Ali qüvvələrlə əlaqədə olmaq imkanı

Yerdə və səma planetlərində üz-üzə gəldiyiniz sınaqlar öz həqiqi evinizə – ruhi aləmə qayıtmağınız üçün keçməli olduğunuz «yüksəliş proqramı»nın bir hissəsi kimi vacibdir. Ruhi yüksəlişiniz üçün sizə nələr lazımdırsa, sizi onlara müvafiq olaraq  təəssüratlar, hadisələr, əlaqələr gözləyir. Heç də həmişə müdriklik verməyən qeyri-adi mistik qabiliyyətlərə can atmağa dəyərmi? Bilik müdrik olmağa doğru aparır və aparmalıdır. Müdrik olmaq o deməkdir ki, dünyəvi və maddi olanı ötüb keçə biləsən, Müdrik olmaq odur ki, mənasızcasına Tanrı, mələklər və ya ali varlıqlar axtarışında olmağı dayandırasan və onların həmişə sizin yanınızda olmalarını başa düşəsiniz. Siz, sadəgə olaraq, onları görmək və eşitmək, onlarla ünsiyyətdə olmaq, onların sizi istiqamətləndirmə və qorumaları üçün özünüzə imkan verməmisiniz.      

Davamı →

Vunderkind uşaqlar və Reinkarnasiya

Vunderkind uşaqlar və Reinkarnasiya hadisəsi fövqəladə istedada malik uşaqların doğulmasına izah veri. Bu vunderkind uşaqlar kimlərdir? Başqalarının onillər sərf etiyi işi onların bir neçə ilə öyrənməsinin səbəbi nədir? Rəsmi elm bu suallara cavab verə bilmir. Əgər güman etsək ki, bu dahi uşaqlar andan olana qədər, əvvəlki həyatlarında bu bacarığa malik olmuşlar, onda onların belə sürətlə yeni melumat və vərdişləri mənimsəmələri aydın olar. Onlara nə isə öyrənmək lazım olmur, onlar sadəcə olaraq əvvəllər yaxşı bilkdiklərinini xatırlayırlar. Bu kimi uşaqlar qeyri adi istedada malik olmasına baxmayaraq çox qısa heyat sürür və ya yeddi yaşından sonra bacarıqlarının itirir.
  Fridrix Heynehen 1721-ci ildə Almaniyada doğulmuşdur. O anadan olandan bir neçə saat sonra danışmağa başlamışdır. Bir yaşında olanda Əhdi-Ətiqin məzmununu bilirdi, iki yaşında bütün Bibliya tarixini bilir, yalnız doğma alman dilində yox, həm də fransız və latın dilində danışırdı. O xəstələnmiş və dörd yaşında vəfat etmişdir. 
 Karl Fridrix Qauss (1777-1885) hələ üç yaşı tamam olmamış beynində mürəkkəb riyazi hesablamalar apara bilirdi, Yaşa dolduqca özünün möcüzəli hesablama bacarığını itirmiş, lakin buna baxmayaraq böyük riyaziyyatçı olmuşdur.
 Con Styuart Mill (1806-1873) ingilis filosufu və iqtisadçısı. O üç yaşında yunan dilini bilir, altı yaşında isə Ksenofortu, Herodotu, Ezopu orijinaldan oxumuşdu.
 Anadangəlmə kor olan Amerikalı Tom Viqqins artıq dörd yaşında böyük ustalıqla fortepianoda çalırdı, Maraqlıdır ki musiqidən başqa bütün qalan sahələrdə onun inkişafı ləng gedirdi. Onun leksionunda yalız yüz söz var idi. 1908-ci ildə yeddi yaşında olarkən məhşur pianoçu kimi dünyasını dəyişmişdir. 
 1917-ci ildə anadan olmuş fransız Jan Lui Kardiak üç aylığında bütün əlifbanı bilir, üç yaşında latın dilində oxuyur, dörd yaşında ingilis dilində danışırdı və yeddi yaşında Parisdə vəfat etmişdir. 
 1945-ci ildə anadan olmuş italiyalı Cianella De Marko yeddi yaşında orkestrin dirijoru olmuşdur. Artıq səkkiz yaşında onun repertuarında Beber, Haydi, Vaqner, Bethovenin əsərləri və avropanın məşhur orkestrləri ilə iş təcrübəsi var idi.
Davamı →

İslama görə reinkarnasiya

Karma təlimi həyata keçirilən bütün işlərin nəticəsinin gec-tez həmin adama qayıdacağını və bunun guya həmin insanın sonrakı dünya həyatına təsir edəcəyini qəbul edir. Bu batil inanca görə, insan davamlı olaraq yenidən dünyaya gəlir və hər sonrakı həyatında əvvəlki həyatında etdiklərinin nəticəsini alacaq. Allahın varlığını inkar edən buddizmə görə də, hər şeyi idarə edən yeganə güc karmadır. Sanskrit dilində bir kəlmə olan “karma” “hərəkət, feil” mənasına gəlir və bir “səbəb-nəticə qanunu” olaraq göstərilir.
Ardı →