Quru meyvəli keks

Ərzaqlar:
3 ədəd yumurtameyvə qurulu keks
1.5 stəkan şəkər
3 stəkan un
1 paket qabartma tozu
1 paket vanil
1 stəkan süd
1/2 stəkan duru yağ
1 ədəd sürtkəcdən keçirilmiş limon qabığı
1 stəkan meyvə qurusu (ərik, albalı, əncir və.s)

Hazırlanması:
Yumurta və şəkər çoxlu çırpılır. Un, qabartma tozu, vanil, süd, duru yağ əlavə edilərək çırpma işinə davam edilir. Meyvə quruları unlanaraq qarışığa əlavə edilir. Sürtkəcdən keçirilmiş limon qabığı da əlavə edilərək 2-3 dəq çırpılır. Yağlanmış və unlanmış keks qəlibinə tökulərək 130*Cdə 50 dəqiqə bişirilir. Nuş olsun!
Davamı →