Ən gözəl gül
Qədim zamanlarda əyalətlərin birində dünya gözəli olan bir qız yaşayırdı. Bu qız elə gözəl idi ki, onu görən hər kəs bir könüldən — min könülə qıza aşiq olurdu. Əyalətin bütün oğlanları qıza sevgilərini, onunla evlənmək istədiklərini bildirirdi. Lakin qız onların hamısını rədd edirdi. Qızın gözəlliyi artıq bütün aləmə yayılmışdı. Onu görmək üçün başqa diyarlardan gələn çox yaraşıqlı, çox zəngin oğlanlar da rədd cavabı alaraq əliboş evə dönməli olurdular. Onunla evlənmək istəyən neçə şahzadəni rədd edən bu qız heç kimi bəyənmirdi. Kimsəni sevmir, kimsəyə “hə” demirdi. Bacardığı bir şey var idi — gözəlliyi ilə hər kəsin ağlını başından almaq.
Ardı →
Ardı →