İnsanın yaradılış hikməti

Kainatın yaradıcısı və onun yeganə sahibi və hakimi Uca Allah, ucsuz-bucaqsız aləmlərin kiçik bir hissəsi olan dünyamızda, digər varlıqlarla birlikdə insanı da yaratmışdır. Varlıqlar içində ən mükəmməl bir şəkildə yaratdığı insanı, dünyada xəlifə təyin etmiş və insan nəslini yer üzündə iman üçün vəzifələndirmişdir. Varlıqlar içində yalnız insanlara və insanların duyğu orqanlanyla idrak edilə bilməyən varlıqlar olan cinlərə düşünmə, anlama, öyrənmə və iradəsini istifadə etmə qabiliyyəti verərək bu iki varlıq növünə ilahi əmrlərə tabe olmağı əmr etmişdir. Yalnız insanlara və cinlərə verilən bu qabiliyyətlərə sahib olmayan digər bütün canlılar isə, ümumi mənada instinktləriylə (hisləriylə) hərəkət edərlər. Hərəkətləri müəyyən və məhduddur, özləri üçün təyin olunmuş dairənin xaricinə çıxa bilməzlər.

Davamı →

Yusif surəsində 36 dramatik situasiya

İnsan oğlu əlinə qələm alandan ən gözəl cümləni qurmaq, ən gözəl hekayəni yazmaq həvəsindədir. Bunun üçün qaydalar icad eləyib, dilini kamilləşdirib, mətnin konturlarını şərtləndirib və sairə. Lakin acı da olsa qəbul etmək lazımdır ki, insanın özü yaradılış etibarilə kamil varlıq olmadığı üçün, mütləq kamilliyə yetişmə şansı da yoxdur. Bəlkə də insan olmağın ən əyləncəli tərəflərindən biri elə kamil olmamasıdır. Heç vaxt kamilliyə çata bilməyəcəyi üçün axtarışları da sonsuz davam edəcək və hər dəfəsində daha gözəlinə, daha mükəmməlinə nail olduqca, özünü dünyanın əşrəfi sanacaq. Yolun sonuna varmadan insanın özünü ali varlıq hesab eləməsi də işin ən paradoksal yönüdür.
Davamı →

Qurani-Kərimdə dində məcburiyyət yoxdur ideyası

Dinin ruhunda və mahiyyətində məcburiyyət yoxdur, çünki məcburiyyət dinin ruhuna ziddir. İslam iradə və ixtiyarı əsas tutur və bütün münasibətləri bu əsas üzərində qurur. İkrah hissi ilə məcbur edilərək edilən bütün əməl və hərəkətlər istər iman, istər ibadət, istərsə də münasibət baxımından qətiyyən qəbuledilməzdir və bunlara güvənmək olmaz. Həm də bu hal “əməllər niyyətlərə görədir” prinsipinə də uyğun gəlmir. Din öz məsələləri üçün məcbur etməni caiz (icazə verilən) görmədiyi kimi, başqalarının da İslamı qəbul etmələrinin məcburiyyət əsaslı olmasına yaxşı baxmır. O, qarşısındakını tamamilə sərbəst buraxır.

Davamı →

İsa peyğəmbər öldürülməyib

Ümumilikdə Quranın 9 ayəsində peyğəmbərlərin, elçilərin "öldürülmələrindən" bəhs edilir. Ayələrin üçündə İsrail oğullarının elçilərin (rəsulların), beşində peyğəmbərlərin (nəbilərin) haqlı səbəb olmadığı halda öldürmələri qeyd edilir. Şərh etməyə çalışdığımız ayədə isə ümumi ifadə işlədilərək peyğəmbərlərin və haqqa-ədalətə çağıran, həqiqətdən uzaqlaşmamağı istəyənlərin öldürüldüyü bildirilir.

Davamı →

İnsanın təkamül planının mühüm hissəsi

Həzrət Peyğəmbərin (s) pak İtrətinə (ə) qarşı hər birimiz lazımi qədər diqqətliyikmi?Bu sual əbəs yerə verilməmişdir. Məsələ burasındadır ki, Allah Təala bizim Əhli-Beytə (ə) qarşı diqqətsiz ola biləcəyimizi bildiyindən, irəlicədən bizi bu barədə Qurani-Kərimdə xəbərdar etmişdir.
“Əl-Bəqərə” surəsinin 150-ci ayəsinə baxaq.Ayənin işi, ilk baxışda, müsəlmaların qiblə məsələsini həll etməkdir, amma daha geniş anlamda o, Əhli-Beytə (ə) qarşı diqqətli olmaq məsələsini əhatə edir.

Davamı →

Quranda adı çəkilən yeganə qadın

"İmranın zövcəsinin: «Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm.
(Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!»- dediyini xatirla! Onu (bətnindəkini) doğduğu zaman: «Ey Rəbbim! Mən qız doğdum»- söylədi. Halbuki Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. «Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun şeytandan Sənə tapşırıram» (Ali-İmran, 3/35-36).
Davamı →

Quranda şükür səhnələri

İslam alimləri şükrə belə bir tərif veriblər: Şükür hər nemətin Allahdan gəldiyini bilmək və dil ilə Uca Yaradanı həmd və tərif etməkdir. Eyni zamanda Allahın bəxş etdiyi nemətləri Onun halal buyurduğu yollarda istifadə etmək, Allah-Təalanın əmrlərini yerinə-yetirib, günahlardan çəkinmək və insanların haqq yola gəlməsi üçün çalışmaq, təbliğ-təşviq etmək də şükrün bir növüdür.
Şükür  neməti yox, bu neməti bəxş edəni görməkdir. Bu neməti verəni görmək də xeyirli əməllərlə mümkündür. Bu kimi əməllər qəlb, dil və digər orqanlarla ifa edilir. Qəlbin şükrüyaxşı əməllərə niyyət etməklə, dilin şükrüdaima həmd və şükür etməklə, orqanların şükrü isə onları halal və doğru yollarda istifadə etməklə olur.
Davamı →

Quran, həyat Qurandır

  • Quran
Ağır gəlirsə yaşam,
Qurana sığınacaqsan, paşam!
Bir həyat düşün ki, bütün dəyərlərdən uzaq yaşanır. Bir cəmiyyət xəyal et ki, utanmaq nədir bilmir orda insanlar. Utanmadan yaşanan həyatda bütün çirkinliklər normal qarşılanır cəmiyyət tərəfindən. Qardaş qardaşı aldadır alış-veriş edərkən. Gənclər boş oturacaqlarda oturduğu halda qocalar ayaqda qalır avtobusun qapıları arasında. Analar öz körpələrini ya bətnlərində öldürürür dünyaya gəlməmiş ya da dünyaya gəldikdən sonra küçələrdəki zibilliklərə tərk edir. Oğul atasının mülkünə sahib olmaq üçün baltanın altında ikiyə ayırır atasının başını. Bazardan üç kiloqram adına aldığın soğan evdəki tərəzidə iki kiloqram görsənir. Bir loğma çörək tapa bilməyib acından ölən insanları görməməzlikdən gəlir hər gün yemək hesabına minlərlə manat xərcləyənlər. İnsanlar arasında bərabərlik yoxa çıxıb, güclülər zəifləri öldürüb yaşamalıdır prinsipi ilə yaşanır həyat.
Davamı →

Hidayət rəhbərimiz

  • Quran
İlk insan və ilk peyğəmbər olan Adəm (ə.s)-la başlayan insanlıq heç bir zaman ilahi təlimatlardan uzaq olmamışdır. Hər bir peyğəmbərdən sonra yeni bir peyğəmbər gəlmiş və ehtiyac olduqca Allah (c.c) tərəfindən suhuflar (səhifələr) və kitablar göndərilmişdir. Göndərilmiş bu peyğəmbərlər və kitablar insanlara ən doğru yolu göstərmiş, cəmiyyətlərin qorunması, insanların bir-biriləri ilə sosial münasibətlərin daha sağlam və adil olması üçün bir sıra qaydalar qoymuşdur. Bu ilahi nizama və təlimatlara tabe olub, o yolda məsafə qət edən  cəmiyyətlər daim azad, firavan və xoşbəxt yaşamış, tabe olmayıb başqa yollar axtaran toplumlar da yollarını azıb fəlakətə düçar olmuşlar.
Davamı →

Quran həm də dözümlülük nümunəsidir

  • Quran
Monoteist dinlərin hamısında olduğu kimi, İslamda da fərd və millətin ən ümdə və ülvi vəzifəsi Rəbb kəlamlarını felən icra etməklə dinin varlıq qayəsini qorumaqdır. Fitratdan verilən bu dəyərləri qorumayan bəndə hansı dinə etiqad etməsindən asılı olmayaraq, formal olaraq özünü inanclı bəndə kimi təqdim edə bilər. Dinin tələb etdiyi qayələrin əmələ çevrilmədiyi bir bölgədə isə dindən yox, sadəcə formal olaraq hər hansı yəhudidən, xristiandan və müsəlmandan söhbət gedə bilər. Halbuki Rəbbimiz bəndəsinin nazil etdiyi dinə uyğun inanclı xəlifə olmasını istər.

İslamda dinin varlıq qayəsi aşağıdakı təməl haqq və azadlıqların gerçəkləşdirilməsindən ibarətdir:
1) yaşamaq haqqı olan canının qorunması (dinindən, irqindən, dilindən, baxışlarından asılı olmayaraq hər bir ölkə vətəndaşının dövlət mühafizəsi altında olması),
2) düşüncə və söz azadlığının qorunması,
3) insan kimi yaşamasını təmin edən malının qoruması (ölkənin yeraltı, yerüstü sərvətlərinin hər hansı müdaxilədən mühafizə edilməsi),
4) hər bir vətəndaşın, icmanın dininin qorunması,
5) soy və tarixini davam etdirən nəslinin yaşamaq haqqının təminatı (gələcək nəslin qorunması).
Davamı →