Sirli Atlantida

Filosof Atlantida barəsində qeydlərini belə yekunlaşdırır: «Dəhşətli zəlzələ və subasması nəticəsində bizim ordumuz bir gün və gecə ərzində torpağa gömüldü. Atlantida adası da dənizin dərinliklərində gözdən itdi. Bu səbəbdən də indi həmin dəniz gəmiçilik üçün yararsızdır. Batmış adanın əvəzində qalan bərkimiş çirkab gəmilərin hərəkətinə mane olur». Platona inanmaq olarmı? Platonun tarixi rəvayətindən belə anlaşılır ki, Atlantida okeanın dibinə çökməklə məhv olub. Ancaq çökmə o qədər də dərin olmayıb. Vulkan külü dəniz suyunu qatılaşdıraraq gəmilərin hərəkətini çətinləşdirib. Ehtimallara görə, suyun altında qalmış Atlantidanın okeanın dərinliyinə doğru çökməsi hələ uzun müddət davam edib. Ancaq Platon Atlantidanın məhv olduğu tarixi dəqiq göstərməyib. Sadəcə, afinalılarla atlantlar arasındakı həmin ərəfəyə təsadüf edən mifik müharibə barəsində danışmaqla kifayətlənib. Atlantoloqlar hesab edirlər ki, bu müharibənin sona çatması ilə Atlantidanın məhv olmasını çox qısa zaman intervalı ayırır. Atlantidanın qalıqlarından tapılan mədəniyyət nümunələri isə müəyyən mülahizələrə əsas verir.
Ardı →