Qorxu hissi nələrə səbəb olur?

Qorxu məlumatsızlıqdan yaranan emosiyadır. Məsələn qaranlıqdan yaranan qorxu hissi qaranlığın qeyri müəyyənliyindən irəli gəlir.

Yer üzündə elə bir insan yoxdur ki, bu hissə sahib olmasın. Hətta heyvanlar belə, qorxu ilə tanışdırlar. İnsanlar qorxu ilə doğulmur, bu, zamanla formalaşan duyğudur. İnsanlarda qorxu adətən 4-6 aylıqdan sonra, valideynlərdən ayrı qala bilməməklə başlayır. Zaman keçdikcə, ailə içindəki bu qorxular artaraq böyüyür və kənar dünyaya addım atdıqda bunlara yeniləri əlavə olunur.

Qorxu fərdə qarşı yaranmış təhlükəyə reaksiyadır. İnsanlar onları narahat edən hər şeydən qorxa bilər. Azyaşlılarla böyüklərin qorxuları bir qədər fərqlənir. Burada əsas fərqli cəhət odur ki, uşaqların qorxuları heç də həmişə gerçəkliyə uyğun səbəblərdən meydana gəlmir.
Davamı →

Genetik qorxu

Belə bir eksperiment aparılıb. Laboratoriya siçanlarının saxlandığı qəfəsin siçanlar olan bir bölməsinə meşə gilasının çiçəklərində olan ətirli maddə (asetofenon) buraxılır. Siçanlar bu iyə reaksya vermirlər. Az sonra qəfəsin həmin bölməsinə zəif elektrik cərəyanı verilir. Siçanları cərəyan vurur, onlar həmin bölmədən qaçırlar. Bu təcrübə dəfələrlə təkrarlanır, axır iş o yerə çatır ki, hansısa bölməyə həmin maddə buraxılan anda siçanlar başqa bölmələrə qaçırlar. Yəni, siçanlarda həmin iyin özünə qarşı qorxu hissi yaranır.

Eksperimentin ikinci mərhələsi. Həmin siçanlardan əmələ gələn nəsillər başqa qəfəsdə böyüdülür. Yetkinləşdkdən sonra eyni təcrübə onların üzərində aparılır. Onların gəzişdiyi qəfəs bölməsinə asetofenon maddəsi buraxılan kimi onlar qorxub qaçırlar.
Davamı →

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları


Bir çox valideynlər övladını verilən tapşırığı yerinə yetirməsi üçün və ya nadinclik etməsin deyə qorxudurlar. «Xoxan gələr aa, qoy başını yat» və ya «Yeməyini ye, yoxsa xoxan gələr səni aparar» kimi kəlmələr bizim ailələrimiz üçün yad deyil. Bəzən «xoxan»ı «iynə vuran həkim» və ya «küçədəki it» əvəz edir. Valideynlərin uşaqları qorxutmaqla bağlı fantaziyaları sonsuzdur. Bəs ümumiyyətlə, uşağı qorxutmaq doğrudurmu?

Uşaqlarda qorxu hissi doğulandan yeniyetmə yaşına qədər mərhələlərlə inkişaf edir. Mütəxəssislər bu inkişaf mərhələlərini 0-2 yaş, 2-6 yaş, 6-9 yaş, 9-12 yaş və yeniyetməlik dövrlərinə görə fərqləndirirlər.

0-2 yaşında olan uşaqlar ağrıdan, bərk səsdən, tək qalmaqdan və fiziki dəstəyi itirməkdən qorxurlar (əlini buraxanda, qucaqdan düşəndə və s.). Bu qorxu hissi doğulan gündən başlayır və tədricən güclənir. Böyük ehtimal bu yaşda uşaqların təsəvvürü tam formalaşmadığından onları «xoxan»la qorxuzmaq olmur. Başqa sözlə onlar hələ xoxan nə olduğunu nə dərk, nə də təsəvvür edirlər.
Davamı →

35 qəribə fobiya


 (Cəmiyyətimizdə də bu cür fobiyaları olan insanlar var, oxuyun dostlar!)

1. akribofobiya — oxunulmuş bir şeyin mənasını anlaya bilməmək qorxusu
2. araxibutirofobiya — qoz (və ya araxis) yağının yumşaq səmaya yapışacağından qorxu
3. aulofobiya — fleytadan qorxu
4. bibliofobiya — kitabxanalardan qorxu
5. verbofobiya — sözlərdən qorxu
6. qadiofobiya (ierofobiya) — ziyarətgah və ruhanilərdən qorxu
7. hidrozofobiya — tərləməkdən qorxu
8. qrafofobiya — əllə yazmaq (vəya yazı ləvazimatlarını ələ götürmək) qorxusu
9. deypnofobiya — nahar zamanı (əsnasında) danışmaq qorxusu
10. dikefobiya — ədalətdən qorxmaq
Ardı →

Təyyarələrdə uçmaqdan qorxuram (dini və psixoloji cavab)

Sual: Son zamanlarda təyyarələrin qəzaya uğraması haqqında çox eşidirik. Təyyarəyə minmək qəsdən özünü ölüm təhlükəsi ilə üzbəüz qoymaq sayılmırımı? Həlak olan şəxs özünə qəsd etmiş hesab ediləcəkmi? Mən ümumiyyətlə təyyarəyə minməkdən qorxuram. Bu normal haldırmı? Öz qorxumla mübarizə etmək lazımdırmı və ya bunu ölüm təhlükəsindən qorunmaq üçün İlahi bir vergi kimi qəbul etməliyəm?
Cavab: 
Dini cəhətdən:
Özünə qəsd etmək bilərəkdən, qəsdən özünü həyatdan məhrum etmək sayılır və ya gec-tez ölümlə nəticələnəcək bir işi yerinə yetirmək də eyni qəbildəndir. Təyyarə nəqliyyatından istifadəni heç cür özünəqəsd adlandırmaq olmaz. Müasir təyyarələr indiki zamanda elə quraşdırılmışdır ki, onlarla hərəkət etmək, avtomobilə minmək riskindən azdır. 
Düzdür, əgər insan qabaqcadan bilsə ki, təyyarə qəzaya düşəcək, ya buna dair insanın böyük ehtimalı olsa (məsələn maksimal eksplutasiya müddəti keçib, hava gəmisi texniki baxışdan keçməyib və s.) bu zaman ona minmək qadağa hesab edilir. Əgər sizlərdə şüurlu hallarda qorxu hissi yaranırsa və çox az bir insan onu qorxu hesab etməzsə, əlbəttə bunu İlahi bir nemət hesab etmək lazımdır.
Ardı →

10 ən əsas insan qorxusu

1. Tənha qalmaq qorxusu

Hətta tamamilə özünə qapanma və cəmiyyətə zidd olan davranışla xarakterizə olunan autizm xəstəliyindən əziyyət çəkən insanlar da qəlblərinin dərinliklərində tamamilə tənha qalmaq qorxusunu hiss edə bilərlər. Bu qorxunun kökündə hər bir insanın xoşbəxt olmağa can atması durur. Madam ki, insanlar ibtidadan «ictimai (sosial) heyvan» hesab edilirlər, bu səbəbdən, biz özümüzü yalnız cəmiyyət içində olaraq, (arzularımızı, istəklərimizi) həyata keçirərək xoşbəxt hiss edə bilərik. Anlaşılmaz, qəbuledilməz, atılmış, rədd edilmiş olmaq — kimi gerçəklik insanın həzz almasından daha çox qorxmasına səbəb olur.

2. Ölüm qorxusu (akrofobiya, hemofobiya və s.)
Obrazlı düşüncə tərzi olan əndişə və bədgüman xasiyyətli insanlar. Məhz bu cür insanlar ölüm qorxusu və digər uyğun fobiyaların əsas daşıyıcılarıdır: örtülü (bağlı) məkan qorxusu, qan qorxusu, hündürlük qorxusu, ölülərdən qorxma, ağrı qorxusu, zorlanma qorxusu və s.

3. Sosiofobiya (açıq, ümumi çıxış etmə qorxusu), aqorafobiya (açıq məkan qorxusu)
İstər bu cür, istərsə də başqa yolla olsun, hamımız müxtəlif dərəcələrdə şəxsi hisslərimiz və emosiyalarımızı başqalarının gözü qarşısında biruzə verməkdən qorxuruq. Lakin bəziləri üçün bu cür qorxu beyninə girir və fobiyaya çevrilir. Bu xəstəlikdən əsasən obraz və sistemli tip düşüncə tərzi olan insanlar əziyyət çəkir. Əgər birinci dəfədirsə — diqqət mərkəzində olmaq üçün anadangəlmə yaradıcılıq xasiyyətidir (natura), gərəkli şeydir, amma müəyyən edilmiş xüsusiyyətlərin nəticəsinin qəbul edilməsində səhnə və ya açıq məkan qorxusu meydana çıxır. Digərləri üçün bu daha çox səriştəsiz, gülməli, axmaq kimi görsənmək qorxusudur. 
4. Hörümçək, siçovul, tarakan (mətbəx böcəyi), ilan, təyyarə, bədheybət, iblis (şeytan), güzgü, kompüterin söndürülmüş monitoru, dikdaban qorxusu
Bütün bu qorxular bir məntəqədə kəsişir, yəni bütün bu qorxuların kökü, anadangəlmə obrazlı intellektə malik kəslərdə obrazlı düşüncə növünün tam inkişaf etməməsi ilə əlaqədardır. Bu cür qorxu və fobiyalara məhz anadangəlmə obrazlarla düşünən insanlarda rast gəlmək olar. Bu, hissi xasiyyətli kəslərdir: aktyorlar, rəssamlar, modellər və s. Bir sözlə, obraz və emosiyalarla düşünən kəslərdir.
Ardı →

Sosial fobiya və əlamətləri

Fobiya — təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir.

Sosial fobiya nədir? Əlamətləri nələrdir?
Mütəxəssislər soaial fobiya nədir və sosial fobiyaya səbəb ola biləcək hallar haqqında bunları deyirlər:
Sosial fobiya insanın başqalarının yanında kiçilməsi, çətinlik ya da utanmasına səbəb ola biləcək əlamətlərlə üzləşməsi,davranışının qorxusudur. Bu cür  şəxslər başqaları ilə qarşılıqlı münasibətdə olmağı tələb edən ya da hər hansı bir hərəkəti başqalarının yanında etmələrini tələb edən vəziyyətlərdən qorxurlar. Və bunlardan bacardıqları qədər qaçırmağa çalışırlar. Məsələn, ümumi yerlərdə yemək yeməkdən, telefonla danışmaqdan, başqalarının yanında adlarını yazmaqdan, ya da hansısa sənədi imzalamaqdan utanırlar, alçaldılmış duyğusu və qorxu hiss edirlər.
Ardı →

Fobiya növləri-2

Xəstəliklərdən qorxma

♦Ümümi xəstəliklər — Patofobiya (Pathophobia)
♦Müəyyən olunmuş xəstəliklər —Monopatofobiya (Monopathophobia)
♦Angina —Anginofobiya (Anginophobia)
♦Yaddaş itgisi —Amnezifobiya (Amnesiphobia)
♦Korluq—Skotomafobiya (Scotomaphobia)
♦Beyin xəstəlikləri — Meningitofobiya (Meningitophobia)

Ardı →

Hörümçək toru

Qəddar və günahkar insan vəfat edir. Cəhənnəmin qapısında onu mələk qarşılayır. Mələk deyir: " Cəhənnəmə getmək istəməyəcəksən. Əgər indi həyatın boyu etdiyin cəmi bir yaxşılığı yadına salıb, mənə desən, bu kifayət edər ki, bağışlanıb, Cənnətə düşəsən ". Kişi həyəcanla fikirləşir, bütün qohumlarını, dostlarını, ətrafında olmuş insanları xatırlayır, onlara nə vaxtsa yaxşılıq etdiyi yadına düşmür. Vaxt bitir, o, xilas üçün bir səbəb tapa bilmir. Kişini Cəhənnəmin qapısından içəri atmaq istəyirlər ki, o, qışqırır: " Dayanın, xatırladım. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçəyi gördüm, mən ordan ehtiyatla keçdim ki, onun yuvası pozulmasın ".
Ardı →