Qulluqçu tutmaq istəyirdik

Mənim evimizə xidmətçi qadın tutmağa fikrim yox idi. Arvadım məcbur etdi.
Evdə hər gün bu sözləri eşidirdim:
— Üst mərtəbədə yaşayan Nərmingil qulluqçu tutublar. Əri aşağıda ehtiyat hissələr alıb-satır… Əsas maşını sata bilmir, ehtiyat hissələri satmaqla evinə qulluqçu tutub...
Hətta Pərizadgilin də qulluqçuları var. Sən isə ancaq mən elə yazıram, belə yazıram, — deyə basıb kəsirsən...
— A kişi, bizim qonşu Laləgil də qulluqçu tutubdur. Əri nal mıxı satmaq sayəsində zənginləşib. Bu dünya belə gəlib, belə də gedəcək, kimi nal mıxı satmaqla dövlətlənir, kimi da nal sayəsində adam olur.
— Ayfərgilin cüt-cüt qulluqçuları var. Çürük şinlərin sayəsində qarun kimi dövlətləndilər. Əllərim paltar yumaqdan, qab-qacaq təmizləməkdən qabar-qabar olub. Bu evdə on qəpiklik qiymətim qalmayıb. Heç kim məni adam yerinə qoymur. Nə balacası sayır, nə böyüyü sevir...
Səhər, axşam «qulluqçu, qulluqçu» — sözünü eşitməkdən baş-beynim dəng olmuşdu.
Axırda intihar etməyə qərar verən adam kimi, laqeydcəsinə:
— Çox gözəl, — dedim, — bir qulluqçu tapın, tutaq!


Ardı →