Reklamdan necə maksimum fayda götürmək olar?

Bir çox sahibkar və rəhbər şəxslər reklam kampaniyasından nisbətən az gəlir əldə edirlər, halbuki bu gəlirin miqdarı daha çox ola bilər. Bunun səbəblər isə bəzən çox sadədir və ilk növbədə məhdud inanclarda gizlənib:
— Reklam kreativ olmalıdır inancı;
— Reklam kreativ olduqdan sonra gəlir həddindən artıq çox olacaq;
— Reklam kreativ olduğundan onu daim yeniləmək lazımdır;
— Reklamları mümkün qədər çox adam görməlidir (Axı o kreativdir, insanlar onun sehrinə düşəcək!…);
— Reklamı ancaq reklam mütəxəssisləri bacarır;
— Ən gülünc inanc: “Biz özümüzü reklam edirik” və yaxud “Biz öz məhsulumuzu reklam edirik”.
Davamı →

Reklamın təsirinə düşməmək üçün nə etməli?

Reklam bizi hər yerdə əhatə edir. Reklam nümayəndələri davranışınıza təsir etmək üçün istənilən vasitədən istifadə etməyə hazırdırlar. Bu təsirə qarşı gəlməyə çalışmaq – öz müstəqilliyinizi, seçim haqqınızı və pulqabınızı qorumaq deməkdir. Lakin bunu etmək heç də həmişə asan deyil.
 
Hər gün, hər saat, hər dəqiqə beynimiz tonlarla reklam məlumatı ilə yüklənir. Müasir reklam sənayesi uğurla bizim üstünlüklərimizi, arzularımızı, fikirlərimizi, son nəticədə isə davranışımızı idarə edir. Adi “kiçik insan” bu təsirlərə necə qarşı gələ bilər?
Davamı →

Nəyə görə televizora baxmamalıyıq?

Televiziya yaranmağa başlayanda bir çox insanlar bu hadisəni mədəniyyətin inkişafında son addım kimi qiymətləndirirdilər. Mütəxəssislər bu ixtiradan sonra kitabların, teatr və kinonun yox olacağına əmin idilər. Televizorların ekranlarının ölçüsü nəlbəkidən böyük deyildi. O zamandan çox vaxt ötüb keçib. Bugünkü gündə televizorların böyük rəngli ekranları, həcmli səsləri və digər çox saylı tənzimləmələri var. Lakin incəsənətin təxmin edildiyi növləri yoxa çıxmayıb. Bundan savayı, bugünkü gündə televizorlara baxanlar pis zövqün sahibləri hesab edilirlər. 

Televizora baxmaqdan imtina etmək yüksək mədəniyyətin və intellektin göstəricisi kimi qəbul edilir.

Bizim televiziyada nəyin xoşumuza gəlmədiyini və ondan bir dəfəlik imtina etməyin lazım olub olmadığını araşdıraq.

Televiziya bizim vaxtımızı alır

Əvvəllər tamaşaçılar verilişlərə boş vaxtları olanda baxırdılar. Sonra isə seriallar icad olunur. Və insanlar televizora baxmaqdan boş vaxtları olanda yaşamağa başlayırlar.

Televizor bizi kütləşdirir

Televiziyaya uzun müddətli baxanda o, bizim beynimizi məhv edir. Məlumatların passiv şəkildə qəbul edilməsi və onların sadəcə olaraq qavranılması nəticəsində insanların beyin fəaliyyəti demək olar ki, dayanır. Və beləliklə insan bitkiyə dönür. Bu iddianı təsdiq etmək üçün bir sıra linklər təqdim edə bilərik. Lakin televizora uzun müddət baxdıqdan sonra öz halınızı gözünüzün qabağına gətirin. Biz solğun oluruq, fikirlərimiz qarışıq olur, yuxumuz gəlir. Yəni, TV- zombilər.

Televiziya bizə pis təsir göstərir

Müasir prodüsserlər insanlar üçün qorxu, pul, sevgi macəraları haqqında verilişlərin və filmlərinin daha maraqlı olduqlarını başa düşüblər və insanların bu zəifliklərindən istifadə edirlər. Ekranlarda qorxu filmləri, pul qazanmaq üçün verilişlər, məşhurların şəxsi həyatları haqqında yayımlar üstünlük təşkil edir. Lakin bəzi kanallarda hələ də düşünməyə vadar edən verilişlər qalıb.

Televiziya yayımlarının əksəriyyəti bizim həyatımıza pozitivlik qatmırlar, əksinə bizdə alçaq hisslər oyadırlar.

Məlumat çoxluğu

Televiziya bizə çox saylı məlumat ötürdüyü üçün bizi passivləşdirir. Televizorlar qarşısında keçirdiyimiz bir günü yada salaq və nəzərdən keçirdək.

İlk növbədə biz filmə baxdıq, sonra şouya, sonra reklamlar, xəbərlər və s. Hər bir reklam fasiləsi, xəbərlərin yayımı müxtəlif qısa süjetlərdən, fərqli hadisələrdən ibarətdirlər. Biz bütün bu məlumatları qəbul edirik və bunlar beynimizdə qarışır. Gün ərzində o qədər lazımsız məlumat alırıq ki, artıq faydalı məlumatlara beynimizdə yer qalmır.

Reklamlar

Həblər, pivə, bank, pivə, qazlı içkilər, həblər, avtomobillər, qəhvə, supermarket, həblər, pivə, Nokia… Və reklamlar beləliklə dairəvi şəkildə davam edirlər.

Bəli, bir sıra hallarda reklamlar bizə faydalı ola bilirlər. Lakin əksər kanallarda televiziya yayımının bir saatının 50%-i reklamlara ayrılır. Bir saat yarımlıq filmə baxmaq üçün bizim iki- üç saata yaxın vaxtımız gedir. Hər hansısa veriliş isə gecənin gec saatlarına qədər davam edə bilir.


Davamı →

Reklam reklam olsa...

Reklamlar. Son zamanlar çoxlarının həyat tərzinin ayrılmaz hissəsinə çevrilən vasitə. Gəlin, bir az bu vasitənin keçmişinə nəzər salaq. Bəlkə də, indi bir çoxlarınız elə düşünəcəksiniz ki, axı biz hansı tarixdən danışırıq? Məgər reklamın kökləri bu qədərmi dərinə gedir ki, artıq biz onun tarixindən söz açırıq?! Bu suala həm müsbət, həm də mənfi cavab vermək olar. Bəli, əslində nəzərə alsaq ki, yaxın keçmişdə TV, radio və ya digər informasiya vasitələri bu qədər də inkişaf etməmişdi, onda tam məsuliyyətlə deyə bilərik ki, müasir reklamlar son zamanların dəbidi. Amma bir qədər keçmişə nəzər salanda bunun tam əksinin şahidi oluruq. Çünki əvvəllər xanımlar, bəylər arasında qiymətli parçalardan paltarlar geyinmək, zinət əşyaları taxmaq, demək olar ki, bir dəb halına çevrilmişdi.
Davamı →

Bugünün reklamı

Yaşadığımız günlərdə reklamın önəmi o qədər böyükdür ki, istehsalından asılı olmayaraq əmtəənin lazımınca qiymətləndirilməsi reklamsız mümkün deyil. İstənilən istehsalçı öz maraqlarını reallaşdırmaq, istehlakçıyla əmtəə münasibətləri qurmaq istəyirsə, mütləq reklam işinin prinsiplərindən yararlanmalıdır.
Dünyanın sürətli inkişafında özünəməxsus təkanverici qüvvəyə çevrilən reklam işi ölkəmizdə hələ də ürəkaçan səviyyədə deyil. İstər audi (səsli), istər audiovizual (səsli və görüntülü), istərsə də bassorama (avtobuslara vurulan reklam növü) tipli reklamlarda qeyri-peşəkarlıq nəzərdən yayınmır. Televiziya ekranlarından izlədiyimiz reklamların əksər hissəsi ya şadlıq saraylarının, ya da mobil telefonların tanıtımına sərf olunur.
Davamı →

Reklam mədəniyyətimiz

Mənası «qışqırmaq, səsləmək» olan reklam anlayışının kökü çox qədim dövrlərə gedib çıxır. Müasir dünyada isə reklam müstəqil KİV-in etibarlı maliyyə mənbəyi olmaqla yanaşı, medianın azad söz ifadəçisi kimi yaşamasını təmin edir.  Çağdaş dünyada azad reklam işinin təşkili ilə bağlı zəngin təcrübə və hüquqi baza mövcuddur.

Beynəlxalq Reklam Məcəlləsinin əsas prinsiplərində göstərilir: "Reklam qüsursuz, ədəbli, doğru-düzgün olmalıdır, reklam lövhəsi hazırlanarkən cəmiyyət qarşısında məsuliyyət hissi qorunub saxlanmalıdır,  heç bir reklam müraciəti  reklama  ictimai inamı qırmamalıdır". Təbii  ki, göstərilən tələblərə  məhəl qoymanda  inam qırılır. Reklam yayıcısı olan qurum və yaxud teleticarətlə məşğul olan kanal ictimai fikri, qınağı nəzərə almayıb para qazanmaq məqsədilə nəyi gəldi, necə gəldi verirsə və yaxud küçələdəki reklam lövhələri harada gəldi  yerləşdirilirsə, onda beynəlxalq Reklam Məcəlləsinin prinsiplərindən danışmağa dəyməz.
Davamı →

Azərbaycanda reklam mədəniyyətsizliyi

Biz də veriliş bir yana, reklam fasilələrində dilxor olmağı yox, əksinə maraqlı reklam çarxlarına baxaraq əylənmək istəyirik. Təəssüf ki, yerli televiziyalardakı milli reklamlar sadə, sönük,naşı hazırlanması səbəbindən tamaşaçı diqqətındən kənarda qalır. Axı biz qonşu tv, xüsusən də dilinə bələd olduğumuz türk tekanallarındakı reklamlardan aldığımız ləzzətı məgər döğma reklamlarımızdan ala bilmərikmi?
TV reklamlarının çəkilişi və yayımı kifayət qədər xərc tələb edir. Elə bu səbəbdən reklam sifarişçıləri çəkiliş etmədən öz məhsullarını xam şəkildə təriflətməyə üstünlük verirlər. Son vaxtlar yerli telekanallar da dəb halına düşmüş varianta əl atıblar. Sayı bilinməyən şadlıq saraylarının dəbdəbə və qəliz menyusunu tərif edən rolikləri təqdim etmək, veriliş adı altında qadın salonlarını tərifləmək, studiyanının içindəcə “Ərzaq malları” mağazasını açmaq. Sonuncunun ən “yaxçı” təqdimatını isə özünü sevimli aparıcı hesab edən ATV-nin Zaurudu. O,elə verlişindəcə tərif etdiyi məhsullarına dequstatorluq edir, reklam hesabına yaxşıca doyur.
Davamı →

Reklam işi Azərbaycanda

Reklamçıların indi hər bir istehlakçının “beyni” üçün vuruşduğu dövrdə yaşayırıq. Əslində Azərbaycanda reklam bumu ötən əsrin 90-cı illərində başladı və insanlar illərlə informasiya qıtlığında yaşadıqları üçün bu reklamlar onlar üçün bir növ “qida” mənbəyi rolunu oynadı. Həmən dövrdə hansısa reklamda səslənənlər hətta dillər əzbərinə çevrilirdi. Küçələrə vurulmuş reklam lövhələri isə diqqətlə izlənirdi. Sonralar məlumat mənbələrinin sayı artdıqca insanlar daha az reklamları yadda saxlamağa və nəzər yetirməyə başladı. Əvvəllər televiziya, qəzet və radio mənbələri var idisə, indi küçədə hər addımbaşı yerləşdirilmiş bilbordlar, İnternetdə banerlər, magazalarda asılan plakatlar, evlərə və hətta ofislərimizə göndərilən kitabcalardan, belə demək mümkünsə, təngə gəlirik. Bizim üçün yeni olan reklamın bu və ya digər dərəcədə bazarı formalaşmaqla ənənələri yaranıb. Reklam işini nəzərdən keçirəndə demək olar ki, bu sahədə reklam verən, reklam vasitəsi və istehlakçı arasında dairə qapanmadığından bizdə reklam mədəniyyəti tam formalaşmayıb.
Davamı →