Uşaqlarda köp

CURECOL — köp əleyhinə yeni vasitə1 ml-in (25 damcı) tərkibi:                       

Simetikon              40 mq

Şüyüd yağı         0,005 ml

Razyana yağı    0,0007 ml

Farmakoloji təsiri:  

Curecol-un tərkibinə daxil olan simetikon qaz qovuqcuqlarının səthi gərilməsini aşağı salaraq parcalayır və nəticədə meteorizmi azaldır. Qazların bir hissəsi bağırsaq divarı tərəfindən udulur və peristaltika hesabına orqanizmdən xaric olunur.

Şüyüd yağı spazmolitik təsir göstərir. Qidanın həzm olunması prosesinə, bağırsaqda çürüməyə musbət təsir göstərir. Qarın ağrılarını, ağrılı spazmları aradan qaldırır, qazların xaric olmasına səbəb olur.

Razyana yağı meteorizmi aradan qaldırır və sakitləşdirici təsir göstərir. İştahanı artırır.

Göstərişlər:  

Meteorizm, aerofagiya, funksional dispepsiya

Mədə xorası, xroniki xolesistit, xroniki pankreatit

Bağırsaq infeksiyaları

Qarın boşluğunun rentgenoloji müayinəsi zamanı (öd kisəsi, bağırsaq, böyrəklər və s.)

Əks göstərişlər:  

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

Qəbul qaydası:  

Preparat yeməkdən 15 dəqiqə əvvəl qəbul olunur.

0 — 6 ay: 5-10 damcı gündə 4 dəfə

6 — 12 ay: 10-20 damcı gündə 4 dəfə

1 yaşdan yuxarı: 20-25 damcı gündə 4 dəfə

Əlavə təsiri: Yoxdur.

Buraxılış forması: 30 ml damcı.


Davamı →

Razyana

  • Flora
Razyana (aptek şüyüdü) xoş ətirli bitkilərdən sayılır və çətirçiçəklilər, Apiaceae fəsiləsinə aid bitkidir. Onun ətrini buruna tutmadan da hiss etmək olur. Bəzən razyananı boyana da adlandırırlar. Xoş ətrinə görə ətriyyat və yeyinti sənayesində, habelə məişətdə geniş tətbiq sahələri var. Yarpaqları və körpə zoğları salatlarda, şorba və plov hazırlanmasında istifadə edilir.


Botaniki təsviri


Hündürlüyü 2 metrə qədər olan ikiillik ot bitkisidir. Dəyirmi formalı, yuxarı hissəsi budaqlı gövdəsi və növbəli düzülmüş qınlı yarpaqları var. Gövdəsinin aşağısındakı yarpaqları saplaqlı, ayası çox sayda lələkvari yarılmış, xətvari-sapşəkilli payları əmələ gətirmişdir. Gövdəsinin yuxarı hissəsindəki yarpaqları, demək olar ki, oturaqdır.


Ardı →