Divarin o tayı (Qorxulu Əhvalatlar)

Hadisələr uzaq gələcəkdə Azərbaycan Krallığında cərəyan edir. Vətəndaşlar iki kateqoriyaya bölünüb: gəlirləri 250 min manatdan az və çox olanlar. Birinci sinfdən olanlar gecə-gündüz ağır şəraitdə çalışıb, dövlətdən qəpik-quruş alır və gündə iki dəfə dövlət hesabına qidalanır. Minimum gündəlik iş saatı 14 saat, istirahət günü ildə yalnız 6 gün, o da ki, yalnız işçinin nizam-intizamı və ya məhsuldarlığı ilə əlaqədar heç bir problemi olmadıqda verilir. Aztəminatlı vətəndaşın 75 yaşına qədər intihar etməməsi üçün sistematik ölçülər götürülüb. İkinci kateqoriyadan olan insanlara isə hər cür hüquq və mükəlləfiyyətlər verilib.
Davamı →

Qırmızı Damla- (Qorxulu Əhvalatlar silsiləsindən) - 6-ci fəsil

VI

YARIMÇIQ QALMIŞ MƏZUNİYYƏT

Ozon qatı...Təki problemərin əsası, bu mif şəklində onilliklər ərzində insanların beyinlərinə yeridilmiş planetar böhran xurafatı olaydı. Monreal Protokolu ilə  stratosferik ozon təbəqəsini məhv edən xlorin və bromin tərkibli maddələrin istehsalı və zavod-fabriklərdəki emissiyaları  beynəlxalq nəzarətə götürüldü. Məqsəd qütblərdə iqlimin kəskin şəkildə dəyişməsinə yol açana “ultrabənövşə” bombardmanın qarşını almaq idi.  2014-cü ildə ozon təbəqəsinin tədricən bərpa olunması xəbərini dünya ictimaiyyəti bir müştərək qələbə kimi car çəkdi. Axı problemlər bununla bitmir, sadəcə bir-birini müəyyən vaxtdan sonra əvəz edir, ozon qatı yerinə gəldi,  bir neçə il sonra turşu yağışlar başladı,  ozon bərpa oldu, Qolfstrim cərəyanı dayandı, ozon qayıtdı mussonlar cənub-şərqi Asiyanın xəritəsini əməlli başlı cızma-qara etdi.


Ardı →

Qırmızı Damla- (Qorxulu Əhvalatlar silsiləsindən) - F.Məmmədov - 8-ci fəsil

VIII

BƏRPA OLUNMUŞ RABİTƏ

Birinci dəfəydi ki, Kaibova  üzbəüz  belə yaxından, diqqətlə baxırdı. Cizgiləri, yuxarıya doğru qalxmış  qara qaşları, başının məzəli yumru forması, yarıqıvrım,  əsgər düzümlü saçları – Dadaşov and içə bilərdi ki, ....

-         Məni Qazax niyə adlandırırsan?

Dadaşovun rəngi üzündən götürüldü. Ürəyini oxumuşdu bu müəmmalı insan. Özünü toxtamağa çalışdı:

-              Nə bilim elə əvvəldən öz aramızda hamı səni Qazax deyə çağırır. Həmkarlarım sənin adını soyadını çəkməkdə çətinlik çəkirdi, ona görə.

-              Sizə axı kim deyib ki, mən qazaxam....Qazaxıstana ümumiyyətlə aidiyyatım yoxdur.  Məni Seymur çağır, adım Seymurdu...  Mən də Azərbaycandanam...Nədi inanmağın gəlmir.  Mənim Qazaxstanlı olmağım beynivə yeritdiyin bir illüziyadır.

Yuxudan oyanın, gözlərinizi açın və qaranlıqda  sahili görünməyən bir dənizin ortasında, təkbaşına dərin suda olduğunuzu düşünün,  bu vahimə, bu dəhşət nə qədər aşırıdırsa, bax, Dadaşov da özünü belə tam aciz və dərin çaşqınlıq keçirən biri kimi hiss edirdi. 

Düzdür  “andıra qalmış” müqaviləyə imza atan vaxt, Qazaxstandan Azərsat stansiyasına hər hansı seqmentin birləşəcəyi barədə ona bir məlumat verməsələrdə, 2 ay əvvəl Bakı ilə əlaqə yaradan zaman, Sənanov, dəniz qonşusu olan ölkədən  Müslüm Kaibov adlı birinin ekipaja əlavə olunacağını nəzərinə çatdırmışdı. Sənanovun   yalandan Qazax deyə, Azərbaycanlı bir kosmonavtı, kim bilir bəlkədə başqa bir peşənin sahibini stansiyaya göndərməkdə məqsədi nə ola bilərdi axı?  Heç bir məntiqə sığmırdı.


Ardı →

Qırmızı Damla - (Qorxulu Əhvalatlar silsiləsindən) - 9-cu fəsil

IX

İBRA  HÜNDÜRLÜKLƏRİ

Təcrid olunmuş portal sahəsininin sərhədində ucaldılmış təxminən 2 metr hündürlüklü çəpəri adlamaq,  hər biri üçün son dərəcə vahiməli gəlmişdi. Yeni yerlilər bir yana,  pul hərisliyi ucbatından adada təsadüfən teleportasiya zonasına düşmüş və son 20 ili bu yad planetdə keçirmiş Russo üçün, doğmalaşmış sahəni tərk etmək, vətənə qayıdış üçün bir ümid qığılcımı yaratsa da, onu son dərəcə həyəcanlandırmışdı. Bitkiyə bənzər möhkəm materialdan toxunmuş çəpəri,  sonuncu dırmaşan da elə Russo oldu. Nədənsə ona elə gəlirdi ki, təcrid zonası onu geri çəkirdi, ürəyinə nəisə dammışdı.  Təlaş etməkdən özünü saxlaya bilmirdi.

  Ətrafa göz gəzdirdikdən sonra, qarşılarında açılan üfüqdə  iki çox hündür dağa bənzər bir quruluş gördülər. Uzaqdan baxana da məlum  olurdu ki,  həmin quruluş heç də Yer planetinin dağları ilə eyni cinsdən deyil.  Tam simmetrik, çoxsaylı bucaqları olan bir  göydələn tikiliyə bənzəyirdi.   Təxminən yer məsafəsi ilə beş kilometr uzaqlıqda olan həmin nəhəng dağa irəliləmə başlamışdılar, ki,  yamacın orta hissəsindən qırmızı bir işıltı gözə dəydi. Hər birinin gözləri qamaşdı. Əlləri ilə gözlərini ovuşdurdular.

-         Russo bu nəydi belə, gözlərimi yandırır?

-          Nə olmağını bilmirəm, bircə onu bilirəm ki, bizim burda olmağımızdan xəbərləri var, budur bax.

Eyni mənbədən çıxan qırmızı işıq bu dəfə uzanan lövhə şəklində onlara tərəf irəliləməyə başladı,  hər halda işıq şüası olmadığına əmin oldular, çünki işıq sürəti üçün həmin məsafəni qət etmək bir göz qırpımından dəfələrlə az vaxt tələb edirdi.


Ardı →

Qırmızı Damla- (Qorxulu Əhvalatlar silsiləsindən) - 10-cu fəsil

X

SONUNCU RİSK

Sonuncu dəfə Stansiyanın bu seqmentinə nə vaxt  “ayaq basdığı” yadına gəlmirdi. Təqribi bilirdi ki, 2-3 ay əvvəl  Yerdən göndərilən su birələri üçün  həmin seqmentdə süni olaraq su ekosistemi yaratmışdılar. Əvvəl sınaq uğurlu alınsa da, sonradan     — özü də bilmir — çəkisizlik şəraitinə görəmi, yoxsa  açıq kosmosda  qurduqları su hövzəsinin ətrafla əlaqəda olmamasına görəmi – həşəratlar bir-bir ölməyə başladı.  Külli miqdarda vəsaitin ayrıldığı, böyük bir elmi-tədqiqat institutunun beyinməhsulu olan bu layihənin iflasına nəyin səbəb olduğu aydınlaşmadığından Yerə təkrar olaraq sınaqlar üçün su birələri göndərməyi tapşırmışdı. Sonradan bu məsələ nədənsə unuduldu, heçə Bakı da ona bu istiqamətdə planları barədə bir məlumat vermədi.   İndi  akvariuma bənzər su saxlancında olan  çöküntü vermiş mayeyə baxır və həmin sınaq günləri bircə-bircə yadına düşürdü.  Sınağın uğursuzluğundan sonra ta bu seqmentə bir dəfə olsun girməmişdi. Ehtiyac da yox idi azından. Çünki bu seqmentdə yalnız su canlıları ilə bağlı bio-tibbi eskperimentlər aparıla bilərdi. Ondan savayı heç nəyə yaramırdı.  İndi isə özünü illüziya adlandıran Seymurla bu seqmentdən son istinadgah kimi istifadə edirdi.  Seymur başına gələnləri, yadplanetə necə düşdüyünü,  hələ ki, məğzini tam bilmədiyi sınaqlar nəticəsində kosmik portalların açılmasını və onları kainatda yaratdığı fəsadları ətraflı şəkildə  kapitana başa saldı.  Seymurun dediklərində axır ki, cüzi də olsa bir məntiqi əlaqə  gördü. Məlum oldu ki, teleportasiyaların açılmasında əsas vasitəçi məhz onun hazırda yerləşdiyi  kosmik stansiya idi, ta bilmirdi, ondan  ulduz keçidlərinin yaranması üçün enerji mənbəyi qismində istifadə edirdilər, yoxsa ötürücü kimi. Bunlar hamısı nə qədər fantastik səslənsə də, Dadaşova bir xəfif inandırıcı gəlmişdi. Lakin burda oturub,  bu saat, elə indi  mövcud olmayan bir illüziya, beynində canlanan Seymurun proyeksiyası ilə, — əslində isə özü-özüylə danışmasına heç cür inana bilmirdi. Çox absurd bir vəziyyət idi.


Ardı →

Qırmızı Damla- (Qorxulu Əhvalatlar silsiləsindən) - Epiloq

EPİLOQ

Kapsul yerin orbitini keçdikdən sonra illüminatordan seyr edən Dadaşovun gözləri aşağıda getdikcə yaxınlaşan Qobustan çöllüyünə zillənsədə, fikirləri hələ də gözünün qarşısında məhv olan kosmik stansiyada idi. İndi Bakıda nələr baş verirdi, nələr!? Təkcə Bakı deyil, dünya mediasının da gündəmini zəbt edəcək, BBC, CNN, AL-Jazeera, daha dünyanın ən azbüdcəli xəbər agentliklərin bir həftə ərzində maraq dairəsində olacaqdı. Stansiyada qəza niyə baş verdi? Onun partladılmasında 2—ci dövlətin əli ola bilərmi?  Uğursuz kapitan bu haqda nə deyə bilər? Stansiyanın dağıntılarının  yaşayış sahələrini düşmə ehtimalı nədərəcədə yüksəkdir? Və sayır bu kimi tamaşaçını diqqəni cəlb etməyə yönəlmiş suiqəsd nəzəriyyələri, “şok” açıqlamalar. Hər halda kapitan olaraq stansiyanı sonuncu tərk etmişdi. Ancaq bu özünə təsəlli verən yazılmamış qayda hər halda yeganə ekipaj üzvü olan kapitana şamil oluna bilməzdi.  Özünün həbs olunacağına artıq yüz faiz əmin idi, bu barədə heç bir şübhə ola bilməz. Affidavit və müqavilədə açıq aydın qeyd olunurdu ki, hər hansı etinadzıslığa görə birbaşa kapitan Etibar Dadaşov məsuliyyət daşıyacaq.  Ancaq ölkəsi üçün belə bir vacib layihəni, iflasa uğratması, soyadına bir neçə nəsillik qara ləkə salacaqdı. Ən yaxşı halda ailəsi təqib olunacaq, vəzifədə olan qohumlara məcburi olaraq istefa ərizəsi yazmalı olacaqdılar. Bunun heç cür qarşısını almaq olmazdı.


Ardı →

Qorxulu Əhvlatlar - "Məzar pıçıltısı"

 

 

“Məzar pıçıltısı”

 

 

Mədə ağrılarından bir neçə gün idi ki, qurtula bilmirdi. Birdən birə gecə növbəsinə çıx, həzm sistemini alt-üst olmasın.  Nə qədər özünə təəccüblənsə də, bədəni tədricən bu dəyişikliyə uyğunlaşırdı. Birinci, ikinci, üçüncü dəfə növbəyə çıxanda gecəni böyük səylə oyaq qala bilirdi. Acı qəhvə, şirin isti şokalad,  hər yarım saatdan bir təmiz havaya çıxmaq....hətta stimullaşdırıcı vasitədir deyə səhvən jenşen cöhvəri qəbul etməsi. Cöhvərin həqiqi təyinatından isə danışmağa dəyməz. Gözlərini yumulmasına qarşı bir vasitə tapa bilmirdi. Ancaq elə ki, sayca dördüncü növbəsinə çıxdı, orqanizmində bu yöndə müsbətə doğru irəliləyiş hiss etdi. Sanki  qan axan yaranın üzü tədricən bağlanmışdı.  


Ardı →

Böyük Sui-qəsd nəzəriyyəsi - I hissə- IV fəsil

 

IV FƏSİL

Variasiya

 

Hazırkı zaman

“Bizim” çay evi  qlavpoçtun arxasında rəngarəng, işıq effektli və vinilli reklamlarla bəzədilmiş müştərili obyektlərin qonşuluğunda yerləşirdi. Adı çəkilən çay evinin  super baxımlı reklam lövhəsi olmasa da (əslində çox pis gündə olub, “Bizim” sözünü o qədər toz-ləkə basmışdı ki, “B” hərfindən əsər əlamət qalmamışdı) bircə özəl xüsusiyyəti var idi ki, çay evində daimi müştərilərdən başqa nadir hallarda kimsə olardı.  Əksəriyyəti də işsizlər, son ümidini totalizatorlara pənah etmiş sosial zəlillər idi. Bircə biclikləri vardı bu  çay əhlinin. Arvad seriallara rahatca baxmaq dərdindən əri “Ged iş axtar...evdə balaların acınnan qırılır!”  deyə  günün günorta çağı çölə atması, qışın şaxtasında çöllərdə donmamaq üçün bunu ən son əlac bilirdi. Özlərinə həm-dərd  — eyni bəxti yaşayan kolleqalar tapıb, atışır, bir manatdan bir çaynik çay içirdilər, sonra axşama kimi masanı məşğul edib, istidə qızışırdılar. Günün ikinci yarısında isə “Şəkili” başlarının ətrafında gah o yana gah bu yana getdiyini görüb, naəlac şəkildə simvolik olaraq ikinci çaydanı gətizdirirdilər ki, getməli yerləri olmadığından bir azca da qızışıb yenidən evə qalxsın və arvadın evə gətirdiyi pul hesabına hazırlanan yeməkdən dadsınlar.


Ardı →