Geyimdə rəng psixologiyası

Hər birimiz gündəlik geyimlərimizdə sevdiyimiz bir neçə rəngdən istifadə edirik. Bu rənglər bizə yaraşır, bizi rahatladır. 
Biz düşünmürük ki, rənglər bizim üzümüzün təravətli, gözlərimizin gözəl  görsənməsinə, hətta bəzən vücudumuzun çatışmazlıqlarını gizlətməyə təsir edir. 
Biz sadəcə bu rəngləri sevirik və əhvalımızdan asılı olaraq onlardan istifadə edirik. Amma geyimin elə rəngləri var ki, onlar bizə qətiyyən yaraşmır. Bizim rəng seçimimiz nə ilə əlaqədardır? Hər rəngin iki tərəfi var: birinci tərəf insanın daxili vəziyyətini xarakterizə edir, ikinci tərəf isə insanın xarici aləmlə əlaqəsini əks etdirir. Rənglərin psixologiyası konkretdir və dəbdən asılı olmayaraq insanlara eyni təsiri göstərir. Rəngi hiss etmə fizioloji, psixoloji, mədəni və sosial faktorlar əsasında baş verir. Gəlin bəzi rənglərin geyimdə psixoloji təsirlərinə nəzər yetirək.
Qara rəng ən çox yayılmış və ziddiyyətli rəngdir. Bu rəngdən həyatın bir çox sferalarında istifadə olunur. Qara rəngin mənası hər bir xalqda müxtəlifdir. Qara rəng qara qüvvələr, ölüm və ya sirrlə əlaqəlidir, insanda həyəcan hissi yaradır. Bu, rənglər sırasında nüfuzlu rəngdir. Ona görə də hökümət və dövlət maşınları adətən qara olur. Qara rəngi seçərkən diqqəti rəngə deyil, obyektin forma və məzmununa yönləndirmək lazımdır. Burada söhbət daha çox ənənələrin mühafizəkarlıq və öhdəliyindən gedir. Qara rəngdə yaş və vücud forması məhdudiyyəti yoxdur. Qara geyinərkən kəsim və tikiliş formasına diqqət yetirin, tərz çox sadə də ola bilər. Özünüzə simpatiyanızla cazibədarlığınızı işarə edin. Amma həddini aşmayın.
Ağ rəngin psixologiyası özündə optimizm və saflığı birləşdirir. Ədalət, inam və günahsızlıq rəngidir. Ağ geyinən insanlar yaradıcı şəxsiyyətlərdir. Ağ rəngdən bacarıqla istifadə etməklə siz insanlara hər istədiyinizi, yəni əl çatmaz olduğunuzu, hissiyyatlı və günahsız olduğunuzu hiss etdirə bilərsiniz. Köynəklərin ağ yaxalığı üzü cavan göstərir və üzdəki qırışları gizlədir. Şahanə uyğunluq isə ağ-qaradır.
Qırmızı rəng hiss və enerji əlamətidir. Bu səbəbdən Çində qırmızı rəng döyüşçü və alovlu əjdaha simvoludur. Əgər siz qırmızı köynək və ya don geyinmək istəyirsinizsə, bilin ki, buna səbəb toplanmış enerjinin sərf olunma arzusudur. Qırmızı rəng bənzərsizdir. O, hər zaman diqqəti özünə cəlb edir.
Narıncı rəngin psixologiyası haqqında əzm, azadlıq və optimizm simvolu olduğu söylənilir. Qədim Romada bu rəngi çoxuşaqlılıq və möhkəm ailə rəmzi kimi qəbul edirdilər. Toy zamanı gəlinlər bu rəngdə geyinərdilər. Hindistanda narıncı rəng mədəniyyət göstəricisi və milli geyim rəmzi kimi qəbul olunur. Narıncı rəngi sevən insanlar enerjili, yaradıcı və yeni ideyalarla  dolu insanlardır. Bu cür insanlar ünsiyyətcildir, optimizm və ruh yüksəkliyi ilə zəngindir. Bundan başqa onlar aqressiv deyil və hər mövzuda kompromisli qərarlar qəbul edirlər.
Sarı rəng intellekt və yaradıcılıq çalarıdır. Psixoloqlar düşünür ki, bu rəngə üstünlük verən şəxslər çətinliklərdən qurtulmaq, əylənmək və xəyal qurmaq istəyirlər. Sarı rəng ümid dolu rəngdir. Geyimdə sarı rəngin psixologiyası iki hissəyə ayrılır: solğun sarı inamsızlıq, parlaq sarı isə özünə inam və güvən hissi mənasındadır.
Yaşıl rəngin psixologiyası həyat haqqında təsəvvürlərlə bağlıdır, yenilənmə və şəfa qabiliyyətinə malikdir. Qədim zamanlarda gəlinlərin paltarı yaşıl rəngdə olurdu. Bu, təbiətin və analıq hissinin rəmzi sayılırdı. Hindistanda çox qədim zamanlardan gənc qızların yaşıl rəng geyinməsi adət idi. Yaşıl rəng həm də sülh simvolu sayılır. Əgər siz yaşıl rəngi sevirsinizsə, demək siz məntiqli, emosional, fəaliyyətdə olan insansınız. Siz özünüzlə fəxr edən və analizə meyilli insansınız. Yaşıl rəng sizin cazibənizin və şəxsiyyətinizin magiyasını ətrafa yayır. Özünüzü başqa cür hiss etdirir.
Göy rəng mühafizəkarlıq və sadiqlik rəngi kimi qeyd olunur. Kim ki, göy rəngi sevir o, yaxşı dostdur.
Mavi etibar, təmkin və hörmət rəngidir. Bu rəng gözə xoş görsənir, səma və ya dəniz ilə assosiasiya olunur. Yaponlar inanırlar ki, mavi rəng yeni başlanacaq işə uğur gətirir.
Geyimdə qəhvəyi rəng özünə inanan, dürüst və sadə mənalarını verir. Bu cür insanlar etibarlı olmasıyla, tərbiyə və uğurlarıyla fərqlənir.
Psixologiya cəhətdən insan boz geyinərkən şüuraltı görünməz olmağı arzulayır. Boz rəng özündə ağ-qaradan fərqli olaraq lazımsızlığını və heç vaxt birinci olmayacağını düşündürən keyfiyyətləri birləşdirir. Yeganə hədəfi stabillik və harmoniyadır.
Çəhrayı rəngə üstünlük verənlər həssas və pozitiv olub, öz sevgilərini qabarıq şəkildə ifadə edirlər. Bundan əlavə onlar küsəyən olmaqları ilə fərqlənirlər. Amma kinli olmadıqları üçün tez də unudurlar.
Beləliklə biz rənglərin psixologiyası haqqında danışdıq. Bəzi rəng çalarları da var ki, onlar ümumilikdə xarakterə də təsir edə bilər. V.M. Bextereyevin dediyi kimi “Bacarıqla seçilmiş rəng çalarları və uyğunluğu insanın sinir sisteminə yaxşı təsir edə bilər və ya tam əksinə”.  

Mənbə: «Düşüncə» jurnalı 
Davamı →

Rənglər qadınlar haqda nə deyir?

  • Qadın
Özünüzə tərəf müqabili, həyat yoldaşı seçərkən hər iki tərəf mütləq bir-birinin bütün cəhətlərini və keyfiyyətlərini götür-qoy edir, tərəf müqabillərini mümkün qədər dərindən öyrənməyə çalışır. Lakin insan müəmmalı bir aləmdir, onu axıradək öyrənmək o qədər də asan məsələ deyil. Bu məsələdə bəzən intuisiya, müşahidə qabiliyyəti də kifayət etməyə bilər. Ancaq buna baxmayaraq biz öz obyektimizi öyrənməyə davam etməliyik.

Fikir vermisinisə, qadınların hərəsinin öz sevimli rəngi var. Əgər kişilər, zərif cinsin hansı rəngə üstünlük verməsinə diqqət yetirsələr, onun haqqında müəyyən nəticələr çıxara bilərlər.
Davamı →

Qırmızı alov, qara ehtiras, yaşıl sədaqət

Sevdiyiniz rənglərin sizin necə bir insan olduğunuzdan xəbər verdiyini bilirdinizmi? Rənglər insanların sevgi, cinsi həyatı haqqında müəyyən məlumatlar verir.

Qırmızı sevgi və arzunun rəngidir. Sevdiyi rəng qırmızı olan insan həyəcanvericidir. Ehtiraslı sevgi yaşasa da, eyni zamanda başqa bir sevgi yaşamağa da hazırdır. Qırmızı sevənlər alovlu cinsi həyata sahibdirlər.

Qara rəngi sevənlər olduqca ehtiraslı və əzmli insanlardır. Monotonluq onlar üçün deyil.

Ağ rəngi sevənlər nəcib, təvazökar olurlar. Ağ sevən insanlar cinsi həyatda fərqlilikdən utanarlar.

Sarı sevgi, ehtirasdan uzaq bir rəngdir. Sevgi məsələsində eqoist ola bilərlər. İntellektual, zəkalı, özünə güvənən insan olurlar.

Çəhrayı insanı sakitləşdirən bir rəngdir. Sevgi rəngi çəhrayı olanlar şən, həyəcanlı və əyləncəli insanlardır.

Yaşıl güvən və rahatlığı təmsil edir. Sevgidə yaşıl rəng sakitləşdirici təsir göstərir. Bu rəngi sevənlərin cinsi həyatı məsum olur və yaşıl sədaqət rəngidir.

Üsyankar və özünə inamın rəngi bənövşəyidir. Bənövşəyi sevənlərin xəyal dünyası geniş olur. Sevgidə ruh əkizlərini axtararlar.

Narıncı sevənlər həssas və duyğusal olurlar. Canlı və həyəcanlı münasibətlər onlara görədir. Cinsi münasibətdə fantaziyaları güclü olur və ehtiraslıdırlar.

Qəhvəyi rəngi sevənlər paylaşmağı da sevərlər. İntizamsızlığı xoşlamazlar və sevgi həyatında düz irəliləyərlər, enişli-yoxuşlu deyillər.

Sakitliyin rəngi mavidir. Onlar üçün inam və sədaqət çox əhəmiyyətlidir. Ehtirası sevirlər. Sevgi doludurlar və qarşı tərəfi xoşbəxt edərlər. Cinsi həyatda yaxşıdırlar.

ailem.az
Davamı →

Rənglərin psixologiyası

Rənglərin insan psixologiyasına təsiri çoxdan bəllidir. Rənglərin ən çox işləndiyi yer isə insanın paltarıdır. Özümüzə paltar seçərkən biz yalnız onun görünüşünə diqqət etmirik. Əsas nəzər yetirilməli olan amillərdən biri və demək olar ki, əsası onun rəngidir. Unutmayın ki, rənglər həm insanın əhval ruhiyyəsini qaldıra, həm də ruh düşkünlüyü yarada bilər. Rənglərin mənalarını bilməklə onları seçmək daha asan olar.
Qırmızı -fəal, parlaq rəngdir. O ehtiras, sevgi, alov, müharibə və hakimiyyəti təmsil edir. Bu rəng, Mars planetinindir. Meksika, Norveç, İrlandiya və İraq sakinləri bu rəngi daha çox sevirlər. Çinlilərdə qırmızı rəng uğur, xoşbəxtlik və xeyyriyəçiliyi tərənnüm edir.
Narıncı — isti, yüngül, seksual rəngdir. Bu rəng insan əhval ruhiyyəsini qaldırır. Həzz, bayram və alicənablığı simvolizə edir. Bu rəngi holandiyalılar sevirlər. Narıncı Merkurini tərənnüm edir.
Davamı →