Rəqsin beyinə təsiri

1. Bu, neyroplastikanızı artırır
Nyu-Yorkda Albert Eynşteyn Tibb Kollecinin rəhbərliyi altında aparılan yeni araşdırmada tədqiqatçılar insanın qocalma sürəti ilə əqli qabiliyyət göstəricilərini qiymətləndiriblər. Araşdırma 75 yaşından yuxarı yaşlı vətəndaşlar üzərində aparılıb. Onun məqsədi isə fiziki fəallığın zehnə və ya idrakın itiliyinə təsirini araşdırmaq olub. Tədqiqatın nəticələri “Yeni İngiltərə” tibb jurnalında dərc olunub.

Əldə olunan nəticələrə görə, rəqsdən başqa digər fiziki hərəkətlər zehni itiliyə müsbət təsir göstərmir. Müntəzəm olaraq rəqslə məşğul olmaq əqli gerilik riskini 76% -i azaldır. Nevroloq Robert Katsman izah edib ki, rəqs edən insanlar daha yüksək koqnitiv ehtiyatlara və yüksək mürəkkəb sinir hüceyrələrinə malikdir. Rəqslər beynin neyron yolunu bərpa etməyə vadar edir, bununla da neyroplastikaya kömək edir.
Davamı →

Dünya xalqlarının qəribə rəqsləri

Rəqs insanların öz hisslərini və düşüncələrini ifadə etmək üçün mövcud olan unikal dil hesab olunur. Dünyanın demək olar ki, bütün xalqlarında maraqlı rəqs nümunələri mövcuddur. Bu rəqslər öz fərqlilikləri və ifa çətinlikləri ilə adi insaları şoka sala bilər. 

Keçak rəqsi (İndoneziya) — Bu rəqs XX illərin 30-cu illərində tam formalaşıb. Keçak Bali adasında yaranıb və Ramayana eposunda şahzadə Rama ilə şər qüvvələrə xidmət edən Ravananın döyüşünü təsvir edir. 


Ardı →