Quru meyvələrin faydası

Quru alma
İshal bədənin həddindən artıq maye itkisinə səbəb ola bilər, zəhərli xəstəliklərdən biridir. Bir yemək qaşığı quru alma və qatığı qarışdıraraq qısa müddətə ishalın səbəb olduğu zəhər bağırsaqlardan atılar. Bu qarışım uzun müddət tox saxladığı üçün ideal seçimdir. Mütəxəssislər gün ərzində bir kase qəbul edilməsiniz tövsiyə edir.

Quru Üzüm
Bədənin gündəlik ehtiyacı olan enerjini təmin edən güclü qidadır. Xüsusilə, tənəffüs yolu xəstəliklərinə qarşı faydalıdır. Gündə qəbul edilən 8 ədəd kişmiş həm yüksək təzyiqi tənzimləyər, həm də immunitet sistemini iltihablı bakteriyalara qarşı qoruyar.


Davamı →

Qurudulmuş meyvə alarkən nələrə diqqət etməliyik

Qurudulmuş meyvələr il boyu bizlərin faydalı vitamin və minerallarla təmin edən qidalardandır. Ona görə alarkən və yeməzdən öncə bu məqamlara diqqət edin:
Quru meyvə yeyilməzdən əvvəl ilıq su ilə təmiz yuyulmalıdır. Qaynar sudan istifadə etməyin. Çünki qaynar su quru meyvənin tərkibindəki vitaminləri yox edə bilər.
Keyfiyyətli quru meyvə ya bütöv, ya da səliqə ilə doğranmış olmalı və üzərində zədə, ləkə olmamalıdır.
Quru meyvələr nə çox bərk, nə də çox yumşaq olmamalıdır. Çünki meyvə qurudulan zaman onun tərkibindəki nəmlilik dərəcəsi 18-20 faizədək azalır. Bu isə o deməkdir ki, quru meyvə elastik və rahatyeyilən olmalıdır.
Davamı →

Quru meyvə seçərkən nələrə diqqət etməliyik?

İlin soyuq fəsillərində, xüsusən də bayram günlərində süfrəmizi ən çox bəzəyən məhsullardan biri də qurudulmuş meyvələrdir. Çünki, məhz bu aylarda həmin meyvələri tapmaq ya mümkün deyil, ya da olduqca bahadır. Bəs quru meyvə seçərkən, nələrə fikir verməliyik? Aldığımız məhsulun faydalı və keyfiyyətli olub-olmadığını necə təyin etməliyik?

Çox vaxt mağazalarda süni parıltılı quru meyvələrə rast gəlirik. Unutmaq lazım deyil ki, hər bərq verən qızıl deyil və təbii yolla qurudulan meyvənin bu cür qeyri-təbii görünüşü olmur. Odur ki, qiymətə aldanıb, kimyəvi yolla qurudulmuş meyvələri süfrələrinizə rəva görməyin.
Davamı →

Meyvə qurusu alarkən nələrə diqqət etməli?

Meyvə qurusunu necə seçməli?
Dietoloqlar həmişə quru meyvələrin faydalarından danışırlar. Birincisi, onun tərkibində sellüloz maddəsi var ki, bu da həzmi və maddələr mübadiləsini yaxşılaşdırır. İkincisi, tərkibindəki vitamin və minerallar təzə meyvədə olduğundan daha çoxdur. Quru meyvə kalium ( qan təzyiqini normallaşdırır), dəmir ( qanın artmasını yaxşılaşdırır), karotin, B qrupu vitaminlərlə zəngindir. Bütün bunlar ürəyin, beynin, sinir sistemi və əzələlərin işini yaxşılaşdırır.

Meyvə qurudulduqdan sonra tərkibindəki şəkər qatılaşır. Amma bu şəkər təhlükəli deyil. Əvəzində əsl təhlükə quru meyvələrin saxlanma müddətini artırmaq və satış üçün görünüşünü yaxşılaşdırmaq məqsədilə kimyəvi dəyişikliyə məruz qalmasındadır. Bu təhlükələr əsasən 3 yerə bölünür.
Davamı →