Romada quldarlıq və islahatlar

E.Ə. II-I ƏSRLƏRDƏ ROMADA QULDARLIĞIN İNKİŞAFI


Romalılar əmək alətlərini iki yerə bölürdülər: canlı və cansız alətlər. Canlı alətləri isə iki qrupa ayırırdılar: danışan və danışmayan alətlər. Danışan alətlər dedikdə qullar nəzərdə tutulurdu.


Roma ordusunun əyalətlərdən qarət etdiyi sərvətlər Roma quldarlarının əlinə keçirdi. Quldarlar bu vəsaitlə bağlar və üzümlüklər salır, mal-qara sürüləri saxlayır, şəhərlərdə emalatxanalar açır, iri gəmilər inşa edirdilər. Roma imperiyasının hər yerində qul bazarı var idi. Ən böyük qul bazarı Egey dənizindəki Delos adasında idi. Qullardan təsərrüfatın bütün sahələrində: daş karxanalarında, mədənlərdə, tikintilərdə, ev işlərində, gəmiçilikdə istifadə olunurdu. İtaliyada kənd təsərrüfatında quldan daha çox istifadə edirdilər. İş qabiliyyətini itirmiş qullar kimsəsiz adalara atılır və orada acından ölürdülər.


Ardı →