İş həyatında pis vərdişlər

“Pis rəhbər” – insanların işdən çıxmasına təsir edən səbəblərdən biridir. Lakin, insanlar bunu da nəzərə almalıdırlar ki, rəhbərlə pis münasibətlərinin səbəbi elə özləri ola bilərlər.

Ona görə də əgər özünüzü işdə rahat hiss etmək istəyirsinizsə, bu kimi pis vərdişləri unutmalısınız:

1. İşə gecikmək
Təbii ki, burada tək-tək halda baş vermiş səbəblərdən gecikmələr nəzərdə tutulmur. Həyatda başımıza hər bir şey gələ bilər. Söhbət patoloji gecikmələrdən gedir. Əgər hər gün ofisə ən gec gələn sizsinizsə, rəhbərlik bundan məmnun olmayacaq.
Davamı →

Şallaq, yoxsa qoğal?

Мотивация персонала: кнут или пряник?
İnsan mürəkkəb və təlabatları sonsuz məxluq olduğundan rəhbər şəxsiyyəti maksimum anlamağa çalışmalı, onun maraq və ehtiyaclarım nəzərə almalıdır. Neqativ möhkəmlətmə hakimiyyət verilmiş adamlar tərəfindən çoxdan istifadə olunur. Bu cür yanaşma adamların tənqid və cəzadan qaçmaq cəhdlərinə əsaslanır ki, bunun nəticəsində onların davranışı dəyişir. Lakin yuxarıda deyildiyi kimi insan tam gücü ilə kötək altında deyil, ona real qazanc əldə etmək imkanı olduqda işləyir. Neqativ stimullar isə onun əlini işdən soyudur, nəticədə hər iki tərəf ruhdan düşür.


Ardı →