Vaxtından əvvəl yaşlanmağa səbəb

Insanların vaxtından əvvəl yaşlanması genetik xüsusiyyətlərlə yanaşı ətraf mühit təsirlərindən və müxtəlif vərdişlərdən asılıdır.
1. Həddindən artıq arıq olmaq — Arıq insanlarda dəridə vaxtından tez qırışlar yaranır.
2. Gözləri ovuşdurmaq — Göz çevrəsində olan həssas dərinin qaralmasına və qırışmasına səbəb olur.    
 

Davamı →

Mən qocayammı?

  • Esse
Bir neçə il əvvəl həmkarlarımla bir məclisdə olarkən, mən ağsaçlı xeyriyyəçi David Rubenşteynin həyatımızın son səhifələrinə daxil olarkən “cəld davranmaqla” bağlı söhbətinə qulaq asırdım. Cəld davranmaq? Həmyaşıdlarımdan bir çoxu artıq dayanıblar, dayanmayıblarsa da, naftalin iyi verirlər.

Ağlımda onun bu öyüdünü saxlamışdım, bir müddət əvvəl indi 69 yaşı olan cənab Rubenşteynlə daha bir söhbətim oldu, ondan özünü həqiqətən yaşlı hiss edib-etmədiyini soruşdum. “69 mənə yeniyetməlik kimi görünür”, — deyə o cavab verdi. Təsadüfən ondan iki gün əvvəl də cərrahiyə əməliyyatları arasındakı bir vaxtda kömək etdiyim 68 yaşlı tanış şairə isə mənə belə demişdi: “Mən indi qoca qarıyam”.

Necə olur, 68 yaşlı biri özünü qoca hiss etdiyi halda, o birisi etmir? Ümumiyyətlə, “qocalıq” nədir?
Davamı →

Yaşlanmanın 8 əlaməti

Bioloji yaşlanma dövründə orqanizmdə yaxşıya doğru heç bir proses baş vermir”.
Bu fikri İspaniyadakı Milli Onkoloji Araşdırmalar Mərkəzinin həkimi, yaşlanma əlamətləri üzrə tədqiqatlara dair hesabatların müəlliflərindən biri olan Manuel Serrano ifadə edib. Bu tədqiqatların nəticəsində məməli canlılar, o cümlədən insan orqanizmində yaşlanma prosesinin aşağıdakı doqquz əlaməti müəyyən olunub:

Birincisi, dezoksiribonuklein turşusu (DNT) — yəni hüceyrələr arasında əlaqə yaradan genetik kodumuz pozulmağa başlayır və xüsusi fəaliyyət üçün yaranan kök hüceyrələri də təsiri altına alır. Bu proses onkoloji xəstəliklərin meydana gəlməsinə səbəb olur.
Davamı →

Nağılsız nənələr

— Qızı vermisən?
— Hə.
— Neçə yaşı var idi?
— 11-i bu il qurtardı.
— Hə, yaxşı eləmisən. Elə tez versən yaxşıdı, sora seçir.

Bu dialoq, işdən evə gələrkən ətrafdakı heç bir səsi eşitməyəcək halda, istəmədən diqqət mərkəzimə hakim olmuş yaşlı nənə ilə orta yaşlı qadının söhbətidir. Əslində bu dialoqun üstündən bir aydan çox vaxt keçib, amma az qala hər gün «sonra seçir» sözləri və bu sözü müdriklik yaşına gəlməli olan bir fərdin deməsi, belə çox emosional deyim, məni məhv edir.

Harda olur olsun yaşlı və müdrik insanları, lap müdrik də deyib çox şişirtmədən qarşısındakını dinləməyi bacaran və məsləhət verə bilən yaşlı insanlara heyranlıqla baxmışam. Və seçən insan qarşısında qorxuya düşən nənədən sonra, onların nə qədər az olduğunu daha çox hiss etmişəm.
Davamı →

Qaçılmaz həqiqət - yaşlılıq

Heç kim yaşlanmaq istəmir
İstər cavan, istərsə də yaşlı, hamı uzunömürlü olmaq, çox yaşamaq istəyir. Heç kəs qocalmaq istəmir. Gənclik dövründə insana elə gəlir ki, qocalığa hələ çox var. Yaşlılıq dönəmində isə bu, keçən illərə heyfsilənmə kimi özünü göstərir. Yəqin elə buna görə, gənclər gələcəklərindən, yaşlılar isə keçmişlərindən danışmağı sevirlər.

Elmin, qıdalanma və yaşayış səviyyəsinin inkişafı insan ömrünün əvvəlki illərdə yaşayanlara nisbətən daha uzun olmasına səbəb olmuşdur. Dünya Səhiyyə Təşkilatı qocalığın orta yaş sərhədini 60 yaş olaraq qeyd etsə də, ehtiyac hiss edilən bəzi peşələr üçün məcburi təqaüd yaşı 65-67 olaraq qeyd edilir.

Bunlar yenə də sabit deyildir. Xüsusilə 70-80 yaşında hələ də xalqına faydalı və əlverışli olan bir çox insanlara yaşlı, qoca demək çox çətin, həm də ədalətsizlik olar. Birren (1982) yaşlılığı bioloji, sosial, psixoloji cəhətləri olan bir hadisə kimi qiymətləndirir. Qocalıqda ortaya çıxan müxtəlif fiziki dəyişikliklər və sağlamlıq problemləri ilə birlikdə təqaüdə çıxmaq, dul qalmaq, yaxın insanların itgisi, maddi çətinliklər, ailə həyatı qurmamaq və s. kimi sıxıntılar da bu dövrün çətinlikləri arasındadır.
Ardı →

Qocalmadan qocalmayın

İlk dəfə 1 ci sinifə gedəndə buna fikir vermişdim, çox maraqlı mənzərə idi. 60-65 yaşlarında ağsaç kişi ilə qadın əl-ələ tutub harasa gedirdilər. O vaxtki Hüsü Hacıyev küçəsindən üzü univermağa tərəf yol almışdılar, mən də 20 qəpiklik dondurma almaq üçün mağazaya çıxmışdım. Bunlara xeyli baxdıqdan sonra məndə qəribə hisslər oyandı. Uşaqlıqdan özümdə romantikliyi, sentementallığı kəşf etmişdim, hər şeyə həmişə diqqət edir, araşdırmağı sevirdim, odur ki, düşündüm ki, necə olur ki, bunlar qocalıblar, amma cavanlar kimi əl-ələ gəzirlər? 
İllər keçdi, müşahidə qabiliyyətim də mənimlə yavaş-yavaş böyüdü, həyat təcrübəm ildən ilə dolğunlaşdı, dağa-daşa çıxa-çıxa yol tapmağı öyrənməyə başladım. Kişi qadın münasibətləri, anatomiya, psixalogiya, intim mövzularda xeyli məqalələr oxudum, kitab vərəqlədim, münasibətlərin qurulmasını, qorunmasını, dağılmasını kitab-kitab yaşadım.


Ardı →

Qocanın qədrini bil ki...

Qocanın qədrini bil ki...Hər yaşın öz gözəlliyi var, əlbəttə ki, həyatı düzgün qura bilsən. Gənclik nə qədər cazibəli, nə qədər şirindirsə, qocalıq ondan da təravətli, nurludur. Amma yetər ki, hər kəs öz yaşının, həyat mərhələsinin şərtlərini anlasın, yaşasın.  Bir vaxtlar ailə dağıtmaq, kiçiyin böyüyün üzünə, necə deyərlər, ağ olması fəlakət, faciə hesab olunardı, amma indi bütün bunlar adi hal alıb, elə özümüz də barışmışıq belə mənzərələrlə...

Bəli, mənəvi aşınmamızın ən həssas nöqtələrindən biri də ağsaqqal, ağbirçəklərlə, valideynlərlə rəftarın, davranışın zəif olmasıdır, daha doğrusu, onlara qarşı laqeydliyimiz, biganəliyimizdir. Bəlkə elə bunun nəticəsidir ki, bu gün qocalar evi dolub-daşır, hələ bəlkə neçə-neçə bu cür evlər tikilsə yenə tələbatı ödəməyəcək, yəni ora müraciət edənlərin sayı qat-qat çox olacaq. Bax bu fakt mənəvi aşınmamızın ən aydın göstəricilərindəndir. Əgər bir övlad öz valideynini küçəyə atırsa, onun haqqında yaxşı nəsə söyləmək çətindir. Valideyni evdən qovmağa, istədiyimiz kimi rəftar etməyə heç birimizin haqqımız yoxdur.

Metroda, avtobusda bir yaşlıya rast gəlirik, durub ona yer verməyə də ərinirik. Yolu keçməkdə çətinlik çəkən bir qocanın əlindən tutub kömək etmək əvəzinə, yanından əl-qolumuzu yelləyə-yelləyə, ildırım sürətilə  ötüb keçirik.
Ardı →

Ad günü | Fabian Dobles

Yuxudan oyandı və o andaca yadına düşdü ki, bu gün onun ad günüdür.
O, adətinə xilaf çıxaraq ailə başçısı kimi heç kimə «sabahın xeyir»- deməsə də bunun fərqinə varan olmadı.
Səhər yeməyi zamanı çörəyin yanında oturan milçəyi öldürmək üçün əlini stola möhkəmcə çırpdı. Bu hərəkəti də nə aşbaz qadının, nə arvadının, nə də ki, hələ də ailə qurmayıb valideyn himayəsində yaşayan böyük övladlarının diqqətini çəkdi.


Üzünü qırxanda azca kəsdi və yeddi mərtəbəli bir söyüş söydü. Əlbəttə ki, söyüş söyməyi təəccüb doğuracaqdı,lakin heç kim onu eşitmədi.


Ardı →