Qumarda ən maraqlı xurafatlar

Bir çox insanın fərqli qumar oyunlarına olan marağı, onların uğurlu olmağa çalışması və xurafatlar ilə bağlı inamı psixologiyasını təsir edir. Bu yazıda, online kazinolarda ən maraqlı xurafatlar və insan psixologiyası haqqında danışacağıq.

“Qumarda uğuru çəkmək ümidi ilə insanlar tərəfindən edilən çılğın xurafatlar, insan psixologiyası ilə də əlaqəlidir. Bəzi insanlar bu xurafatları, psixologiyalarını pozmaq və daha çox uğurlu olmaq ümidi ilə tətbiq edir.”

Gəray Abbaszadə


Davamı →

Qumarbaz yanılqısı

1913-cü ilin 18 avqust günü idi, Las-Veqasın ən məşhur kazinolarından biri olan “Monte-Carlo”da izdiham vardı. İnsan axınının səbəbi, rulet masasında topun ardıcıl 26 tur qara rəngli xanaya düşməsi idi, insanlar artıq növbəti turda qırmızı xananın gələcəyinə əmin olmağa başlamışdılar.
“Monte-Carlo” kazinosu bu hadisəni çox böyük reklam edərək, az qala, küçədən keçən hər beş insandan dördünü kazinoya cəlb etməyi bacarmışdı, digər kazinolardan da insanlar çıxıb bura gəlirdilər. Hər kəs 27-ci turda qırmızı xananın çıxacağına mərc gəlirdi. Sonda, təbii ki, bütün mərc gələnlərin hamısı uduzdu. Həmişə olduğu kimi, yenə də kazinonun istədiyi baş verdi və kazino bir günün içində milyonlarla dollar pul qazandı.

Davamı →

Zarafat, nərd, şahmat və onların şərtləri haqqında | Qabusnamə

Bil, ey oğul, deyiblər: “zarafat şərin müqəddiməsidir”, yəni zarafat bütün bəlaların bələdçisidir. Bacardıqca şit zarafatdan qaç, əgər zarafat etsən, heç olmazsa, məst vaxtı etmə, belə halda şər və bəla daha çox olar. İstər ayıq ol, istərsə məst, nalayiq zarafatlardan və söyüş söyməkdən utan, xüsusilə nərd və şahmat oynadıqda, çünki bu iki oyunda adamlar daha tez əsəbiləşir və zarafata az davam gətirirlər.

Çox nərd və şahmat oynamağı özünə adət etmə, oynamalı olsan, hərdənbir oyna, quşdan, qoyundan, qonaqlıqdan və ya bunlardan daha kiçik olan bir şeydən oyna. Girov və puldan oynama, puldan oynamaq tərbiyəsizlikdir və qumar hesab edilər. Oynamağı yaxşı bilirsənsə, qumarbazlıqda ad çıxarmışla oynama ki, sən də qumarbaz kimi tanınarsan. Oynayırsansa, özündən daha adlı-sanlı və şöhrətlisi ilə oyna.
Davamı →

Qumar

Qumar pul ya da maddi dəyəri olan bir şeyin orta qoyulması ilə oynanılan, qarşılığında isə tərəflərdən biri və ya bir neçəsinin maddi gəlir qazandığı oyunlara verilən ümumi addır. Onu hobbi adlandıranlar da var, əyləncə, istirahət, məşğuliyyət növü hesab edənlər də, xəstəlik sayanlar da. Qumarı başqa sözlə azart oyun adlandırılır.

Haram oyun
Bu oyunun iştirakçıları öz pullarını artırmaq üçün risk edirlər. Əksər hallarda uduzub-uduzmamaq iştirakçıların öz əllərində deyil. Uduzandan sonra udmaq ümidiylə yenidən oynamaq istəyirsən. Amma bəxt həmişə adamın üzünə gülmür. Qumar müxtəlif məkanlarda müxtəlif cür oynanılır.
Ardı →

Qumar oynayanlara biznesmen məsləhəti

  • Pencəyi soyunun,çünki isti olanda adam düşünmədən addım atır və risk edir.Dünya qumar biznesinin paytaxtı boş yerə Alyaska yox,subtropik və qış olmayan Las-Veqas seçilmib.Kondisioner olan yerdə və ya sərinləşdirici içki ilə şanslı ümidləriniz artır.
  • əhval-ruhiyyə yaxşı olmayanda oynamayın
  • oyundan əvvəl yaxşıca yeyin(təqribən 1-1,5 saat əvvəl),amma spirtli içki qətiyyən olmaz
  • çalışın ki,azartlı oyunlara laqeyd və biganə adamlarla gedəsiniz.
  • maaş alınan gün qumar oynamayın
  • Bioloji saatlarınıza uyğun vaxtda oynayın. Ən yaxşı vaxt 20.00 və 23.00 arasıdır. Gecə 12-dən sonra orqanizm istirahət etmək istəyir,intuisiya azalır, diqqətsiz olursunuz. Ən böyük uduzmalar gecə 2 və 4 arası olur(orqanizmin ən zəif vaxtı)

Davamı →