Reklam agentlikləri
Reklam agentliyi— hüquqi şəxs olub marketinq və PR sahəsində fəaliyyət göstərən,reklam istehsalı və yayımı ilə bağlı kompleks xidmətlər göstərən peşəkar təşkilatdır. Reklam agentlikləri hazırda 3 növdə olur:
Ardı →
- kreativ reklam agentlikləri- TV,mətbuat,internet və s.-də reklamların hazırlanması, reklam ideyaların tərtibi.kopiraytinq xidmətləri. Efirdə gördüyümüz video-reklamları məhz kreativ agentliklər fikirləşib hazırlayır ya da adaptasiya edir.
- media firmaları- onlar əsasən reklamın mediada yerləşdirilməsi ilə məşğul olurlar. Çünki şirkətlərin özlərinə reklamı birbaşa yerləşdirmək sərf etmir: onların marketinq mütəxəssisinin vaxtı ya heç olmur,olsa da kifayət qədər bacarığı olmur. həm də reklam firmalarında böyük endirim olur.Ona görə də böyük şirkətlər əsasən öz işləri məşğul olur, reklamı yerləşdirməyi peşəkarlara həvalə edirlər.
- xüsusiləşmiş agentliklər- yalnız bir növ işlə məşğul olurlar. Məsələn, Azərbaycanda metro reklamına bir agentlik cavabdehdir.
Ardı →