Kim Ki Duk: “Hətta qəddarlıqda da gözəllik tapmaq olar”

  • Kino
Kim Ki Duk2018-ci ilin 16 sentyabrında Almatı Film Festivalı çərçivəsində məşhur Koreya rejissoru Kim Ki Dukun master klassı təşkil edildi.

“Kino…öyrənilə bilməz. Bu, həyatı yaşamaq kimidir. Filmlərimin materialı həmişə mənim öz şəxsi təcrübələrim oldu – deyə Kim Ki Duk vurğuladı”. Rejissor şəxsi təcrübələrini tamaşaçılarla bölüşərkən belə söylədi…

Kino barədə
Ən məşhur filmim – “Yaz, Yay, Payız, Qış və yenə Yaz”- hansısa xalqdan, dövlətdən, müharibədən bəhs etmir. O, təbiətin qanunlarından bəhs edir. Onu çox insan izləyib, ancaq mənim digər filmlərimə də tamaşa edən insanlar, onlara xas olan müəyyən qanunauyğunluğa yəqin diqqət ediblər: filmlərimdə həmişə yaşam dövriyyəsini göstərməyə cəhd etmişəm – biz haradan başlayırıqsa, oraya da qayıdırıq. Buna görə də filmlərimin finalında yaxşı və pis adamlar yoxdur. Və bəlkə bu səbəbdən mən hələ də kinonun nə olduğunu bilmirəm.
Davamı →

Orson Uells

  • Kino
Mənim ilk müəllimim anam olub. Anam çox nadir gözəlliyə malik qadın idi. O, siyasətlə maraqlanırdı. Həmçinin, tüfəngatma üzrə bir neçə dəfə çempion olmuşdu. Musiqi sahəsində isə istedadlı pianoçu idi. Uşaq vaxtı mən evimizə gələn musiqiçi qonaqlar üçün pianinoda musiqilər çalardım. İfa etdiyim musiqilər onların xoşlarına gəlirdisə, mən daha coşqunluqla mahnılar ifa edb, musiqi alətlərini parçalayırdım.

Anam rəhmətə gedəndə səkkiz yaşım vardı. Və onun ölümündən sonra mən hər ehtimala qarşı musiqi alətlərinə toxunmadım...

Atam incə və həssas qəlbə malik insan idi. Onun bütün dostları atamı ürəyiaçıqlığına, xeyirxahlığına və dözümlülüyünə görə çox sevirdilər. O, səyahət etməyi sevərdi. Mənim səyahət etməyə olan sevgimi də uşaqlıqdan atam formalaşdırmışdı.
Davamı →

İstəyirəm ki, tamaşaçı filmlərimə baxanda özünü narahat hiss eləsin

  • Kino
David Fincher“Sosial şəbəkə” filmini çəksəm də facebookda qeydiyyatdan keçməmşəm. Yəqin ki, filmin ayrıca səhifəsi var. Amma mənim sosial şəbəkəyə tələbatım yoxdur. Hamı deyir ki, bu, çox vaxt aparır. Doğrudan da heç bir məcburiyyət olmadan bugünkü 20 yaşlıların özəl həyatının gizlinlərindən imtina etməsi həm dəhşətlidir, həm də asanlaşıb.

Axı, özəl həyat həmişə şəxsi azadlığın mühüm bir hissəsi olub. İnsanlar bunun üçün illərlə mübarizə aparıb. 

İndi elə bir nəsil yetişib ki, sadəcə ona bu lazım deyil. Bəlkə də qorxulu nəsə yoxdur, sadəcə sosial normaların dəyişilməsi baş verir. Daha doğrusu, insanların özü haqda hər məlumatı yayması nəticəsində yəqin ki, cəmiyyət abırsızlıq mənasında tamamilə yenidən təşkil olunacaq və bərabər hüquqlu olacaq”.

Davamı →

Lük Bessonun müsəlmanlara məktubu

7 yanvar 2015-ci ildə “Charlie Hebdo”ya qarşı törədilmiş cinayətdən dərindən sarsılmış rejissor Lük Besson dinləri terroristlər tərəfindən ləkələnmiş və təhqir edilmiş müsəlmanlara müraciət edir. Həmin o dəhşətli günlərin təsiri ilə yüklənmiş düşüncələrindən ibarət bu məktubun bir əsas xətti var: “Terrorizm heç vaxt qazanmayacaq”. 

12 yanvar 2015

Qardaşım,
Bu gün sənin üçün nə qədər pis olduğumu kaş ki, bilsəydin. Sənin üçün və sənin ləkələnmiş, təhqir edilmiş və bu gün barmaqla göstərilən gözəl dinin üçün. Unudulmuş gücün, enerjin, ürəyin, humanizmin, qardaşlığın. Bu ədalətsizlikdir və birlikdə ədaləti yenidən bərpa edəcəyik. Səni sevən milyonlarla insanıq və sənə kömək edəcəyik. İlk başdan başlayaq. Sənə təklif edilən cəmiyyət hansıdır?
Davamı →

Federiko Fellini necə rejissor oldu?

  • Kino
Federico FelliniFederiko Fellini İtaliyanın Adriatik dənizi sahilində yerləşən Rimini kurort şəhərciyində anadan olub. Federiko məktəbdə çalışqan şagird sayılsa da, onu yalnız yaradıcılıq aləmi cəlb edirdi. Fərqi yox idi: o, həm mahir rəssam, həm də, məsələn, kukla teatrının aktyoru ola bilərdi. Amma valideynlərinin könlünü xoş etmək üçün 1939-cu ildə Roma Universitetinin hüquq fakültəsinə daxil oldu. Buna baxmayaraq, universitetin arxiv materialları göstərir ki, gələcəyin böyük kinorejissoru mühazirələrdə bir gün də olsun iştirak etməyib.

O, Amerika komikslərinin böyük pərəstişkarı idi. Hollivudun kino aləmində reportyor olmağa can atırdı. F.Fellini özünü karikaturaçı, jurnalist və nəhayət, ssenarist kimi sınaqdan keçirməyə başlayır. 
Davamı →

Kino tanrısının son müsahibəsi

  • Kino
Andrei TarkovskyAndrey Tarkovskinin 1986-cı ildə Fransız jurnallarından birinə verdiyi son müsahibəsi...

– Mənim sonuncu iki filmim öz təəsüratlarımın əsasını təşkil edir. Bu filmlər nə uşaqlıqla, nə də keçmişdə olan nələrləsə əlaqəli deyil, xeyr. Filmlər daha çox bugünün təzahürüdü. Yəni, bu filmlər mənim reallığımdır. “Təəsürat” sözünə diqqət etməyinizi istəyirəm. Uşaqlıq xatirələri heç vaxt insanı sənətkar etmir. Sizə Anna Axmatovanın uşaqlıq dövrünə aid olan hekayələrini oxumağı tövsiyyə edərdim.

Uşaq vaxtı insanın baxış bucağı dəfələrlə dəyişir. Bu yaxında mənə psixoloqdan bir məktub gəldi. O mənim işlərimi mənə psixi metodlarla anlatmağa çalışırdı. Sənətə bu cür yanaşmaq mənim zənnimcə çox primitivdi. Film incəsənət ola bilməz. Bu absurd səslənir.
Davamı →

Onu saxlamağın yeganə yolu, onu saxlamamağa çalışmaqdır

  • Kino
Valideynləri onun böyük qardaşları üçün hər şey edirdilər, amma balaca Mariya Luizanın işi öz qardaşları üçün geyim daşımaqdan, arxalarınca yığışdırmaqdan ibarət idi. O, Siciliyada anadan olmuşdu. Orda isə qadın olmaq kişilərə tabe olmaq deməkdir. Mariya böyük çəkmələri ilə palçığın içində gəzir, yerlə sürünən uzun, qara şalvarını hər zaman əli ilə tutmaq məcburiyyətində qalaraq özünü çox murdar hiss edər, çox vaxt evlərinin pilləkənində gizli-gizli ağlayardı.

On dörd yaşında and içərək özünə söz verdi ki, mütləq aktrisa olacaq və heç vaxt ailə qurmayacaq. Tezliklə qardaşları Amerikaya, pul dalınca yollandı. Mariya isə Romaya – arzularının ardınca getdi. Dram akademiyasına zəif səs imkanlarını bəhanə gətirərək, onu qəbul etmədilər. Səhəri gün Mariya həkimin qəbulunda oldu və yalvararaq ondan səsində heç bir problem olmadığına dair arayış almağı bacardı. Həkim bu qeyri-adi gözəllik qarşısında valeh olmuşdu. Bir il sonra artıq Mariya akademiyada təhsil alırdı. Özünə Monika Vitti adı seçərək yeni həyatına addım atdı.
Davamı →

Kim Ki Duk

  • Kino
1960-cı ildə Cənubi Koreyada dünyaya gələn Kim Ki Duk ailəsinin maddi sıxıntıları ucbatından doğru-dürüst məktəbə gedə bilməyib. 15 yaşından isə məktəblə birdəfəlik vidalaşıb. Bir çox fabriklərdə çalışıb. 20-25 yaşlarında hərbi xidmətdə olub və 2 il gözdən qüsurlular üçün kilsədə işləyib. 1990-cı ildə isə Parisə köçüb. Kimin heç bir təhsili olmasa da iki il Avropada rəsm çəkib satmaqla dolanıb.

İlk film
32 yaşında Parisdə ilk dəfə filmə baxıb. “Quzuların Səssizliyi” filmindən təsirlənən Kim Koreyaya qayıdaraq ssenari yazmağa başlayıb. Dəfələrlə rədd cavabı alsa da, nəhayət film sektoruna daxil ola bilib. Kino təhsili olmayan Kim Ki Duk film sənayesi ilə bağlı ənənəvi üsullarla film çəkməyin bezdirici olduğunu deyib: “Film çəkmək üçün ən gərəkli amil həyatdır. Film həyatın görüntülü yaddaşıdır. Əsgərilkdə yaşadıqlarım, fabrikdəki günlərim, qarşılaşdığım bütün insanlar mənim kino təhsilimdir, kino ləvazimatımdır”.
Davamı →

Kieslovski Kieslovskidən danışır

  • Kino
1982-ci ildə Polşadakı hərbi komendatura illərində film çəkmək çətinləşmişdi. Siyasi vəziyyət çox ağır idi. Küçələrə SSRİ əleyhinə şüarlar yazılırdı. Bu şüurlar haqda bir film çəkmək istəyirdim. Adətən gecələr yazılan bu şüarları səhərlər ya ağ boya ilə boyayır, ya da düzəliş edib kommunist şüarına çevirirdilər. Bundan əlavə məhkəmələr haqda sənədli film çəkmək istədim. Əslində, bədii film çəkmək istəyirdim, amma buna heç cür imkan yox idi. Məhkəmə mövzusu o dövrlərdə çox aktual idi. Adi bir “günah”a görə böyük cəzalar verirdilər. Misal üçün, küçəyə şüar yazmağa görə iki-üç il iş verirdilər.

Məhkəmə prosesində ədalətsiz qərar çıxaran hakimlərlə müttəhimlərin sifətini çəkmək istəyirdim. Film üçün icazə almağım iki aydan çox çəkdi.
Davamı →

Rejissorlar kino haqqında

  • Kino
1. Lars Fon Triyer
“Tarkovskinin niyə möhtəşəm olduğunu izah etmək çətindir, amma məncə onun filmlərinə baxanda sanki adama vəhy gəlir.”

2. Jan Lük Qodar
“Foto gerçəkdir, kino isə saniyədə iyirmi dörd dəfə gerçək.”

3. Federiko Fellini
“Yaxşı filmin qüsurları da olmalıdır. Həyat kimi, insanlar kimi.”

4. Alfred Hiçkok
Filmdəki mənfi qəhrəman nə qədər güclü alınıbsa film də o qədər yaxşıdır.
Davamı →