Diplomatik qəbullarda əyləşdirmə

Nahar və şam yeməklərinin təşkili zamanı daha bir incə problem yaranır. Qəbulun optimal tarixini seçmək, dəvət­na­mələri göndərmək, yaxşı qida və içkini təmin etməkdən başqa masa arxasında düzgün əyləşməni düşünmək lazımdır.
Səhər yeməyi, nahar, şam yeməyi növlü qəbullarda qonaqlar dəqiq nizamla əyləşirlər. Ən sanballı yer qəbul sahibəsindən sağda (xanımlar iştirak edirsə), sonra sahibədən solda, qəbul sahibindən soldakı yerlər gəlir. Qəbul sahiblərindən uzaqlaşdıqca yerlərin sanballığı da azalır. Yalnız kişilərin iştirak etdiyi qəbulda ən ali qonağa qəbul sahibi ilə üzbəüz masanın qarşı tərəfindən yer ayrılır.
Əyləşdirmənin başlıca qanunu — ən sanballı yerlərdə ən hörmətli qonaqlar əyləşir. Bundan imtina, geri çəkilmə nüfuza qəsdən zərərvurma kimi qiymətləndirilə bilər.


Ardı →