Reklam işi Azərbaycanda
Davamı →
Reklamın marketinq təsnifatı və formaları
Reklamın marketinq mahiyyətini daha dərindən dərk etmək, onun formalarını seçmək, büdcəsini müəyyənləşdirmək, planlaşdırılmasını həyata keçirmək üçün ilk növbədə bir sıra suallara, o cümlədən, reklamdan kim istifadə edir, hansı auditoriya əhatə olunmalıdır, reklam yayımı hansı vasitələrlə həyata keçirilməlidir, əsas məqsəd nədən ibarətdir və s. bu kimi suallara cavab verilməli, onun forması müəyyənləşdirilməlidir. Bu sualların həlli, reklamın qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi ilk növbədə reklamın marketinq baxımından təsnifləşdirilməsini tələb edir.
Reklamın marketinq təsnifatı reklamın kimin adından verilməsi üzrə növlərə ayrılmasını, bu zaman hər bir reklam növünün əhatə etdiyi auditoriyaya görə, hansı reklam vasitəsilə yayılmasına görə, hansı əsas məqsəd üçün verilməsinə görə daha xırda, xüsusi növlərə ayrılmasını özündə birləşdirir. Reklamın marketinq təsnifatı müəyyənləşdirilərkən və müəssisənin qarşısında qoyulan məqsəddən asılı olaraq hər hansı bir reklam növü seçilərkən həmin reklam növü üçün ən səmərəli yayım forması seçilir və tətbiq edilir.
Ardı →
Reklamın mahiyyəti, məqsəd və vəzifələri
Bir çox inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatının inkişafı reklam fəaliyyəti ilə sıx əlaqədardır. Reklam bazarın inkişafına təsir göstərən ən vacib alətlərdən biridir. Bütün bunlara uyğun olaraq reklamın marketinq mahiyyətini aydınlaşdırmaq olduqca vacib bir məsələdir.
İqtisadi ədəbiyyatlarda bəzən reklama ticarəti hərəkətə gətirən qüvvə kimi baxılır və reklama bu cür yanaşma onun, əmtəənin irəlilədilməsində və ümumilikdə kommunikasiya sistemində oynadığı yüksək roldan irəli gəlir. Təsadüfi deyildir ki, reklam marketinqin əsas funksiyalarından birinin-reklam və satışın həvəsləndirilməsi funksiyasının əsasını təşkil edir, məqsədli auditoriyaya firma və ya onun məhsulu haqqında məlumat verilməsini təmin etməklə, potensial alıcıların malla tanış edilməsi, onların həmin məhsulu almağa inandırılması kimi əsas vəzifələri yerinə yetirir. Reklama sadəcə informasiya yayılması üsulu kimi baxmaq düzgün olmaz. O, konkret məqsədlə — məhsula tələbatın formalaşdırılması və ya firmanın imicinin yüksəldilməsi məqsədilə həyata keçirilir.
Ardı →
Marketinqin kommunikasiya sistemində reklam
Marketinq fəaliyyətində əmtəənin irəlilədilməsini təmin edən kommunikasiya sisteminin əsas elementlərindən biri kimi reklam məqsədli auditoriyaya zəruri məlumatların ötürülməsi yolu ilə istehlakçılarda məhsula tələbat formalaşdırmaq, firmaların imicini yüksəltmək, son nəticədə məhsul satışını artırmağa imkan verir. Firmaların fəaliyyəti keyfiyyətli məhsul istehsal etmək və onu bazara çıxarmaqla tamamlanmır. Odur ki, firmalar məqsədli auditoriyanı məhsul, onun istehlak xüsusiyyətləri barədə məlumatlandırmalıdırlar. Bu məqsədlə reklam vasitələrindən istifadə edilir.
Ardı →
Marketinqin kommunikasiya sisteminin mahiyyəti və əsas elementləri
Müasir dövrdə marketinq konsepsiyasından istifadə edilməsi yalnız keyfıyyətli, istehlakçıların tələbinə uyğun gələn məhsul istehsal etməklə, ona istehlakçılara münasib qiymət müəyyənləşdirməklə kifayətlənmir, həm də istehsal edilən məhsula tələbat yaratmağı, məhsul satışını həvəsləndirməyi, bu məqsədlə öz istehlakçılarma zəruri informasiya ötürməyi, informasiyanı diqqətlə seçməyi, istehlakçılarla əks əlaqə yaratmağı tələb edir. Bütün bu kimi tədbirlərin həyata keçirilməsi, onlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi marketinqin kommunikasiya sisteminin yaradılmasını və həyata keçirilməsini zəruri edir.
Kommunikasiya dedikdə iki və ya daha çox subyekt arasında informasiya mübadiləsi prosesi başa düşülür. Kommunikasiyanın rolu ondan ibarətdir ki, o, daxili mühit sisteminin normal fəaliyyətini təmin etməklə yanaşı, həm də xarici mühitlə qarşılıqlı əlaqə yaradılmasmı təmin edir.
Ardı →
Reklamda stereotiplərin dağıdılması
Reklam kampaniyalarının çoxu qabaqcadan gözləniləndir. Onlar mövcud standartlara uyğundur. Onlar yaradıcı şəkildə az və çox dərəcədə məzmununu orijinal adlandırmaq mümkün olan hər hansı müraciəti ötürürlər.
Biz kortəbii hallara etibar edə bilmərik və ya dahilik parıltısı gözləməməliyik. Ona görə də, ticarət markasının yenilənməsi metodologiyasını təklif edirik. Biz onu “dağıtma” adlandırırıq.
Dağıtma– bazar stereotiplərini qıran strateji ideyanın daim axtarışıdır. Gələcəkdə bu, yeni görüntü formalaşdırmağa və ya mövcud təsəvvürə yeni məzmun verməyə imkan verir.
Böyük reklam kampaniyaları həmişə nəinki üslub, həm də məzmun nöqteyi-nəzərindən hakim reklam dilindən uzaqlaşırlar. O markalar böyük olur ki, nə isə yeni bir söz deyir. Deməli, məsələ standartı, strateji səviyyədə ənənəvi düşüncəni sındırmaqdan ibarətdir.
Ardı →
Reklam mətnləri necə olmalıdır?
Reklam mətnlərinin anlaşıqlığı və təsiri həm mətnlərin özlərindən, həm də onların oxucularından asılıdır. Mətn tərəfədən mühüm faktorlar kimi leksik minimum, sintasik struktur, eləcə də məzmunun quruluşu göstərilir. Oxucuya sosial-mədəni aspektlər (dil, sosial təbəqə), ilkin biliklər və intellektual bacarıqlar təsir edir.
Ardı →
Uğurlu reklam kampaniyası üçün
Reklamda universal qanunlar və düsturlar olmur, ən yaxşı halda ümumi sxemlərdən danışmaq olar. Lakin bir qanunun istifadəsində geniş sahə mövcuddur – sağlam düşüncə qanununun istifadəsi sahəsi.Reklamda çox şey öz başlancığını şəxsi təcrübədən və sağlam düşüncədən götürür. Bu, reklamda həyatın başqa sahələri ilə paralellər quraraq, aydın və çox aydın olmayan təcrübələri çox vaxt aşkar etməyə yardım edir. Lakin insanın davranışı və xarici təsirlərə reaksiyası çox vaxt qanunauyğunluğu nümayiş etdirir və bunlar reklama öz şəxsi qaydalarını, təlimatlar və normativlər toplusunu yaratmağa imkan verir. Marketinqin və reklamın hər bir əsas bölməsinə aid olan əsas prinsipləri aşağıda qısa və dürüst ifadə etməyə çalışdıq.
Ardı →
Reklam haqqında qanun
Bu Qanun Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin əmtəə, iş və xidmət (bundan sonra — əmtəə) bazarında reklam istehsalı, yerləşdirilməsi və yayımı prosesində meydana çıxan münasibətləri tənzimləyir.
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı məna daşıyır:
- «reklam» — fiziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər (reklam informasiyası) haqqında maraq formalaşdırmaq və ya bu marağı saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin həyata keçirilməsinə kömək göstərmək məqsədi ilə yayılan informasiya;
- «sosial reklam» — qeyri-kommersiya xarakteri daşıyan Azərbaycan Respublikasının müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin, həyata keçirilən islahatların mahiyyətinin açıqlanması və geniş xalq kütləsinə çatdırılan, Azərbaycan Respublikasının müstəqilliyinə qarşı biganəliyə qarşı barışmazlıq, milli, hərbi vətənpərvərlik hissini gücləndirən, ictimai şüuru yeni iqtisadi münasibətlərə uyğunlaşdıran, sahibkarlıq və xeyriyyəçilik kimi milli ənənələri bərpa edən, əhalidə nikbinlik, gələcəyə inam, təmkinlik ovqatlarını formalaşdıran, siyasi, sanitariya, ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi məqsədi ilə dövlət orqanları, ictimai institutlar tərəfindən sifariş olunan və istənilən reklam daşıyıcıları ilə yayılan informasiya;
Ardı →