisindən qalan yeganə əşya idi qromafon... Arada valı qoyar və illər əvvəl birlikdə dinlədiyi mahnıya qulaq asardı... Payızda bu mahnını dinləmək daha çətin olurdu qoca üçün. Axı payız romantik mövsümdür, elə payızda da ayrıldılar... Mirzə Babayev " liman"... Qoca özünü saxlaya bilmir, taleyinə hönkür-hönkür ağlayır...

Qoca payızı sevmədi, payız da qocanı...
Davamı →

Canlı tarix!

Tarix var ki, böyük insanlar daşıyır, insan var ki, özündə tarix yazır-yaradır. İnsan var ki, sinəsində tarix yaşadır. Bu gün bir övladın anası ilə xoş olmayan, hətta, çox pis sayılacaq rəftarının şahidi oldum. Belə hallar bir deyil, iki deyil. Bu gün bir çox şəxslər özündən böyüklərə hörmət qoymur, onları alçaldır, incidir, qocalar evinə yerləşdirirlər. Hələ-hələ nəzərə alsaq ki, bu onların anaları və atalarıdılar — lap da dəhşət.


Ardı →