Mən qocayammı?

  • Esse
Bir neçə il əvvəl həmkarlarımla bir məclisdə olarkən, mən ağsaçlı xeyriyyəçi David Rubenşteynin həyatımızın son səhifələrinə daxil olarkən “cəld davranmaqla” bağlı söhbətinə qulaq asırdım. Cəld davranmaq? Həmyaşıdlarımdan bir çoxu artıq dayanıblar, dayanmayıblarsa da, naftalin iyi verirlər.

Ağlımda onun bu öyüdünü saxlamışdım, bir müddət əvvəl indi 69 yaşı olan cənab Rubenşteynlə daha bir söhbətim oldu, ondan özünü həqiqətən yaşlı hiss edib-etmədiyini soruşdum. “69 mənə yeniyetməlik kimi görünür”, — deyə o cavab verdi. Təsadüfən ondan iki gün əvvəl də cərrahiyə əməliyyatları arasındakı bir vaxtda kömək etdiyim 68 yaşlı tanış şairə isə mənə belə demişdi: “Mən indi qoca qarıyam”.

Necə olur, 68 yaşlı biri özünü qoca hiss etdiyi halda, o birisi etmir? Ümumiyyətlə, “qocalıq” nədir?
Davamı →

Yaşlanmanın 8 əlaməti

Bioloji yaşlanma dövründə orqanizmdə yaxşıya doğru heç bir proses baş vermir”.
Bu fikri İspaniyadakı Milli Onkoloji Araşdırmalar Mərkəzinin həkimi, yaşlanma əlamətləri üzrə tədqiqatlara dair hesabatların müəlliflərindən biri olan Manuel Serrano ifadə edib. Bu tədqiqatların nəticəsində məməli canlılar, o cümlədən insan orqanizmində yaşlanma prosesinin aşağıdakı doqquz əlaməti müəyyən olunub:

Birincisi, dezoksiribonuklein turşusu (DNT) — yəni hüceyrələr arasında əlaqə yaradan genetik kodumuz pozulmağa başlayır və xüsusi fəaliyyət üçün yaranan kök hüceyrələri də təsiri altına alır. Bu proses onkoloji xəstəliklərin meydana gəlməsinə səbəb olur.
Davamı →

Qaçılmaz həqiqət - yaşlılıq

Heç kim yaşlanmaq istəmir
İstər cavan, istərsə də yaşlı, hamı uzunömürlü olmaq, çox yaşamaq istəyir. Heç kəs qocalmaq istəmir. Gənclik dövründə insana elə gəlir ki, qocalığa hələ çox var. Yaşlılıq dönəmində isə bu, keçən illərə heyfsilənmə kimi özünü göstərir. Yəqin elə buna görə, gənclər gələcəklərindən, yaşlılar isə keçmişlərindən danışmağı sevirlər.

Elmin, qıdalanma və yaşayış səviyyəsinin inkişafı insan ömrünün əvvəlki illərdə yaşayanlara nisbətən daha uzun olmasına səbəb olmuşdur. Dünya Səhiyyə Təşkilatı qocalığın orta yaş sərhədini 60 yaş olaraq qeyd etsə də, ehtiyac hiss edilən bəzi peşələr üçün məcburi təqaüd yaşı 65-67 olaraq qeyd edilir.

Bunlar yenə də sabit deyildir. Xüsusilə 70-80 yaşında hələ də xalqına faydalı və əlverışli olan bir çox insanlara yaşlı, qoca demək çox çətin, həm də ədalətsizlik olar. Birren (1982) yaşlılığı bioloji, sosial, psixoloji cəhətləri olan bir hadisə kimi qiymətləndirir. Qocalıqda ortaya çıxan müxtəlif fiziki dəyişikliklər və sağlamlıq problemləri ilə birlikdə təqaüdə çıxmaq, dul qalmaq, yaxın insanların itgisi, maddi çətinliklər, ailə həyatı qurmamaq və s. kimi sıxıntılar da bu dövrün çətinlikləri arasındadır.
Ardı →

Qocalmadan qocalmayın

İlk dəfə 1 ci sinifə gedəndə buna fikir vermişdim, çox maraqlı mənzərə idi. 60-65 yaşlarında ağsaç kişi ilə qadın əl-ələ tutub harasa gedirdilər. O vaxtki Hüsü Hacıyev küçəsindən üzü univermağa tərəf yol almışdılar, mən də 20 qəpiklik dondurma almaq üçün mağazaya çıxmışdım. Bunlara xeyli baxdıqdan sonra məndə qəribə hisslər oyandı. Uşaqlıqdan özümdə romantikliyi, sentementallığı kəşf etmişdim, hər şeyə həmişə diqqət edir, araşdırmağı sevirdim, odur ki, düşündüm ki, necə olur ki, bunlar qocalıblar, amma cavanlar kimi əl-ələ gəzirlər? 
İllər keçdi, müşahidə qabiliyyətim də mənimlə yavaş-yavaş böyüdü, həyat təcrübəm ildən ilə dolğunlaşdı, dağa-daşa çıxa-çıxa yol tapmağı öyrənməyə başladım. Kişi qadın münasibətləri, anatomiya, psixalogiya, intim mövzularda xeyli məqalələr oxudum, kitab vərəqlədim, münasibətlərin qurulmasını, qorunmasını, dağılmasını kitab-kitab yaşadım.


Ardı →

Uzunömürlülük

Uzunömürlülük problemi, daha doğrusu, insan ömrünün artırılması 2 məsələni nəzərdə tutur. I məsələ taktiki adlandırılan məsələni bu gün həll etmək lazımdır; bu insanların çoxuna təbiət tərəfindən təyin olunmuş həddə qədər yaşamağa imkan verə bilər. II məsələ — strateji məsələ, indi yox, gələcəkdə həll olunmalıdır — bu məsələ bu həddi irəli çəkmədə təbiətin özündə dəyişiklik etməkdən ibarətdir.
İnsan ömrünün həddini nə hesab etmək olar? Bəlkə diqqətimizi uzunömürlülük üzrə "çempion" 168 il yaşamış Şirəli Müslümova cəlb etməliyik? Xeyr, alimlər hesab edirlər ki, bu düzgün olmazdı. Ona görə yox ki, qocalar öz yaşlarının təyin olunmasına çalışırlar. Məsələ burasındadır ki, bu cür «uzunömürlülük» çox nadir hadisədir, çünki 130-150 yaşına çatmış insanlara milyon illər ərzində nadir hallarda rast gəlinir. Burada təsadüfi faktorların təsiri də ola bilər, yaxud bu sadəcə «təbiətin səhvi» ola bilər. Bir çox alimlər, həmçinin uzunömürlülük problemi ilə məşğul olan məşhur tədqiqatçı İ.V.Davidovski insan ömrünün həddinin 100-110 il olduğunu hesab edir. Digər xarici və vətən alimləri bu həddin 90-100 il olduğunu qeyd edirlər.


Ardı →

Biz niyə qocalırıq?

Sualın cavabı çox sadədir. 
Bizim hər gün bədənimizdə milionlarla hücəyrə ölür və təxminən o qədər də yaranır. Uşaqlarda gündəlik yaranan hüceyrələr ölənlərdən daha çox olur və buna görə də onlarda böyümə prosesi gedir. İnsanlar yaşlandıqca məhv olan və yaranan hüceyrələrin sayı bərabərləşir və daha sonra məhv olan hüceyrələr yaranan hüceyrələri üstələyir. Eyni zamanda cavan insanlarda bədən məhv olmuş hüceyrələri lazımı vaxta bədəndən çıxardığı halda insan yaşlandıqca onlar bədəndən vaxtında çıxmadıqları üçün insanın bədənində ölü hüceyrələr yığılmağa başlayır və buna görə də insan yaşlandıqca dəri qırışır, daha quru olur və s.biz niyə qocalırıq?

Alimlərin son 10 ildə kəşf ediblər ki,insan hüceyrələri hər bölünən zaman özlərinin əvvəlcə neçə dəfə bölündüklərini yadda saxlaya bilirlər və 50 nəsil bölündükdən sonra bölünmə prosesi dayanır. 

Bütün bu lazımı məlumlatları onlar bildiklərindən bir çox alim iddia edir ki, yaxın zamanda insanların indikindən bir neçə dəfə çox yaşamasının üsulları tapılacaq, çünki bunun üçün sadəcə hüceyrədə hansı DNT-in 50 dəfə bölünmə xüsusiyyətini özündə saxlamasını müəyyən etmək kifayətdir ki, insanın yaşını uzatmaq mümkün olsun.

Tez qocalmanın qarşısı almaq üçün isə bədən kütləsinin az və ya normal olması(çünki kök adamlarda hüceyrələr daha tez bölünür və beləliklə 50 bölünməyə daha tez çatırlar), az stress keçirtmək(çünki stress zamanı qan dövranı sürətlənir və hüceyrələr daha sürətli bölünür) və s kimi qaydalara riayət etmək lazımdır.
Davamı →