Qadın, gözəllik və təsviri sənət

İnsan zəkası, ruhu, məhəbbəti XX əsr və XXI yüzilliyin əvvəllərində də gözəl planetimizin həyatında baş verən çaxnaşmalara, müharibələrə, soyqırımlara, saysız-hesabsız siyasi hadisələrə baxmayaraq, mədəniyyət, mənəviyyat, elm, maarif, incəsənət, ədəbiyyat və başqa humanitar sahələrdə böyük xarüqələr yaratmışdır.

Əsrlər boyu xeyirlə-şər qüvvələri arasında gedən mübarizələr texniki tərəqqi dövrümüzdə dəhşətli hal alıb. Şeytan cildinə girmiş məkrli adamlar ulu Tanrımızın insanlara bəxş etdiyi gözəllikləri, saf duyğuları, ləyaqəti, ali, kamil insan ruhunu, tolerantlıq, dostluq hisslərini yırtıcı, dağıdıcı psixologiyası ilə məhv etməyə çalışırlar. Milyonlarla insanların eli, obası, yurdu viran qalır. Bu fəlakətdən baş götürüb qaçan insanlar qaçqın, köçkün vəziyyətinə düşürlər.İnsanların taleyinə biganəlik, multikultural dəyərlərin unutdurulması, ikili standart siyasəti günün bəlasına çevrilib. 
Davamı →

Eklektizm

«Eklektizm» incəsənətdə müxtəlif üslubların bir nümunədə toplanmasıdır. Hətta bir-birinə zidd olan məqamların belə eyni nümunədə yer aldığını görmək olar.

Sözün özü yunancadan “seçici”, “seçən” mənalarında tərcümə olunur. İlk dəfə II əsrdə, yeni fəlsəfə məktəbinin qurucusu olan Potamon tərəfindən istifadə edilmişdir. Quldarlığın süqut etdiyi vaxtda insanlar üçün təyin olunmuş yeni əxlaq normaları yaradılır və bu prossesdə digər fəlsəfi fikirlərə (Platon, Aristotel, epikürçülər və s.) əsaslanmağı qadağan edirlər. Əslində isə onları səthi şəkildə istifadə edir və guya yeni bir şey yaradırlar. 
Davamı →

Vanitas

Vanitas janrına 16-17-ci əsrlərdə əsasən Flandriya və Niderland rəngkarlığında rast gəlinir. Bu janrda olan əsərlər dünyanın faniliyini ifadə edirdi. Əsərlər tamaşaçıya həyatın istənilən saniyədə bitə biləcəyini xatırladır.

Bu janrda olan əsərləri tanımaq çox da çətin deyil. Çünki əsərlərin mərkəzində əsasən böyük kəllə (skillet) dayanır. Lakin bu əsərlərə baxanda hər şey o qədər gözəl görsənir ki, bir anlıq dəhşətin fərqinə varmaya bilirsən. Bir neçə saniyə sonra isə cəh-cəlallı həyatın ortasında qaçınılmaz ölümün dayandığını görürsən.

Bu janrın yarandığı illərdə Avropa mədəniyyəti özünün çox da yaxşı olmayan dövrlərindən birini yaşayırdı. Gələcəyə dair yaranmış bədbinlik duyğusu rəngkarlığa vanitas janrını bəxş edir.
Davamı →

Qrotesk

Qrotesk yəqin ən qəribə ifadə tərzlərindən biridir. Gözlənilməz ziddiyyətlərin, çirkinliyin gözəlliklə, fantastikanın reallıqla birgə təsviridir. Qrotesk əsərlər qorxulu, dəhşətli, qeyri-real, çirkin, eyni zamanda isə gözəl və nağılvari ola bilir.

Məsələn, karnaval maskaları qrotesk üçün uyğun nümunələrdən biridir. Karikaturalarda da qroteskdən çox istifadə olunur.

Sözün özü fransızca “grotte”, italyanca “grotto” olan “mağara” deməkdir. Bu söz 15-ci əsrdə, Romada tapılmış divar rəsmlərindən sonra yaranıb. Təsvirlərdə heyvanlar və bitki aləmi insanlarla bir vəhdətdir.
Davamı →

Karl Bryullov-İnes de Kastronun ölümü

    Tarixi rəsmlərin müəllifi Karl Bryullovun bir əsərinin tarixçəsi. Portuqaliya kralı IV Afonsu 1339-cu ildə oğlu Pedrunu Kastiliya şahzadəsi Konstansa Manuela ilə evləndirir. Lakin şahzadə arvadının qulluqçusu İnes de Kastroya vurulur. Onların gizli sevgi macərası 1445-ci ilə kimi davam edir. Həmin ildə Konstansa doğuş zamanı vəfat edir. Pedru artıq öz sevgisini gizlətmir. Öz gözəlliyi ilə şahzadəni özünə əsir edən İnes de Kastrodan kralın xoşu gəlmirdi. Çünki İnesin Pedrudan 3 oğlu və 1 qızı var idi. Bu da gələcəkdə Portuqaliya taxtına iddianın ola biləcəyini istisna etmirdi.Digər tərəfdən İnesin qardaşları Pedrunu Kastiliyanı işğal etməyə sövq etmək istəyirdilər. Portuqaliya kralı isə belə bir müharibəni arzulamırdı. 1455-ci ildə şahzadə Pedru hərbi səfərdə ikən kral IV Afonsunun yaxınlarının təkidi ilə İnes de Kastronu edam edirlər. Məhz qəsdçilərin İnesi edam etmək istədikləri vaxtı Karl Bryullov təsvir etmişdir. Bunu eşidən Pedru atasına qarşı vətəndaş müharibəsinə başlayır.Ağır müharibə xalqın tələbi ilə 1357-ci ildə tərəflərin barışması ilə başa çatır. Həmin il kral da vəfat edir. Taxta çıxan Pedrunun ilk işi İnesin qəsdçilərini tapmaq oldu. Rəvayətə görə Pedru şəxsən onların ürəklərini yarıb çıxarmışdır.(Birinin bel tərəfdən digərini sinə tərəfdən).Tezliklə kralın əmri ilə İnesin cənazəsi qəbirdən çıxarılaraq kraliça geyimi ilə kralla yanaşı otuzdurulur. Bütün feodallar həm kralın həm də İnesin əlini öpməklə sədaqət andı içirlər. 1367-ci ildə Pedru özüdə vəfat edir.  Onu sevgilisi ilə üzbəüz dəfn edirlər. 
Davamı →

Rəsm əsərləri canlanarsa

Dünyaca tanınmış rəsm əsərləri bir çox fotoqraflara ilham mənbəyi olub.

Fotoqraflar mövzu seçən zaman ilham mənbəyini tanınmış rəsm əsərlərindən tapır. Orijinal rəsm əsərləri fotoqrafların modern və maraqlı fantaziyaları ilə birliləşir.


Ardı →

Renuarın ecazkar dünyası

«Zövqümüz və məqsədimiz yoxdursa, yaşamağın mənası da yoxdu»
Emalatxanasında farfor boşqab rəngləyən Renuar (1841-1919) bu sahədə istedadının olduğunu görüb, axşamlar rəssamlıq dərsləri öyrənmək üçün rəssamlıq məktəbinə getməyə başlamışdı. Həyatı məhrumiyyətlər içində keçirdi, bu azmış kimi 1850-ci illərdə maşınların əl əməyinin yerini tutmasından sonra işsiz qalmışdı.

Amma onun rəssamlıqla məşğul olmaq arzusu qarşısındakı bütün səddlərdən, çətinliklərdən daha böyük idi. Yaşamaq və sevdiyi peşəylə məşğul olmaq üçün pul qazanmaq lazımıydı, bunun üçün o, böyük məharətlə 18-ci əsrə aid rəsm əsərlərinin surətlərini, təqlidlərini çəkməyə başladı.


Ardı →