Pedro Almodovar

  • Kino

İspan Pedro Almodovar son illərin müəllif kinosunun ən tanınmış rejissorlarından, müasir kinematoqrafiyanın klassiklərindən biridir. Onu Qoyyanın şagirdi, Lorkanın ruh qardaşı, İspaniyanın zədələnmiş ruhu adlandırırlar. Almodovarın sayəsində dünya Penelopa Kruz, Antonio Banderas, Rossi de Palma, Viktoriya Abril kimi istedadları tanıdı.
Rejissorun filmlərində sosial realizm, naturalizm güclüdür. Onun qəhrəmanları tibb bacıları, narkomanlar, aktyorlar, müğənnilər, filosofluq edən cahillər, homoseksuallardır. Bir çox filmlərində Almodovar qadın təbiətini tədqiq edir. Rejissor qadınları anlatmaq üçün dərin psixologizmə varmır, filosofluq etmir, onların dünyalarını qəliz, ağır kino elementləri ilə ifadə etmir.


Ardı →

Mixail Romm

  • Kino
Sovet kinosu tarixində özünəməxsus yeri olan kinorejissorlardan biri də Mixail Romm olub. O, 1901-ci yanvarın 24-də Rusiyanın İrkutsk şəhərində anadan olub.
1925-ci ildə Ali Bədii-Texniki İnstitutunu bitirərək, heykəltəraş və tərcüməçi ixtisasına yiyələnib. 1930-cu illərdən kino sahəsində işləməyə başlayıb. Əvvəlcə ssenarilər yazır, sonra “Soyuzkino” (indiki “Mosfilm”) studiyasında rejissor assistenti işləyib. 1933-cü ildə quruluşçu rejissor kimi fransız yazıçısı Gi de Mopassanın “Gonbul” hekayəsinin motivləri əsasında eyniadlı film çəkir. İlk ekran işi uğur qazanır və bundan sonra rejissor Orta Asiyada sovet hakimiyyətinin qurulması mövzusunda “On üçüncü” filmini lentə alır.
Mixail Romm daha çox Oktyabr inqilabı və Lenin haqqında filmləri ilə məşhurdur. “Lenin Oktyabrda”, “Lenin 1918-ci ildə” filmləri vaxtilə sovet kinosunun şedevrləri sayılırdı.
1940-1950-ci illərdə rejissor antifaşizm mövzusuna müraciət edir və bir sıra filmlər çəkir. Bunlardan “Adi faşizm” sənədli, “217 № adam”, “Gizli missiya”, “Dante küçəsində qətl” və digər bədii filmləri o dövr sovet kinosunun ən seçilən ekran əsərləri idi. “Adi faşizm” sənədli filmi 1965-ci ildə Almaniyanın Leypsiq şəhərində keçirilən beynəlxalq kinofestivalda mükafat qazanır. Məhz bu film müəllif kinosunun yaranmasına bir təkan olur.
Rejissorun 1961-ci ildə çəkdiyi nüvə tədqiqatçıların həyatından bəhs edən “Bir ilin doqquz günü” filmi Bolqarıstanda keçirilən beynəlxalq kinofestivalda əsas mükafata layiq görülür. Filmdə əsasən elm adamları arasındakı psixoloji münasibətlər önə çəkilib.
Beynəlxalq festivallarda qazandığı müvəffəqiyyət Mixail Rommu yeni filmlər çəkməyə ruhlandırır. Ancaq xəstəlik və uzunmüddətli gərgin iş onu əldən salmışdı. Sənətkar 1971-ci ildə vəfat edir. Onun yarımçıq qalmış “Mən yenə də inanıram”, “Dünya bu gün” filmləri ölümündən sonra sənət dostları tərəfindən çəkilib başa çatdırılır.
Sovet kinosunda özünəməxsus sənət məktəbi yaradan Mixail Rommun yetişdirmələri arasında Tenqiz Abuladze, Georgi Çuxray, Andrey Tarkovski, Valeri Şukşin görkəmli rejissorlar olub.

Mənbə: Mədəniyyət qəzeti


Davamı →

Akira Kurosava

  • Kino
Akira Kurosava 1910-cu ildə Yaponiyada anadan olub. Uşaq yaşlarından rəssamlığa meyl edib. 1928-ci ildə çəkdiyi “Seybutsu” adlı rəsm əsəri Tokioda keçirilən “Nika-ten” festivalında mükafat alıb. Rəssamlıq kollecinə daxil olmaq istəsə də, buna nail olmur və kino ilə məşğul olmağa başlayır. 20 yaşında rejissor Kadziro Yamamotonun assistenti işləməyə başlayır.
Yeddi ildən sonra o artıq müstəqil rejissor kimi fəaliyyət göstərirdi. “Dahi cüdoçu” onun ilk filmi olur. Film XİX əsrin axırlarında Yaponiyada cüdonun inkişafından bəhs edir. Kurosava 1950-ci ildə çəkdiyi “Rasömon” filmi ilə dünya şöhrəti qazanır. Filmdə baş rolun ifaçısı Tosiro Mifunedir.
Ardı →

Stiven Spilberq

  • Kino
Dünya şöhrətli Amerika kinorejissoru Stiven Spilberqə (Steven Spielberg) Kinokamera-adam ləqəbi hələ uşaq ikən həvəskar film çəkilişi ilə məşğul olduğuna görə verilib. Spilberq tərcümeyi-halında yazır ki, səhhətində olan problemlər ona həmyaşıdları ilə oynamağa imkan vermirdi. Bu səbəbdən gələcək rejissor daim qonşu uşaqların ona rişxənd etməsindən gileylənirdi. Azyaşlı Stiven sakitliyi yalnız evdə film seyr etməklə tapırdı. Özünü yalnız hiss edən Stiven valideynlərinin ona ad günündə hədiyyə etdiyi kiçik kamera ilə film çəkməyə başlayır. Onun ilk “filmləri” isə bacısının dərs hazırlaması, anasının necə qab yumağı kimi sadə məişət hadisələrindən ibarət idi.
Ardı →

Alexandro Qonzales İnarritu

  • Kino
Üç müxtəlif insan həyatı hekayəsindən bəhs edən “İt sevgisi” (“Amores perros”) filmi ilə Alexandro Qonzales nəinki Meksika kinosunda, ümumiyyətlə, dünya kino aləmində dönüş etdi. Ağır həyat hekayəsi olan insanlardan bəhs edən ekran əsərində güclü dramatizmə malik səhnələr qurmaqla o, dünya kinosuna böyük vədlər verdi.
Alexandro Qonzales 1963-cü ildə Meksikada doğulub. 16 yaşında yerli rok radiostansiyasında əvvəlcə DJ, sonra musiqi üzrə prodüser işləyir. Bu sahədə populyarlıq qazanandan sonra kinoya marağı yaranır. 1991-ci ildə “Zeta Films” şəxsi kino şirkətini qurur və sərbəst filmlər çəkməyə başlayır.
Davamı →

Rasim Ocaqov

Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperatorluq fakültəsində təhsil aldıqdan sonra kinoya olan sevgisini yaradacağı ekran əsərlərində sübut etmək üçün vətənə qayıdır.
Kinooperator kimi fəaliyyətə başlayan Rasim Ocaqov, sonralar M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində də oxuyaraq kino təhsilini tamamlayır. O, 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator (“Sən niyə susursan”, “Skripkanın qayıtması”, “Onun böyük ürəyi” və s.), 1973-cü ildən etibarən isə quruluşçu rejissor (“İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Qatır Məmməd”, “Tütək səsi” və. s.) kimi Azərbaycan kinosunda zəngin yaradıcılıq fəaliyyəti göstərib. Rasim Ocaqovun filmoqrafiyasına (sənədli və bədii janrda) 70-ə yaxın ekran əsəri daxildir.


Davamı →

Ceki Çan

Hollivudun ən tanınmış aktyorlarından biri hesab olunan Ceki Çan 1954-cü il aprelin 7-də Honq-Konqda çox kasıb ailədə dünyaya gəlib. Ceki adı ilə məşhur olmamışdan əvvəl aktyorun bir neçə təxəllüsü olub.


Anadan olanda anası ona Pao Pao adını verib. Onun ilk ugurlu layihəsi «Sərxoş müəllim» filmi olub. Çan və yaslı aktyor Yuen Syu Tyenin komik dueti uğurlu alınıb. Film çox populyarlıq qazanır və Cekinin uğurlarının baslanğıcı olur.


Ardı →