Dəvəquşu ətinin faydaları

Dəvəquşu ən böyük quşdur. Onun qanadları olmasına baxmayaraq uça bilmir. Dəvəquşu qanadlarının forması onun uçmasına mane olur. Dəvəquşunun uzun və nazik ayaqları onun sürətlə qaçmasına şərait yaradır. Bu quşlar saatda 70 kilometr sürətlə dayanmadan qaça bilir. Dəvəquşular əsasən düzənlik ərazilərdə yaşayır. Onlara ən çox Cənub-Şərqi Afrikada, İraqda, İranda və Ərəbistanda rast gəlmək olur. Bu ölkələrin düzənlik sahələrində dəvəquşuları özləri yumurta qoyub bala böyüdürlər.

XVII — XIX əsrlərdən sonra yer kürəsi əhalisinin ətə olan tələbatı bu quşun bir çox öklələrdə süni surətdə yetişdirilməsinə səbəb oldu. Belə ki, həmin dövrlərdən başlayaraq bəzi ölkələrdə dəvəquşunun artırılması üçün fermalar yaradıldı və onların artırılması üzrə işlər aparılmağa başlandı. İndi Azərbaycanda da dəvəquşunun yetişdirilməsi ilə məşğul olan fermalar fəaliyyət göstərir. Dəvəquşu çox məhsuldar heyvandır. O 12-14 ay ərzində tam inkişaf həddinə çatır və soyuğa davamlıdır.
Davamı →