Sağlığında səfillikdə yaşayan “milyonçu” rəssam

Pol Qogen (Ejen Henri Pol Qogen) adı dünya incəsənət tarixinə qızıl hərflərlə yazılıb. Dünya rəssamlıq sənətində onun özünəməxsus yeri var. Rəssam 1848-ci ildə Parisdə anadan olub. Onun yaradıcılığı başlıca olaraq postimpressionizm və primitivizm cərəyanlarını əhatə edir. 1851-ci ildə Qogenin ailəsi Peruya köçür. Ailə başçısının ölümündən sonra 4 il Limada yaşayan ailə üzvləri 1855-ci ildə yenidən Parisə qayıdırlar.

Pol Qogen bir müddət donanmada işləyib, Parisdə birjada çalışıb. 1873-cü ildə rəssam danimarkalı bir qızla evlənib və ondan beş övladı doğulub. Qogen uşaqlıqdan rəssamlığa həvəsliydi. Gənclik illərində o, ardıcıl rəsmlər çəkir, özünü sənətkar kimi yetişdirirdi. O özü-özünün müəllimi idi. Ona görə də rəssamlıq təhsili almağa gərək duymamışdı. Yaxın rəssam dostları Kamil Pizarro, Pol Sezannla bir yerdə rəsmlər çəkir, dünya rəssamlıq tarixinin gələcək incilərini yaradırdı.
Davamı →

Van Qoq

Tarixdə istedadı, bacarığı, qəribəlikləri ilə ad qoyan, tanınan və bundan sonra yüz illər keçsə belə, insanların yaddaşında qalacağına əmin olduğumuz çox şəxsiyyətlər var. İstedadlı insanın bəxti o zaman gətirir ki, o, cəmiyyət tərəfindən yaxşı qəbul olunub, lazım olan qiyməti alır. Vay o gündən ki, sənətkarın istedadını nə dostları, nə ən yaxınları, nə ətrafdakılar, nə də cəmiyyət anlaya və ya qəbul edə bilir. Amma bu insanların cəmiyyət tərəfindən qəbul olunması, sevilməsi bəzən onlar həyatdan köçdükdən və hətta üzərindən yüz illər ötdükdən sonra başlayır. Lap elə bizim qəhrəmanımız dahi Van Qoq kimi…

Çətin və anlaşılmaz həyatın başlanğıcı
1852-ci ildə Hollandiyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert məntəqəsində Anna Kornelia Karbet və kilsə rahibi Teodor Van Qoqun ailəsində bir oğlan dünyaya gəlir. Yeni doğulmuş körpənin ailəyə böyük qələbələr və uğur gətirməsi üçün adını rahib babasının şərəfinə Vinsent, yəni “Qalib” qoyurlar. Lakin çox keçmir ki, yeni doğulmuş körpə dünyasını dəyişir. Baş vermiş hadisədən sarsılmalarına baxmayaraq, gənc valideynlər ümidlərini itirmirlər və nə az, nə çox,  düz bir ildən sonra ailəyə yenidən üçüncü bir üzv qatılır. Bu dəfə də uşağa Vinsent adını verirlər. Bəlkə valideynlər elə bununla özləri belə bilmədən böyük bir səhvə yol açırlar. Ölmüş övladlarının adını yeni doğulan körpəyə verməklə sanki  övladlarının öncədən qəmli və həzin bir həyat yaşamasına imza atırlar. Vinsentin daha bir qardaşı və üç bacısı vardı.
Davamı →

Hipsterləşdirilmiş Məşhurlar

İsrailli illüstrator rəssam Amid Şimoni tarixdə özünə yer etmiş məşhur siyasətçiləri hipsterləşdirib. Sənətçi layihəyə çox kreativ ad seçimi də edib: “Hipstory”. İfadə “Hipster” və “history” sözlərinin hibridindən ortaya çıxıb. 

1. Vladimir Lenin


Ardı →

Britaniyalı rəssamdan qeyri-adi art-layihə

Britaniyalı rəssam Kris Labroyun işlərindən ibarət seriyada pikaplar uzanır, düyünlənir və fırlanır.

Krisin işləri onun böyük obyektin müstəvidə mümkün davranışlarına olan baxışlarını əks etdirir. O, maşınları, təyyarələri və digər texnikanı memarlıqla birləşdirir və bütün bunları mürəkkəb heykəllərə çevirir.

Avtomobil tematikasına müəllif ilk dəfə deyil müraciət edir: bir il öncə Kris «Avtoaerobika» adlı rəqəmsal işlər seriyasını təqdim edib. Burada avtomobil sənayesi klassikası düyünlənirdi. İndi isə rəssam rəngli pikapları onların müxtəlif formalar aldığı, daha çox plastilinlə işi xatırladan müxtəlif situasiyalara salır.


Ardı →

Dünyaca məşhur rəsm əsərləri - Birinci Hissə

Gecə gözətçisi — Rembrandt Harmens van Reyn.

 Rembrandtın 1642-ci ildə çəkdiyi «Kapitan Frans Banniq Kokun və leytenant Reytenbyurqun atıcı rotasının hücumu» adlı rəsm əsəri. 1642-ci ildə Rembrand Atıcılar Cəmiyyətinin yeni iqamətgahı üçün 4 metrlik bir tablo çəkmək üçün sifariş alır. Bu tabloda o, holland rəssamlıq məktəbinin ənənəsini pozmuş olur. Tabloda modellər bilavasitə hərəkətli təsvir olunduğu üçün sifarişçilər tərəfindən bəyənilmir. Personajların çoxluğunun, kütləviliyinin Niderland inqilabı təsuratı yaratması sifarişçiləri qorxuya salır.



Ardı →

Peşəkar rəssam, titulsuz yazıçı, medalsız idmançı və təltifsiz kinoaktyor

Gunduz AbbasovDağlı balası Gündüz
Tamaşaçılar onu istedadlı kinoaktyor, oxucular isə yazıçı və tərcüməçi kimi tanıyır. Üstəlik peşəkar jurnalist və rəssam kimi də özünü sınayıb. Amma tamaşaçıların sevimlisi Gündüz Abbasov çox nadir hallara mətbuatın, televiziyaların yadına düşür. Çünki onun heç bir fəxri adı, təltifi yoxdur. Sevilən kinoaktyorun, istedadlı yazıçının 65 illik həyatında yeganə qazancı tamaşaçı diqqəti və oxucu sevgisi olub.

Kinorejissor Əlisəttar Atakişiyevin 1959-cu ildə Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında çəkdiyi «Bir qalanın sirri» film-nağılındakı Elşən rolunu ifa etmiş kinoaktyoru yaşlı və orta nəsil tamaşaçılar daha yaxşı xatırlayırlar.

Yəqin ki, siz də Göygöz Kosaya qalib gəlib sevgilisi Mətanəti xilas edən, kitabların köməyi ilə heyvanların quşların dilini öyrənən, Həkim babanın qollarını açan, dağları yaran Elşəni tanıdınız.
Ardı →

İlya Repin mistik gücə malik olan rəsimləri

  İstedadla çalışqanlıq bir araya gəlincə, bəzən təbiət öz övladına bu mükəmməlliyi bağışlamır. Elə təkcə rəssamlıq sənətinin tarixinə baxsaq, buna şamil olunacaq bir neçə nümunə görə bilərik: Frida Kahlonun inadkarcasına həyat və sənət sevgisi, Van Qoqun tək-tənha yaşadığı bütün ağrılarına və sənətdəki uğursuzluğuna rəğmən dayanmadan səyahətlər edib gözəl peyzaj rəsmləri çəkməsi və s. Bu nümunələrin sırasında dahi rus rəssamıİlya Repin də var. Bu xoş xasiyyətli, dostcanlı, istedadlı rəssam demək olar ki, öz dövrünün ən qabaqcıl rəssamı idi. Repin olduqca çalışqan idi, lakin təbiət onu sağ qolunu qurutmaqla sənətində ağır imtahana çəkir. Mücadilə – bu, rəssamın sənətə olan sevgisinin ifadəsi idi, sanki. Tibb elmi onun qolunun qurumasının dəqiq səbəbini tapa bilmədiyi halda, bunu yalnız rəssamın gərgin iş qrafikinə bağlamışdır. Lakin araşdırmalar nəticəsində başqa inanılmaz faktlar da meydana çıxıb. Öncə gəlin rəssamın həyat yoluna nəzər salaq: 

   İlya Repin Xarkovun yaxınlığında yerləşən Çuquev şəhərciyində doğulmuşdu. Balaca İlya hərbi şəhərcikdə yaşadığına görə ilk olaraq hərbi məktəbin mətbəə şöbəsində təhsil almışdı. Məhz o məktəbdə onda rəsm sənətinə güclü ehtiras oyandı. Lakin onun bəxti gətirmədi, çünki oxuduğu şöbə tezliklə bağlanmalı oldu. O vaxt İlyanın təhriki ilə atası onu rəssamlıq məktəbinə oxumağa göndərdi. O, təxminən, 4 il ikonalar çəkir və qədim ikonaların bərpası ilə məşğul olurdu.    1863-cü ildə gənc rəssam Rəssamlıq Akademiyasına qəbul olmaq üçün Peterburqa yola düşür. Bununla belə klassik rəssamlığı bilmədiyinə görə, onu akademiyaya qəbul etmirlər. Bu halda Repin İ.N.Kramskinin dərs dediyi özəl rəssamlıq məktəbinə daxil olur. Qısa müddətdə müəllimi ondakı istedadı kəşf edir və onu öz evinə qonaq çağırır. Repinin həyatında mühüm rol oynayan bu dostluq o vaxtdan etibarən başlamışdı.  İki aydan sonra Repin Kramskinin zəmanətilə qəbul ola bilmədiyi Rəssamlıq Akademiyasında sərbəst dinləyici kimi qəbul edilir. Birinci kursun sonunda “Talan olunmuş Yerusəlimdə peyğəmbərin göz yaşları” adlı əsərinə görə İlya əla qiymət alır və beləliklə, o, akademiyanın tələbəsi olur.


Ardı →

Qeyri-adiliyi ilə seçilən daha bir əl işi.

Türk rəssam dünyanı heyrətə gətirdi.
Onun əsərləri dünyada misli-bərabəri olmayan stildə hazırlanır. Çünki bu əsərlər kəpənəklər, ilbiz, hətta makaron və tikanların üzərində yaradılır.İstanbullu rəssamın əsərləri ilə dünyanın ən məşhur muzeyləri və özəl kolleksiyalarının sahibləri maraqlanmağa başlayıblar. 53 yaşlı Həsən Kale qabaq toxumu, düyü və qənd üzərində də əsərlər çəkir.Türk rəssam Həsən Kalenin yaradıcılığı fenomenaldır.


Ardı →

Paul Kuczynski-''Dünyada nə baş verir?''

Paul Kuczynski(Pawel Kuczynski)-məşhur polyak satirik fəlsəfi rəssamıdır.Əsərləri əsasən ekologiya və müharibə mövzusunda olmaqla maddi nemətlərin çatışmazlığı,qəddarlıq,terrorizm və s. kimi bəşəri məsələləri özündə əks etdirir.Əsərləri isə bu sual üstündə qurulur.-''Bu gün dünyada nə baş verir?''..............

Onun əsərlərindən bir neçə nümunə:


Ardı →

Mikayıl Abdullayev

Rəssamların ağrı və əzabları, sevinci və ilıq təbəssümü daha şirin olur. Dünyanın nəhəngləri — Salvador Dali, Pablo Pikasso qürbət ellərdə fırça və boyalarla, kətan və iç dünyaları ilə Vətən, bəşəriyyət anlamını insanlığa doğmalaşdırdılar. Günlərin birində general Franko həsəd və paxıllıqdan yaxa qurtarmaq üçün Pikassoya məktub göndərdi: «Əzizim Pikasso, Madridə qayıt və mənim portretimi işlə». Bu zaman Pikasso artıq dünyanın övladı idi. Bircə cümlə ilə cavab göndərdi o cəllada: «Kəllənizi göndərin, məmnuniyyətlə işləyərəm». Hiddətlənən general onu ömürlük İspan vətəndaşlığından məhrum etdi. İndi dünyada nə həmin general var, nə də Pikasso. Yox…yox. Pikasso Parisin küçələrində uşaqların arenasındadır. Muzeylərdə insanlarla söhbət edir. Sevincək, ilıq təbəssümlə.


Ardı →