Üslubiyyat

Dilin üslublarını öyrənən elmə üslubiyyat deyilir. Üslu-biyyatın əsas vahidi üslubdur. Üslub üslubiyyatdan geniş anlayışdır. «Üslub» dedikdə dil vasitələrindən məqsədyönlü istifadə üsulu, forması nəzərdə tutulur.

Dil vahidlərindən məqsədyönlü istifadə iki baxımdan özünü göstərir: fərdi və ümumi (funksional).


Davamı →

Üslublar

Üslub — dil vasitələrindən məqsədyönlü şəkildə istifadə üsuludur. Üslubları öyrənən dilçilik bölməsi üslubiyyat(stilistika) adlanır.
Üslublar həm ümumi, ictimai baxımdan, həm də xüsusi, fərdi baxımdan üzünü göstərir. Birinci halda, yəni ümumi, ictimai məzmun daşıdıqda funksional üslublar ortaya çıxır. Funksional üslublar milli ictimai təfəklcürün müxtəlif sahalərini əhətə edir, buna görə də bir neçə növə böiünür. Funksional üslublar bütövlükdə ədəbi dili təşkil edir.

Fərdi üslub xüsusi səciyyə daşıyır və əsasən, bir görkəmli şair və ya yazıçıya aid olur. Məsələn, Füzuli üslubu, Sabir üslubu və s.Fərdi üslub bədii üsiubda daha qabarıq şəkildə özünü göstərir. Fərdi üslub ayrı-ayrı sənətkarların ümumi dünyagörüşü, təfəkkürü ilə sıx bağlıdır. Ədəbi dilimizin tarixində Nəsimi üslubu, Füzuli uslubu, Sabir üslubu səciyyəvi xüsusiyyətləri ilə daha çox məşhur olan fərdi üslublardır. Fərdi üslub bəzən bir qrup şair və ya yazıçıya da aid ola bilir. Məsələn: Molla Nəsrəddinçilər üslubu. Fərdi üslubu ictimai -tarixi şərait yetişdirir.


Davamı →