Dekadans labirintində gəzişmələr

Labirintdə üçüncü tərəf — Cəlil Cavanşir poeziyası. (Poeziyada prozaik təhkiyə — çevrədən kənarda)
A.Rembo şair üçün birinci vacib şərti öz dövrünün moderni olmaqda görürdü. Bu formal şərti günümüzün modernizm fotoapartları ilə görüntülədikdə də pikselinin azalmadığını, modernizm bərzəxi olan meta aralığına keçidetmədə daha da yüksəldiyini görmək asandır.
Hiss və duyğuların ifadəsindən yaranan mənzərənin modern çərçivələməyə poetik genişliyindən deyil, mənşə və görüntü eyniliyindən sığışmaması üsulun köhnəldiyinin göstəricisinə çevrilir. Üstəlik emosional qarışıqlığa daxil olan, pessimist qayğılar da öz qara pərdəsini çəkməyə başlayır ki, poetik səhnə genişliyinin yalnız yarısını örtə bilən bu pərdə çəkilərkən pessimistliyin sərgisi halını alır. Kölgə simmetriyasını düzgün işləməmək mütləq ki bəzi poetik ünsürlərin həm görmə, həm də görünmə bucağını örtür.

Davamı →

Millilik ya bəşərilik – Kosmopolitanizmin tənqidi

İkinci Qarabağ müharibəsi ərəfəsində vacib məqamlardan biri də cəmiyyətimizin iki fərqli düşüncədə qərarlaşması oldu. Əksəriyyətin dəstəklədiyi milli maraqların ön plana çıxdığı və müharibəyə haqq qazandıran millətçi mövqe və azlıqda olmasına baxmayaraq səsi kifayət qədər gur çıxan müharibə əleyhdarı, bəşəri dəyərlərə əsaslandığını iddia edən passifist mövqe.
Bu yazının əsas məqsədi mövcud beynəlxaq münasibətlər gerçəkliyində bu iki mövqenin adekvatlığını müzakirə etməkdir. Beynəlxalq münasibətlərin işığında bu iki mövqedən hansının daha ağlabatan olması problemi aydınlaşdırılmağa çalışılacaq.

Davamı →

Utopik realizm

İnsan həyatı həm bir ömrə sığan günlər, aylar, illərdir, həm də illərə, aylara, hətta günlərə sığa bilən bir ömürdür. Zaman etibarilə kiçik olanın böyük olana sığması təbii və məntiqidir. Ancaq böyüyün kiçiklərə sığması zaman məfhumunu xeyli dərəcədə dəyişir. Onu nisbiləşdirir, məna və mahiyyət etibarilə başqa bir boyuta daşıyır. Necə deyərlər, əsrə bərabər günlər, saatlar, hətta dəqiqələr mövcuddur. Aytmatovu bilmirəm, ancaq mən bu ifadəni bədii obraz və yaxud da metafora olaraq işlətmirəm. Mənim üçün zaman dəqiq hesablanmış bir məfhumdur.

Davamı →

Qustav Kurbe

Realizm cərəyanın yaradıcılarından və əsas nümayənlərindən biri Qustav Kurbe idi. O, İsveçrə ilə sərhəd olan Fransa şəhəri Ornanda dünyaya gəlmişdi. Uşaqlığı üzüm bağlarında, Fransanın şərqində, gözəl mənzərəli kiçik şəhərdə keçmişdir.

12 yaşından rəssamlığa maraq göstərməyə başlamışdır. 18 yaşında atasına hüquq üzrə təhsil alacağına söz verərək, Bezanson Kral Kollecində təhsil almağa başlayır. Lakin hüquqdan çox rəsamlıqla maraqlanır və iki il sonra paytaxt Parisə yollanır. Luvr-a baş çəkir, məşhur əsərləri kopyalayır, özünü inkişaf etdirir.

Kurbe Parisə gələndə çox iddialı, cəsur, heç kimdən, heç nədən çəkinməyən gənc idi. Tənqidçilər tək onun əsərlərini deyil, həmçinin onun özünü də tənqid edirdilər. Onu «kəndli ayı» adlandırırdılar. Hətta bir tənqidçi onun barəsində yazırdı:
Davamı →

İncəsənətdə realizm

XIX əsrdə incəsənətdə əsas istiqamətlərdən biri də realizm idi. Bu cərəyan Amerika və Avropanın bir sıra ölkələrində yayılmışdı. Müasir incəsənətə doğru gedən inkişaf yolunu asan və sürətli təqdim edə bilməyim üçün, sadəcə Fransa incəsənətində baş verənlərə nəzər salıb, onları öyrənəcəyik. Artıq ümumi anlayış əldə edəndə sonra, zamanla digər ölkələri də nəzərə alacam.

Realizm akademizmə xas olan tələblərə qarşı çıxır, ideallaşdırmanı inkar edir, həmçinin romantizm cərəyanının emosionallığından, dramatizmindən qurtularaq, təbiəti, xalqın gündəlik həyatını, olduğu kimi təsvir edirdilər. Akademist əsərlər sanki reallığı ört basdır edir, incəsənəti sırf gözəllik, estetika üçün istifadə edirdilər. Realist əsərlər isə özündə real həyatın adi məqamlarını əks etdirirdi.
Davamı →