Qorxu hissi nələrə səbəb olur?

Qorxu məlumatsızlıqdan yaranan emosiyadır. Məsələn qaranlıqdan yaranan qorxu hissi qaranlığın qeyri müəyyənliyindən irəli gəlir.

Yer üzündə elə bir insan yoxdur ki, bu hissə sahib olmasın. Hətta heyvanlar belə, qorxu ilə tanışdırlar. İnsanlar qorxu ilə doğulmur, bu, zamanla formalaşan duyğudur. İnsanlarda qorxu adətən 4-6 aylıqdan sonra, valideynlərdən ayrı qala bilməməklə başlayır. Zaman keçdikcə, ailə içindəki bu qorxular artaraq böyüyür və kənar dünyaya addım atdıqda bunlara yeniləri əlavə olunur.

Qorxu fərdə qarşı yaranmış təhlükəyə reaksiyadır. İnsanlar onları narahat edən hər şeydən qorxa bilər. Azyaşlılarla böyüklərin qorxuları bir qədər fərqlənir. Burada əsas fərqli cəhət odur ki, uşaqların qorxuları heç də həmişə gerçəkliyə uyğun səbəblərdən meydana gəlmir.
Davamı →

Genetik qorxu

Belə bir eksperiment aparılıb. Laboratoriya siçanlarının saxlandığı qəfəsin siçanlar olan bir bölməsinə meşə gilasının çiçəklərində olan ətirli maddə (asetofenon) buraxılır. Siçanlar bu iyə reaksya vermirlər. Az sonra qəfəsin həmin bölməsinə zəif elektrik cərəyanı verilir. Siçanları cərəyan vurur, onlar həmin bölmədən qaçırlar. Bu təcrübə dəfələrlə təkrarlanır, axır iş o yerə çatır ki, hansısa bölməyə həmin maddə buraxılan anda siçanlar başqa bölmələrə qaçırlar. Yəni, siçanlarda həmin iyin özünə qarşı qorxu hissi yaranır.

Eksperimentin ikinci mərhələsi. Həmin siçanlardan əmələ gələn nəsillər başqa qəfəsdə böyüdülür. Yetkinləşdkdən sonra eyni təcrübə onların üzərində aparılır. Onların gəzişdiyi qəfəs bölməsinə asetofenon maddəsi buraxılan kimi onlar qorxub qaçırlar.
Davamı →

Uşaqların qaranlıqdan qorxma səbəbləri

Əgər uşaq qaranlıq qorxusundan qurtula bilmirsə, mütləq psixoloqa müraciət edilməli və problem aradan qaldırılmalıdır

Nədənsə, uşaqlar qaranlıqdan daha çox qorxurlar. Bəzən onlara elə gəlir ki, anaları yanında olmasa, heç nə edə bilməzlər.
Bu vəziyyəti aradan qaldırmaq yollarından biri, uşaqların erkən yaşlarında yataq otaqlarını ayırmaq və yuxu saatlarını müəyyənləşdirməkdir. Bu saat sabit olmalıdır, yəni dəyişməməlidir. 2-6 yaşlı uşaqlar üçün yuxu saatı 20.00-21.30, 7-12 yaşlı uşaqlar üçün 20.00-21.30, 15-18 yaşlı uşaqlar üçün isə saat 23.00 olmalıdır.

Həmçinin uşaq saat neçədə yatacağını bilməlidir. Qaranlıq olmasın deyə, uşaq yuxuya gedənə qədər gecə lampasından istifadə etmək olar. Dəhlizin işığı içəri düşürsə, yataq otağı dəyişdirilməli, yaxud qalın pərdə, günəşliklə işığın qarşısı alınmalıdır. Uşağın yatdığı otağın qapısı şüşəlidirsə, mümkün qədər bu şüşələr işığı keçirməyəcək şəkildə olmalıdır. Bütün bunlarla yanaşı, valideyn uşağın nədən narahat olduğunu bilməli və səbəbini aradan qaldırmalıdır.

Qaranlıq qorxusu uşağın yanında qanqaralığı salmaqdan, ailədaxili münaqişələrdən, dəcəllik edəndə onları ağlasığmaz şəkildə qorxutmaqdan, qorxulu şeylər danışmaqdan da irəli gəlir. Əgər uşaq qaranlıq qorxusundan qurtula bilmirsə, mütləq psixoloqa müraciət edilməli və problem aradan qaldırılmalıdır.


Davamı →

Yaşanmış qorxu nəsildən nəslə keçir

Heyvanlar üzərində aparılmış tədqiqatlar göstərib ki, həyatın travmatik anları və hadisələrinin izi nəsildən nəslə genetik yaddaşın mexanizmi əsasında keçə bilir.

Tədqiqatların nəticəsinə görə, travma effekti sperma hüceyrələrinin DNT-də iz buraxa bilər və nəticədə növbəti nəsillərdə özünü biruzə verə bilər.

Nature Neuroscience jurnalında dərc olunmuş tədqiqatın nəticələri göstərib ki, müəyyən iydən, qoxudan qorxmağa vərdiş etmiş siçanların balalarında və növbəti törəmələrində də həmin reaksiya özünü biruzə verməkdədir.

Ekspertlərin qənaətincə, tədqiqatın nəticələri xof, əndişə və təşviş kimi hisslərin araşdırılması üçün mühümdür.


Ardı →

Qorxularınızla mübarizə aparın

Qorxu əslində bir enerjidir və istəklərə çatmaq üçün qorxularla mübarizə aparmaq lazımdır. 
Bəzən dünya insanlara çox qorxunc bir yer kimi görünür. Maddi sıxıntılar, dəyişən iqlim şərtləri, müharibələr hamının qorxuları arasında yer alır. Eyni zamanda bunlar insanları çox yorur. Məqsədlərə çatmaq üçün qorxulardan yaxa qurtarmaq lazımdır. 

Duyğusallıqdan xilas olmaq üçün idmanla məşğul ola bilərsiniz. qorxular

Qorxularınızı qəbul edin.
Bunun fərqində olmaq sizə seçim şansı verir. 

Bədəninizdəki qorxu mərkəzini bəlli edin.
Bu mədəniz, çiyniniz, ya da ağırlıq hiss etdiyiniz hər hansı bir yer ola bilər. 

Qorxu orqanını düşünərək dərin nəfəs alın.
Beləcə rahatlayıb gərginliyi ata bilərsiniz. Nəfəs verərkən qorxunuzu bədəninizdən atdığınızı və içinizdə huzur olduğunu düşünün. 

Gün ərzində davamlı olaraq su için. Deyilənlərə görə, su pis fikirlərin atılmasına kömək edir və insanı sakitləşdirir. 

Özünüzə davamlı olaraq dəstək verən, ruhlandıran və casarətli edən sözlər deyin.
Özünüzün ən yaxşı dostu olun və sevdiyiniz dostlarınızla necə davranırsınızsa, özünüzlə də elə davranın. 
Ardı →

Sosial fobiya və əlamətləri

Fobiya — təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir.

Sosial fobiya nədir? Əlamətləri nələrdir?
Mütəxəssislər soaial fobiya nədir və sosial fobiyaya səbəb ola biləcək hallar haqqında bunları deyirlər:
Sosial fobiya insanın başqalarının yanında kiçilməsi, çətinlik ya da utanmasına səbəb ola biləcək əlamətlərlə üzləşməsi,davranışının qorxusudur. Bu cür  şəxslər başqaları ilə qarşılıqlı münasibətdə olmağı tələb edən ya da hər hansı bir hərəkəti başqalarının yanında etmələrini tələb edən vəziyyətlərdən qorxurlar. Və bunlardan bacardıqları qədər qaçırmağa çalışırlar. Məsələn, ümumi yerlərdə yemək yeməkdən, telefonla danışmaqdan, başqalarının yanında adlarını yazmaqdan, ya da hansısa sənədi imzalamaqdan utanırlar, alçaldılmış duyğusu və qorxu hiss edirlər.
Ardı →

Uşaqların qorxu hissini dəf etməsi üçün bəzi tövsiyələr

Mütəxəssislər deyirlər ki, insanın yaşı artıb qabiliyyətləri inkişaf etdikcə qorxuların səbəb və məzmunu da dəyişir. Əvvəl ancaq xəyali şeylərdən qorxan uşaq, daha sonra xəstəlik, ölüm, sevdiyi insanları itirmək və s. hallardan qorxmağa başlayır. Lakin ailədə uşaqlara düzgün yanaşılarsa, müəyyən müddətdən sonra bu qorxuluq yox olar.

Uşaqlar hansı yaş dövründə nələrdən qorxurlar?
Ardı →