İnsanın sevdiyi rənglər xarakteri haqqında nə deyir?

Rənglərin insan həyatında mühüm yeri var. Onlar bizim ruh halımıza, davranışlarımıza və hətta qərarlarımıza belə təsir edir. Bəs sevdiyimiz rənglər bizim xarakterimiz haqqında nə deyə bilər? Bu sualın cavabını tapmaq üçün aşağıdakı yazıda insanın sevdiyi rənglərin xarakter xüsusiyyətləri ilə əlaqəsini araşdıracağıq.


Davamı →

Danışılan dilə görə rəng alqısı dəyişir

İnsan gözü fiziki olaraq milyonlarla rəngi alqılaya bilir. Lakin hər birimiz bu rəngləri eyni şəkildə qəbul edə bilmirik. Bura fiziki çatışmazlıqlardan dolayı rəngləri ayırd edə bilməmək də daxildir.
Əslində, bioloji durumumuzun da ötəsində rəng alqısı, görünən şeyin özü ilə o qədər də bağlı deyil, bu, daha çox beynimizin gördüklərimizi necə qəbul etməsi ilə əlaqədardır. Məsələn, rəqəmləri və hərfləri rəngli olaraq qəbul edən sinesteziya sahibi olan insanlar mövcuddur.
Davamı →

Danışan dodaqlar

Dodaq boyası qadının ən güclü silahlarından biridir. Al qırmızı, canlı çəhrayı, parıltılı boyalar… Bütün rənglərin bir mənası var. Bəs siz hansı rəngdə dodaq boyasından istifadə edirsiniz və rəngin mənasını bilirsiniz? Dodaq boyalarının rənglərinin mənası ilə tanış edirik.  

Klassik qırmızı 

Qırmızı “məni gör" deməkdir. Bu boyanı istifadə edənlər diqqət mərkəzində olmağı, hamının nəzərini cəlb etməyi istəyirlər. 


Ardı →

Geyimdə rəng psixologiyası

Hər birimiz gündəlik geyimlərimizdə sevdiyimiz bir neçə rəngdən istifadə edirik. Bu rənglər bizə yaraşır, bizi rahatladır. 
Biz düşünmürük ki, rənglər bizim üzümüzün təravətli, gözlərimizin gözəl  görsənməsinə, hətta bəzən vücudumuzun çatışmazlıqlarını gizlətməyə təsir edir. 
Biz sadəcə bu rəngləri sevirik və əhvalımızdan asılı olaraq onlardan istifadə edirik. Amma geyimin elə rəngləri var ki, onlar bizə qətiyyən yaraşmır. Bizim rəng seçimimiz nə ilə əlaqədardır? Hər rəngin iki tərəfi var: birinci tərəf insanın daxili vəziyyətini xarakterizə edir, ikinci tərəf isə insanın xarici aləmlə əlaqəsini əks etdirir. Rənglərin psixologiyası konkretdir və dəbdən asılı olmayaraq insanlara eyni təsiri göstərir. Rəngi hiss etmə fizioloji, psixoloji, mədəni və sosial faktorlar əsasında baş verir. Gəlin bəzi rənglərin geyimdə psixoloji təsirlərinə nəzər yetirək.
Qara rəng ən çox yayılmış və ziddiyyətli rəngdir. Bu rəngdən həyatın bir çox sferalarında istifadə olunur. Qara rəngin mənası hər bir xalqda müxtəlifdir. Qara rəng qara qüvvələr, ölüm və ya sirrlə əlaqəlidir, insanda həyəcan hissi yaradır. Bu, rənglər sırasında nüfuzlu rəngdir. Ona görə də hökümət və dövlət maşınları adətən qara olur. Qara rəngi seçərkən diqqəti rəngə deyil, obyektin forma və məzmununa yönləndirmək lazımdır. Burada söhbət daha çox ənənələrin mühafizəkarlıq və öhdəliyindən gedir. Qara rəngdə yaş və vücud forması məhdudiyyəti yoxdur. Qara geyinərkən kəsim və tikiliş formasına diqqət yetirin, tərz çox sadə də ola bilər. Özünüzə simpatiyanızla cazibədarlığınızı işarə edin. Amma həddini aşmayın.
Ağ rəngin psixologiyası özündə optimizm və saflığı birləşdirir. Ədalət, inam və günahsızlıq rəngidir. Ağ geyinən insanlar yaradıcı şəxsiyyətlərdir. Ağ rəngdən bacarıqla istifadə etməklə siz insanlara hər istədiyinizi, yəni əl çatmaz olduğunuzu, hissiyyatlı və günahsız olduğunuzu hiss etdirə bilərsiniz. Köynəklərin ağ yaxalığı üzü cavan göstərir və üzdəki qırışları gizlədir. Şahanə uyğunluq isə ağ-qaradır.
Qırmızı rəng hiss və enerji əlamətidir. Bu səbəbdən Çində qırmızı rəng döyüşçü və alovlu əjdaha simvoludur. Əgər siz qırmızı köynək və ya don geyinmək istəyirsinizsə, bilin ki, buna səbəb toplanmış enerjinin sərf olunma arzusudur. Qırmızı rəng bənzərsizdir. O, hər zaman diqqəti özünə cəlb edir.
Narıncı rəngin psixologiyası haqqında əzm, azadlıq və optimizm simvolu olduğu söylənilir. Qədim Romada bu rəngi çoxuşaqlılıq və möhkəm ailə rəmzi kimi qəbul edirdilər. Toy zamanı gəlinlər bu rəngdə geyinərdilər. Hindistanda narıncı rəng mədəniyyət göstəricisi və milli geyim rəmzi kimi qəbul olunur. Narıncı rəngi sevən insanlar enerjili, yaradıcı və yeni ideyalarla  dolu insanlardır. Bu cür insanlar ünsiyyətcildir, optimizm və ruh yüksəkliyi ilə zəngindir. Bundan başqa onlar aqressiv deyil və hər mövzuda kompromisli qərarlar qəbul edirlər.
Sarı rəng intellekt və yaradıcılıq çalarıdır. Psixoloqlar düşünür ki, bu rəngə üstünlük verən şəxslər çətinliklərdən qurtulmaq, əylənmək və xəyal qurmaq istəyirlər. Sarı rəng ümid dolu rəngdir. Geyimdə sarı rəngin psixologiyası iki hissəyə ayrılır: solğun sarı inamsızlıq, parlaq sarı isə özünə inam və güvən hissi mənasındadır.
Yaşıl rəngin psixologiyası həyat haqqında təsəvvürlərlə bağlıdır, yenilənmə və şəfa qabiliyyətinə malikdir. Qədim zamanlarda gəlinlərin paltarı yaşıl rəngdə olurdu. Bu, təbiətin və analıq hissinin rəmzi sayılırdı. Hindistanda çox qədim zamanlardan gənc qızların yaşıl rəng geyinməsi adət idi. Yaşıl rəng həm də sülh simvolu sayılır. Əgər siz yaşıl rəngi sevirsinizsə, demək siz məntiqli, emosional, fəaliyyətdə olan insansınız. Siz özünüzlə fəxr edən və analizə meyilli insansınız. Yaşıl rəng sizin cazibənizin və şəxsiyyətinizin magiyasını ətrafa yayır. Özünüzü başqa cür hiss etdirir.
Göy rəng mühafizəkarlıq və sadiqlik rəngi kimi qeyd olunur. Kim ki, göy rəngi sevir o, yaxşı dostdur.
Mavi etibar, təmkin və hörmət rəngidir. Bu rəng gözə xoş görsənir, səma və ya dəniz ilə assosiasiya olunur. Yaponlar inanırlar ki, mavi rəng yeni başlanacaq işə uğur gətirir.
Geyimdə qəhvəyi rəng özünə inanan, dürüst və sadə mənalarını verir. Bu cür insanlar etibarlı olmasıyla, tərbiyə və uğurlarıyla fərqlənir.
Psixologiya cəhətdən insan boz geyinərkən şüuraltı görünməz olmağı arzulayır. Boz rəng özündə ağ-qaradan fərqli olaraq lazımsızlığını və heç vaxt birinci olmayacağını düşündürən keyfiyyətləri birləşdirir. Yeganə hədəfi stabillik və harmoniyadır.
Çəhrayı rəngə üstünlük verənlər həssas və pozitiv olub, öz sevgilərini qabarıq şəkildə ifadə edirlər. Bundan əlavə onlar küsəyən olmaqları ilə fərqlənirlər. Amma kinli olmadıqları üçün tez də unudurlar.
Beləliklə biz rənglərin psixologiyası haqqında danışdıq. Bəzi rəng çalarları da var ki, onlar ümumilikdə xarakterə də təsir edə bilər. V.M. Bextereyevin dediyi kimi “Bacarıqla seçilmiş rəng çalarları və uyğunluğu insanın sinir sisteminə yaxşı təsir edə bilər və ya tam əksinə”.  

Mənbə: «Düşüncə» jurnalı 
Davamı →

Kimə hansı rəng yaraşır?

Adətən öz xarici görünüşünə ciddi yanaşan qadınlar geyinərkən hər gün özlərini “Bu gün nə geyinim?” sualı ilə yorurlar. Çox vaxt da dəb dalınca qaçaraq, özlərinə yaraşan rəngləri seçməyi unudurlar. Stilistlərin fikrincə, yaraşan rəngləri seçə bilmək üçün ilk növbədə dərinin, saçın, gözlərin rəngini müəyyənləşdirmək lazımdır.

Yaz rəngləri


Yaz rəngləri tipinə aid olan xanımlar çox zərif və tərəvətli görünürlər.
Dəri: Açıq və ya şaftalı, fil sümüyü, çəhrayı çalarlı qızılı rəngdə olur. Dəri günün altında tez qaralır. ]
Saç: Açıq qəhvəyi və ya təbii sarı olur. Yaz rəngləri tipinə aid olan xanımlarda açıq kürən, açıq xurmayı və qızılı rənglərdə də saçlara rast gəlinir. Adətən saçlarında açıq qəhvəyi çalarlar da diqqəti çəkir. Yaşlandıqca saçın rəngi tündləşsə də, saçlardakı qızılı parıltı itmir.
Gözlər: Firuzə, dəniz rəngi, göy, mavi, yaşıl- kəhrəba rəngində olur. Nadir hallarda qızılı-qəhvəyi rəngli gözlərə də rast gəlinir. Belə qadınların gözlərinin rəngi çox tünd olmur.

Yaraşan rənglər: 
  • Əsas rəng — parlaq narıncı.
  • Bej rəngi
  • Isti sarı rəng (limon rəngi yaraşmır)
  • Şampan rəngi
  • Narıncı rəngə çalan
  • sarı
  • Parlaq narıncı rəng
  • Açıq qəhvəyi rəng
  • Kərpic rəngi
  • Tomat rəngi
  • Qızılı qəhvəyi rəng
  • Çəhrayı rəng
  • Qızılı yaşıl rəng
  • Firuzə rəngi

Yaraşmayan rənglər: Qara, bozun bütün soyuq çalarları, ağ, purpur-çəhrayı, tünd göy.


Qış rəngləri


Əgər saçlarınız tünd kül və ya qara (tünd şabalıdı), gözləriniz qara, yaşıl, göy, tünd qəhvəyi, dəriniz isə ağ və ya zeytun rəngindədirsə, siz qış rəngləri tipinə aidsiziniz. 

Yaraşan rənglər: 
  • Əsas rənglər — ağ və qara.
  • Gümüşü rəng, dəmir rəngi
  • Limon rəngi
  • Qırmızı rəng
  • Parlaq çəhrayı rəng
  • Soyuq çalarlı tünd qəhvəyi rəng
  • Bənövşəyi rəng
  • Parlaq göy rəng
  • Zümrüd rəngi
  • Qaraya çalan yaşıl rəng

Yaraşmayan rənglər: Pastel rənglər, boz, narıncı, qəhvəyinin isti çalarları, sarı-qırmızı, sarı-yaşıl rənglər.

Yay rəngləri


Bu tipə soyuq rənglər xasdır.
Dəri: Açıq, çəhrayı çalarlı rənglərdə olur. Dəri o qədər şəffaf olur ki, altında damarlar görsənir. Dəri torpaq çalarlı da ola bilər. Bu tip qadınlarda çillər də olur. Dəri günün altında qaralır, hətta yandığı üçün qızarır da.
Saçlar: Açıq sarıdan tutmuş tünd xurmayı rəngə qədər tonlarda olur. Rənglərdə soyuq kül çaları nəzərə çarpır. Günün altında belə saçlar yandıqdan sonra bir qədər kürən rəng alırlar.
Gözlər: Yaşıl, mavi, boz, göy və ya qəhvəyidir.

Yaraşan rənglər:
  • Əsas rənglər – boza çalan mavi, göy.
  • Yumşaq pastel tonlar
  • Səma rəngi
  • Çəhrayı rəng
  • Boza çalan qəhvəyinin bütün çalarları
  • Çəhrayıya çalan qəhvəyi rəng
  • Tünd qırmızı rəng
  • Bozun bütün çalarları
  • Parlaq olmayan soyuq rənglər

Yaraşmayan rənglər: Qara, təmiz ağ, çox parlaq rənglər, narıncı, parlaq qırmızı, yaşıl alma rəngi.

Payız rəngləri


Dərisi: Açıq və solğun olur. Müxtəlif çalarlarda – fil sümüyü, şaftalı, bej-qızılı, tunc, zeytun çalarlarda olur. Dərinin üstündə çillər və xallar da görünür. Dərisi günün altında tez yanır və qızarır. Payız rəngləri tipinə aid olan qadınlar yaz rəngləri tipinə bənzəyir. Lakin belə qadınların yanaqlarında qızartı olmur və dərisi günün altında pis qaralır. Sadəcə uzun müddət günün altında qalanda dəri yanaraq qızarır.

Saçları: Kürən saçlı və dərisi çilli olan qadınlar payız tipinə daxildir. Saçları qızılı- qəhvəyi, bal rəngində də olur.
Gözləri: Qəhvəyi, mavi, firuzə rənglərindədir.

Yaraşan rənglər: 
  • Əsas rənglər — tünd qəhvəyi və ya tünd yaşıl.
  • Fil sümüyü rəngi
  • Qızılı bej rəngi
  • Tünd sarı rəng
  • Tutqun narıncı rəng
  • Qızılı qəhvəyi rəngin bütün çalarları
  • Bal rəngi
  • Pas rəngi
  • Yaşıl rəng
  • Göyə çalan yaşıl rəng
  • Qaraya çalan göy rəng
  • Başqa parlaq olmayan isti rənglər

Yaraşmayan rənglər: Qara, ağ, boz, sarı, göy, soyuq çəhrayı, parlaq narıncı rənglər.
Davamı →

Dünyada ən nadir göz rəngi!

  
 Bənövşəyi göz rəngli insanlar, əsl adı «Aleksandriya mənşəli» olan genetik mutasiyaya mübtəla olublar. Anadan olduqları zaman bu insanlar adi göz rənginə malik olurlar — göy və ya boz. Lakin yarım ildən sonra gözün rəngi bənövşəyi rəngə doğru dəyişməyə başlayır. Bu proses 6 ay müddətini çəkir. Cinsi yetkinlik zamanı gözün rəngi tünd-bənövşəyi və ya bənövşəyi-göy rənginə qədər tündləşir və bu cür qalır.
Ardı →

Rənglər və sağlamlıq

Qırmızı rəng iş qabiliyyətini artırır. Tənbəlliyin düşmənidir, lakin əsəbiliyə də yol aça bilir. Hərəkətin daha çox olduğu yerlərdə (uşaq otaqlarında, ictimai yerlərdə) istifadə edilməsi məsləhətdir.

Narıncı rəng həyəcan yaradır. İnsanın yaradıcılıq gücünü artıran, arxayınlıq, cəsarət və ünsiyyət doğurur. Mətbəxdə, uşaq və yemək otağı ilə dəhlizdə istifadəsi məsləhət görülür.
Ardı →

Dünyada neçə rəng var

<Dünyada heç bir rənglə qarışacağı olmayan cəmi 6 rəng var.<ağ ;qara ;sari; qirmizi; göy; yaşıl>.Bəziləri hesab edirlərki Dünyada 7 rəng var ama bu heçdə belə deyil bunu alimlər sübuta yetiriblər.>Göyqurşağında yeddinci rəng mavi rəngdir bu rəng isə göy rənglə ağ rəngin qarışacağıdır.Yuxarıda sadalanan 6 rəngin hec bir rənglə qarışacağı yoxdur 7-ci heç bir rənglə qarışacağı olmayan rəng hələdə elmə məlum deyil.>


Davamı →

Rəng psixologiyası və reklam

Psixoloqlar müəyyən edib ki, rəng baxımından tarazlıq təşkil edən  şərait yaradıcılıq ab-havası, sakitlik yaradır, eləcə  də insanlar arasında olan münasibətləri yaxşılaşdırır. Rəng insanın bilavasitə psixointellektual əhvalına da təsir göstərir. Rənglər hisslərə təsir edir, məntiqə deyil, daha doğrusu:

  • psixoloji reaksiyaya səbəb olur;
  • keyfiyyəti, əhval-ruhiyyəni, hissi nəzərə çarpdırır; soyuq və ya isti ab-hava yaradır; ilin fəsilləriniəks etdirir və s.;
  • müsbət və ya mənfi optik qıcıqlandırıcı fizioloji nəticələr göstərir;
  • duyğulara toxunur: məmnunluq, xoşagələn xarici görünüş və i. a.;
  • hisslərə sövq edir: mühitə və əşyalara həcm əlavə edir.

Ardı →