Alternativsiz həyat

Ola bilsin, bu maraq çox adamda var: hərdən qarşımıza elə insanlar çıxır ki, onların həyat yolunun necə olacağı bizi az, ya da çox dərəcədə maraqlandırmağa başlayır. Sən görürsən ki, o, hamı kimi deyil, onu başqalarından fərqləndirən hansısa bir müstəsna özəllik var. Bu, güclü istedad da ola bilər, böyük ağıl da, hiper həssaslıq da, hərtərəfli tərbiyə də, zərif mədəniyyət də. Sən belə insanla rastlaşanda, istər-istəməz düşünürsən, görəsən, o, əlindəki bu xəzinəylə haracan gedib çıxacaq? Həyat yarışında qarşısına çıxan maneələri aşa biləcək, yoxsa hansısa bir məqamda məğlub olub digərləri kimi adi bir orqanizmə çevriləcək? Yaradan, fəaliyyətdə olan biri olacaq, yoxsa təsəlli dalınca qaçacaq, mehr salan birinə çevriləcək?
 
Mən inanıram ki, müstəsna bir varlığı görəndə, bir çoxlarımızın ağlından dumanlı da olsa, belə fikirlər gəlib keçib. Çünki biz insanıq, maraqlanmağı sevən məxluqlarıq. 
 
Bugünlərdə çoxdan görmədiyim bir tanışımla təsadüfən rastlaşdım. Təqribən on il olardı ki, ümumiyyətlə üz-üzə gəlməmişdik. Bir vaxtlar “görəsən, bunun axırı necə olacaq?” kateqoriyasına aid etdiyim  tiplərdəndi. Təbii olaraq, zaman ərzində dəyişmiş, yetkinləşmiş, başqa bir insana çevrilmişdi. Sanki beynimdən keçənlərdən duyuq düşübmüş kimi, mənə suallar verdi. Məhdud söz ehtiyatı, dolanbac yollarla verilmiş sualları təxminən bu səpkidəydi: “Sən necə elədin, yolunu tapa bildinmi?”, “Allaha inanırsanmı?”, “Gələcəyi necə görürsən?” və s. 
Davamı →

özün öz psixoloqun olmağa çalış

  Sizin varlanmağınıza mane olan nədir?

 Pul...Pul...Pul...Kimidəsə vaqonladır, kimdəsə bir kor qəpik də yoxdur. Maraqlıdır görəsən varlı ilə kasıb bir aylıq beyinlərini dəyişsə nə baş verər? Yəqin ki, birinci tezliklə müflisləşər və var dövləti ikinciyə keçər. Beləliklə öz maddi durumu ilə razılaşmayanlara  psixoloq məsləhəti. Sizə pul qazanmağa mane olan dominant səhv düşüncənizi müəyyənləşdirin.Sonra isə maksimum gücünüzlə öz beyninizə daha ağıllı ideyalar yerləşdirin. Hansı fikri hansı fikirlə əvəzləməlisiniz bunlar hamısı burdadır. 


Ardı →