Çinin Guangxi əyalətində yaşayan Xie Qiping 8 may 2004-cü ildə 5 m 627 sm saçlarının uzunluğuna görə qeyri-adi rekordlar sırasına daxil olub.
2004-cü il sentyabrın 1-də İlker Yılmaz gözündən 279.5 sm uzağa süd sıçratmaqla yeni bir rekordun sahibi olub.
Lucky Diamond Rich həyatını bədənində çoxlu sayda döymə etdirərək keçirib. O, göz qapaqları, ayaq barmaqları arasındakı dəri, diş əti də daxil olmaqla bütün bədənini döymə etdiyinə görə qeyri-adiliyi ilə seçilib. Kanadalı bu gənc rekordlar kitabına daxil olmaq üçün yeni bir üsul tapıb. O, saat yarım ərzində bədəninə 1000 dənə iynə batıraraq kaktus adam olmaq rekordunu təzələyib.
Davamı →